Bütün xəbərlər
29 may, 15:25

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Enactus komandasının və INNOLAND İnkubasiya və Akselerasiya Mərkəzinin birgə təşkilatçılığı ilə “Müasir təhsildə innovasiya” mövzusunda panel müzakirə keçirilib.

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, tədbirin əsas məqsədi təhsildə innovativ yanaşmaların əhəmiyyətini göstərmək, yeni texnologiyaların və metodların tətbiqinə dair fikir və təcrübə mübadiləsinə şərait yaratmaq olub. Panelin açılış mərasimində universitetin elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov, İnnovasiyalar Mərkəzinin direktor müşaviri Ləman Əhmədova, INNOLAND İnkubasiya və Akselerasiya Mərkəzinin müdiri Nicat Əmiraslanov və ADPU ENACTUS komandasının koordinatoru Zenfira Seyidova çıxış ediblər. Çıxışlarda təhsildə innovasiyaların rolu, tələbələrin bu sahədə bilik və bacarıqlarının inkişafı baxımından belə tədbirlərin əhəmiyyətindən danışılıb.

Panel müzakirəyə İnnovasiyalar Mərkəzinin Layihələrin idarə edilməsi departamentinin müdir müavini Ziniddin Babayev moderatorluq edib. “Bilim Azərbaycan” layihəsinin rəhbəri Ahmet Köse, Sosiologiya Akademiyasının rəhbəri Mail Yaqub, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin Rəqəmsal iqtisadiyyat şöbəsinin rəhbəri Xəyalə Fətullayeva, “Enterprise Azerbaijan” portalının rəhbəri İsa Qasımov, ASAN İnnovativ İnkişaf Mərkəzinin Təlim üzrə baş mütəxəssisi Aytən Quliyeva-Rzayeva təhsildə rəqəmsal texnologiyaların tətbiqi, startap yanaşmaları, innovativ təlim metodları və gənclərin bu proseslərə cəlb olunması mövzularında çıxışlar ediblər.

Tədbirin sonunda təlimlərdə fəal iştirak edən tələbələr ADPU Enactus komandasının rəhbəri Şahin Məmmədli və təlimlərin təşkili bölməsinin rəhbəri Aytac Abbasova tərəfindən sertifikatlarla təltif olunublar.

1 /9

Şərhlər

Xəbər lenti

30 may, 23:45

Uşaqların Beynəlxalq Müdafiəsi Günü çərçivəsində maraqlı təşəbbüs

30 may, 23:09

“Məktəblilərarası Milli Hakaton - 2025” müsabiqəsinin olimpiada mərhələsi keçirilib

30 may, 21:58

6 nəfərin buraxılış imtahanı nəticəsi ləğv olunub

30 may, 21:51

Buraxılış imtahanında maksimal bal toplayanların sayı açıqlandı - SİYAHI 

30 may, 21:49

Buraxılış imtahanının nəticələri elan olunub

30 may, 18:20

UNEC-də III Xarici Dil Müəllimləri Forumu keçirilib

30 may, 17:48

ADNSU-da “Qazaxıstan – Azərbaycan: yeni üfüqlər” adlı konfrans keçirilib

30 may, 17:29

Beynəlxalq Təhsil İcmalı – May 2025

30 may, 17:07

Elm və təhsil naziri Astarada vətəndaşları qəbul edib

30 may, 16:41

Magistraturaya qəbul imtahanında 3 nəfər ən yüksək nəticə göstərdi

30 may, 16:38

ADNSU 6 min manatdan yuxarı əməkhaqqı ilə tədqiqatçı-müəllim axtarır

30 may, 16:35

Magistraturaya qəbul imtahanının yekun nəticələri elan olunub

30 may, 16:27

ATU-da narkomaniya və dini radikalizmlə bağlı seminar keçirilib

30 may, 16:23

Özbəkistanda “Study in Azerbaijan” təhsil sərgisi keçirilib

30 may, 16:16

İyunun hava proqnozu açıqlanıb

30 may, 15:51

ADPU-da Rusiyanın Cənub Universitetinin rektoru ilə görüş keçirilib

30 may, 15:34

NDU-da ödənişsiz tibbi aksiyalara start verilib

30 may, 15:27

Mil-Muğanda 926 tələbə peşə təhsili alır

30 may, 15:17

ADA, Koç Universiteti və BANM rektorları arasında əməkdaşlıq görüşü keçirilib

30 may, 15:07

Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.