Bütün xəbərlər
18 iyul, 12:13

Xəbər verdiyimiz kimi, ötən gün elm və təhsil naziri Emin Əmrullayev ümumi təhsil müəssisələrinin 2024-2025-ci tədris ili üzrə məzunlarının qızıl və gümüş nişanla təltifi ilə bağlı əmr imzalayıb. Qızıl nişanla təltif olunan məzunların 5-i Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində təhsil alıb.

“Azərbaycan müəllimi” qəzeti onların bir neçəsi ilə həmsöhbət olub, onların bu nişanla təltif olunmalarına gətirib çıxaran təhsil yoluna nəzər salıb.

İlk müsahibimiz Beyləqan şəhəri Namiq Allahverdiyev adına 1 nömrəli tam orta məktəbin məzunu Mətanət Məmmədovadır. Mətanət bu vaxta qədər olan uğurlarından və gələcək planlarından həvəslə söz açır:

“9-cu sinif buraxılış imtahanında 258, 11-ci sinif buraxılış imtahanında isə 295 bal toplamışam. 4-cü ixtisas qrupuna sənəd vermişəm, 580 bal topladım. Məqsəd və istəyim tibb sahəsində fəaliyyət göstərməkdir. İndiyə qədər bir sıra uğurlarım olub. Belə ki, 2023-cü ildə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş "Ən yaxşı təqdimat" müsabiqəsinin respublika mərhələsində 2-ci yerə, 2024-cü ildə isə eyni müsabiqədə 1-ci yerə layiq görülmüşəm. Ən böyük məqsədim özümü vətənimə və millətimə layiqli bir şəxsiyyət kimi formalaşdırmaqdır. Elə bu səbəbdən hər bir şagirdə verəcəyim ən böyük tövsiyə ondan ibarət olar ki, arzularının, məqsədlərinin daim ardınca getsinlər, özlərini əsl şəxsiyyət kimi formalaşdırsınlar və yüksəlməyə daim davam etsinlər”.

Daha bir qızıl qızıl nişanla təltif olunan məzun Saatlı şəhəri Səməd Vurğun adına 1 nömrəli tam orta məktəbinin yetirməsi olan Sürəyya Əlizadədir. Sürəyyanın sözlərinə görə, gələcək arzusu kibertəhlükəsizlik üzrə mütəxəssis olmaqdır:

“Şadam ki, bu nişanla təltif olundum. 9-cu sinifdə oxuyanda - 2022-2023-cü tədris ilində "Ən yaxşı təqdimat" müsabiqəsinin respublika mərhələsində 1-ci yerə layiq görülmüşəm. 11-ci sinif buraxılış imtahanında 294 bal toplamışam. 1-ci qrup üzrə imtahan vermişəm. Nəticədə buraxılış və qəbul imtahanları üzrə 668 bal toplamışam. Gələcəkdə kibertəhlükəsizlik üzrə mütəxəssisi olmaq istəyirəm”.

Şahlar Abdullayevdə də qızıl nişanla təltif olunan məzunlardandır. O, Saatlı şəhəri Səməd Vurğun adına 1 nömrəli tam orta məktəbin məzunudur:

“11-ci sinif buraxılış imtahanında 288 bal toplamışam. 3-cü qrup üzrə qəbul imtahanı vermişəm və ümumilikdə 665 bal toplamışam.  Bu vaxta qədər bir çox uğurlarım olub. Bunlara misal olaraq deyə bilərəm ki, 2023-2024-cü tədris ilində - 10-cu sinifdə oxuyanda Azərbaycan dili və ədəbiyyat fənni üzrə Respublika Fənn Olimpiadasında qızıl medalla təltif olunmuşam. Gələcək arzum isə hüquqşünas olmaqdır”.

Bu nişanla təltif olunma o deməkdir ki, şagirdin zəhməti heç vaxt hədər getmir. Fədakarlıqla çalışan, biliyini dərinləşdirmək üçün əziyyət çəkən hər bir şagird gələcəyin savadlı, məsuliyyətli və uğurlu insanına çevrilir. Bu zəhmət təkcə dərslərdə yüksək nəticə ilə deyil, həm də həyatda düzgün seçimlərlə bəhrəsini verir. Odur ki, hər bir şagird bilməlidir uğurun yolu zəhmətdən keçir.

Şərhlər

Xəbər lenti

22 avqust, 22:40

Lisey və gimnaziyalara qəbul imtahanının nəticələri elan edildi

22 avqust, 22:29

Ali məktəblərə ixtisas seçiminin nəticələri AÇIQLANDI

22 avqust, 22:18

Milyonlarla uşağın oynadığı bu oyun bir çox ölkədə qadağan edildi

22 avqust, 17:46

MDU-nun yeni korpus və hoteli tikiləcək 

22 avqust, 17:01

“Böyük Qayıdış” üçün növbəti təlimlər başa çatdı – 23 nəfər peşə sertifikatı aldı

22 avqust, 16:49

Beynəlxalq Məşqçilik Kursuna ilk dəfə azərbaycanlı qəbul olub

22 avqust, 16:44

Naxçıvanda MİQ üzrə müsahibə mərhələsi yekunlaşıb

22 avqust, 16:06

Kollecə qəbul olanlar üçün qeydiyyat müddəti uzadılıb 

22 avqust, 15:44

"Qarabağda təhsil almaq mənim üçün qürurdur" – İki olimpiada medalçısının seçimi

22 avqust, 15:33

TİF ilə İş adamları Cəmiyyətinin Milli Assosiasiyası arasında görüş keçirilib

22 avqust, 15:08

NDU-da innovasiya və davamlı inkişafla bağlı elmi konfrans keçiriləcək

22 avqust, 14:55

“Bizim üçün “Maarifçi” gələcəyin təhsil idarəçisidir” – Mentorlar üçün təlim

22 avqust, 14:21

ADNSU məzunu “Social Hackathon Umbria 2025”də birinci yerin qalibi olub

22 avqust, 13:35

Gəncə və Göygöldə yeni fəaliyyətə başlayacaq liseylərə müəllim qəbulu başlayır

22 avqust, 13:30

Rektor: Bu gün artıq dərsin auditoriyada keçirilməsi kifayət etmir – MÜSAHİBƏ

22 avqust, 13:05

Məktəblərdə xarici dil seçimi necə aparılır?

22 avqust, 12:56

NDU-da bir sıra ixtisaslarda tədris ingilis dilində aparılacaq

22 avqust, 12:46

Uğursuzluqdan sonra qayğı daha vacibdir

22 avqust, 12:42

4SİM və Stenford Beynəlxalq Tədqiqat İnstitutu arasında onlayn görüş keçirilib

22 avqust, 12:29

Sabahın hava proqnozu açıqlanıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.