.jpeg)
17 və 18 may tarixlərində dövlət ümumi təhsil müəssisələrinin IV və VI sinifləri üzrə monitorinq keçirilib. Monitorinq prosesi uğurla yekunlaşıb, iştirakçılıq təmin olunub.
Bu barədə "Azərbaycan müəllimi"nə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqubu açıqlama verib.
O bildirib ki, ölkə üzrə dövlət ümumi təhsil müəssisələrinin IV və VI siniflərində təhsil alan şagirdlərin təxminən 98 faizi monitorinqdə iştirak edib:
"Bildiyiniz kimi, bu il ilk dəfə olaraq monitorinqin müəyyən bir hissəsi rəqəmsal formatda təşkil edilib. Bakı şəhəri üzrə Təhsil İdarəsi və Abşeron-Xızı Regional Təhsil İdarələrinin tabeliyində olan bir sıra ümumi təhsil müəssisələrinin şagirdlərinin cəlb olunduğu, elektron qaydada təşkil edilən monitorinqdə 96% iştirakçılıq təmin edilib.
Həm agentliyin, həm də regional təhsil idarələrinin əməkdaşları tərəfindən prosesin təşkili izlənilib. İştirakçılığın təmin olunması, eyni zamanda hər hansı xoşagəlməz halların baş verməməsi üçün müvafiq addımlar atılıb".
Qurum rəsmisi onu da qeyd edib ki, monitorinqin məqsədi şagirdlərin bilik səviyyəsini ölçməklə yanaşı, həm müəllimlərə, həm proqram tərtibçilərinə, həm də təhsili idarəetmə orqanlarına vacib olan təhlilləri aparmaq üçün məlumat toplamaqdır.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər