
Azərbaycan Texniki Universitetində (AzTU) keçirilən “Açıq qapı” günündə 500-dən çox ziyarətçi iştirak edib.
Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, tədbirdə yuxarı sinif şagirdləri, onların müəllimləri və valideynləri, həmçinin təhsil ekspertləri iştirak ediblər. “Açıq qapı” günündə universitetin qarşısında fakültələrin, tələbə təşkilatlarının və struktur bölmələrinin stendləri və tələbələrin startapları nümayiş olunub.
Əvvəlcə fakültələrin stendində dekanlar və kafedra müdirləri ziyarətçilərə görülən işlər, layihələr, ixtisaslar, beynəlxalq əlaqələr, ikili diplom proqramları barədə ətraflı məlumat veriblər. Həmçinin abituriyentləri maraqlandıran suallar cavablandırılıb.
Daha sonra AzTU-nun abituriyentlərlə iş üzrə xüsusi nümayəndəsi Eyvaz Məhəmmədlinin iştirakı ilə şagirdlərin AzTU-nun laboratoriyaları və mərkəzlərinə ekskursiyası təşkil olunub. Abituriyentlər laboratoriyalarda qurulan dəzgah və avadanlıqlarla əyani tanış olub, mərkəzlərdə həyata keçirilən layihələr barədə ətraflı məlumat əldə ediblər.
1 /8
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər