Bütün xəbərlər
29 aprel, 14:36

Naxçıvan şəhərində fəaliyyət göstərən 17 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Nərmin Əliyeva SAT (ABŞ və digər xarici universitetlərə qəbul üçün keçirilən beynəlxalq imtahan) imtahanı üzrə 1600 ballıq sistemdən 1580 bal nəticə göstərərək ölkə birinciliyi və dünya üzrə ən yüksək nəticə göstərən 1 faizlik tələbə siyahısına daxil olub. İngilis dili üzrə dil bacarıq imtahanı olan TOEFL imtahanında isə 120 ballıq sistem üzərindən 111 bal toplayaraq C1 səviyyəsini təsdiqləyən Nərmin bu nəticəsi ilə indiyə qədər Naxçıvan üzrə ən yüksək nəticə göstərən şagird olub. O bu uğurlarına gündəlik planlı çalışma, davamlı zəhmət və illərdir, apardığı sistemli hazırlıq sayəsində nail olduğunu bildirir.

Dərsləri ilə yanaşı, maraqlarına da vaxt ayırdığını diqqətə çatdıran Nərmin ingilis dilini altı yaşından öyrənməyə başladığını, üçüncü sinifdən etibarən valideynləri tərəfindən yönləndirilərək danışıq kurslarına qatıldığını vurğulayır. Dil biliklərini inkişaf etdirmək üçün gündəlik həyatında bu dildən istifadə edib, kitablar oxuyub, filmlər izləyib.

Nərminin uğurları bunlarla məhdudlaşmır. O, riyaziyyat sahəsində də uğurlu nəticələr əldə edərək 10-cu sinifdə SASMO olimpiadasında qızıl, Kopernik olimpiadasında isə gümüş medal, 8-ci sinifdə ARTİ-nin keçirdiyi fənn olimpiadasında kimya fənni üzrə bürünc medal qazanıb. Həmçinin Kenquru və TEMO kimi beynəlxalq riyaziyyat olimpiadalarında sertifikatlarla təltif olunub.

Nəticələri ilə bağlı öz təəssüratını bölüşən Nərmin deyir: “Həm buraxılış, həm də beynəlxalq imtahanlara hazırlaşırdım. Təbii ki, çətinlik çəkdiyim, yorulduğum anlar olurdu. Düşünürəm ki, əvvəldə dediyim kimi, dərsləri planlı şəkildə yerinə yetirmək mənə kömək etdi. Ruhdan düşdüyüm anlar, məncə, heç vaxt olmadı. Çünki mən həmişə yorulanda, çətinlik çəkəndə özümü, hansı məqsəd üçün çalışdığımı, məqsədimi xatırlayırdım. Bu da mənə öz təsirini göstərirdi. Ailəm xaricdə təhsil almaq istəyimi ilk gündən dəstləkləmişdilər. 

Buna görə ailəmə minnətdaram. Müəllimlərimin də, həmçinin bu yolda əməyi böyükdür. Onlar maraq sahələrində və bu nəticələri əldə etməyimdə köməklik ediblər. Məni hər zaman dəstəkləyiblər. Buna görə də müəllimlərimə minnətdarlığımı bildirirəm”.

O, uğurun ölçüsünün başqaları ilə müqayisə deyil, insanın öz inkişaf səviyyəsinə görə qiymətləndirilməsi olduğunu bildirir:  “Uğur insanın əvvəlki halına görə nə qazandığıdır. Bir insan dönüb qısa və yaxud uzun zaman fasiləsindən asılı olmayaraq, keçmişinə baxanda özündə müsbət nəticə görürsə, bu o deməkdir ki, bu insan uğurludur. Buna görə də deyə bilərəm ki, uğur mənim üçün inkişaf deməkdir”.

Mənbə: “Şərq qapısı” qəzeti

Şərhlər

Xəbər lenti

31 may, 15:52

Naxçıvanda "Ümumi təhsilin aktual problemləri" mövzusunda konfrans keçirilib

31 may, 15:39

BSU tərəfindən özbək dilinə tərcümə olunan "Qərbi Azərbaycana qayıdış" Konsepsiyası sərgilənib

31 may, 14:16

“Zəkaların mübarizəsi” olimpiadası qaliblərinin mükafatlandırılması keçirilib

31 may, 12:42

Fuad Qarayev: Öyrənməyi sevən şagirdlər mütləq seçilirlər

31 may, 11:44

4SİM: Azərbaycanın süni intellekt təcrübəsi Davos İqtisadi Forumunda təqdim olunacaq

31 may, 09:01

Azərbaycan Texnologiya Universiteti Özbəkistanın universitetləri ilə əlaqələrini genişləndirir

30 may, 23:45

Uşaqların Beynəlxalq Müdafiəsi Günü çərçivəsində maraqlı təşəbbüs

30 may, 23:09

“Məktəblilərarası Milli Hakaton - 2025” müsabiqəsinin olimpiada mərhələsi keçirilib

30 may, 21:58

6 nəfərin buraxılış imtahanı nəticəsi ləğv olunub

30 may, 21:51

Buraxılış imtahanında maksimal bal toplayanların sayı açıqlandı - SİYAHI 

30 may, 21:49

Buraxılış imtahanının nəticələri elan olunub

30 may, 18:20

UNEC-də III Xarici Dil Müəllimləri Forumu keçirilib

30 may, 17:48

ADNSU-da “Qazaxıstan – Azərbaycan: yeni üfüqlər” adlı konfrans keçirilib

30 may, 17:29

Beynəlxalq Təhsil İcmalı – May 2025

30 may, 17:07

Elm və təhsil naziri Astarada vətəndaşları qəbul edib

30 may, 16:41

Magistraturaya qəbul imtahanında 3 nəfər ən yüksək nəticə göstərdi

30 may, 16:38

ADNSU 6 min manatdan yuxarı əməkhaqqı ilə tədqiqatçı-müəllim axtarır

30 may, 16:35

Magistraturaya qəbul imtahanının yekun nəticələri elan olunub

30 may, 16:27

ATU-da narkomaniya və dini radikalizmlə bağlı seminar keçirilib

30 may, 16:23

Özbəkistanda “Study in Azerbaijan” təhsil sərgisi keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.