Bütün xəbərlər
9 dekabr, 14:08

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Rumıniyanın Aleksandr İon Kuza adına Yassı Universitetinin nümayəndələri ilə görüş keçirilib. Tədbirdə ATMU-nun rektoru İlham Mədətov iştirak edib və qonaqları salamlayaraq bu əməkdaşlığın hər iki universitet üçün önəmini vurğulayıb.

Bu barədə “Azərbayan müəllimi”nə universitetdən məlumat verilib. Bildirilib ki, iki istiqamətdə təşkil olunan görüşün birinci hissəsi ATMU-nun Tədris işləri üzrə prorektoru Zaur Bağırovun rəhbərliyi ilə Turizm və qonaqpərvərlik fakültəsi və Biznes idarəçiliyi fakültəsinin dekanlarının iştirakı ilə keçirilib. Görüş zamanı universitetin tədris prosesinin təşkilatı, fakültələrdə mövcud təhsil proqramları və kadr hazırlığı üzrə əməkdaşlıq imkanları geniş müzakirə olunub. Həmçinin ATMU-nun Elm məsələləri üzrə prorektoru İranə Əliyeva ilə fikir mübadiləsi aparılaraq birgə elmi layihələrin həyata keçirilməsi, ortaq tədqiqat qruplarının yaradılması və elmi məqalələrin hazırlanması məsələləri diqqət mərkəzində olub.

Görüşdə Yassı Universitetinin nümayəndə heyətinə professorlar Ludmila Bejenaru (Ədəbiyyat Fakültəsi), Alexandra Chiriac (Ədəbiyyat Fakültəsi), Alexandru Maxim (İqtisadiyyat və Biznes İdarəçiliyi Fakültəsi), Mihai Bulai (Coğrafiya və Geologiya Fakültəsi) və Claudiu Costin (Fizika Fakültəsi) daxil idi. 2017-ci ildən etibarən müxtəlif istiqamətlər üzrə əməkdaşlıq edilən tərəfdaş universitet ilə beynəlxalq əlaqələr çərçivəsində imkanların daha da genişləndirilməsi istiqamətində Beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Musa və mütəxəssisi İranə Axundova fikir mübadiləsi aparıblar. Qonaqlarla beynəlxalq əməkdaşlıq, tələbə və müəllim mübadiləsi, birgə təhsil proqramlarının işlənib hazırlanması və akademik şəbəkələrin inkişafı istiqamətində danışıqlar aparılıb. Görüş zamanı iki ali təhsil müəssisəsi arasında mövcud və potensial əməkdaşlıq istiqamətləri ətraflı müzakirə olunub.

Görüşün ikinci hissəsində isə Turizm və qonaqpərvərlik fakültəsi və Biznes idarəçiliyi fakültəsinin tələbələri üçün infosessiya təşkil edilib. Tədbir zamanı Yassı Universitetinin nümayəndələri tələbələrə bakalavriat, magistratura və doktorantura səviyyələrində təhsil imkanları, beynəlxalq təcrübənin əhəmiyyəti və tədris proqramlarının oxşarlığı haqqında məlumat verib. Tələbələr onları maraqlandıran sualları ünvanlayaraq, gələcəkdə əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar.

Bu görüş Azərbaycan Turizm və Menecment Universiteti ilə Yassı Universiteti arasında mövcud əlaqələrin gücləndirilməsi və yeni əməkdaşlıq istiqamətlərinin müəyyən olunması baxımından mühüm addım kimi qiymətləndirilir.

1 /2

Şərhlər

Xəbər lenti

13 iyun, 23:01

Xüsusi qabiliyyət imtahanlarına start verilir

13 iyun, 21:22

Sertifikatlaşdırma üzrə sınaq imtahanının sual nümunələri təqdim edilib

13 iyun, 21:18

İş yerini dəyişmək istəyən müəllimlərin NƏZƏRİNƏ!

13 iyun, 19:44

Səhnə balaca fidanlarındır

13 iyun, 18:19

Macarıstanda təhsil almaq hüququ qazananların siyahısı açıqlanıb

13 iyun, 17:51

Hüquqlarımızı necə dərk edirik? - Tələbə və müəllimlərin fikirləri

13 iyun, 17:30

“Son zəng” demişkən...

13 iyun, 17:10

İndi rəssamdır, gələcəkdə isə həkim olmaq istəyir

13 iyun, 17:00

Bakıda inklüziv sinif təşkil edilən məktəblərin sayı 30-a çatdırılıb

13 iyun, 16:55

Sertifikatlaşdırma daha tez-tez keçirilsin – Maksimum bal toplayanların təcrübələri

13 iyun, 16:53

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının qalibləri elan olunub

13 iyun, 16:52

Agentlik “Son zəng” tədbirləri ilə bağlı çağırış edib

13 iyun, 16:09

ATU-da İşçi qrupun növbəti iclası keçirilib

13 iyun, 15:57

51 təhsil müəssisəsində təmir və tikinti işləri aparılıb

13 iyun, 15:41

Sahil Babayev: Elm və təhsil xərclərimiz beynəlxalq normativlərə uyğundur

13 iyun, 15:26

18 000 minə yaxın şagird təmayül sinifdə təhsil alıb

13 iyun, 15:15

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu başlayır

13 iyun, 15:08

Folklor İnstitutunda Rəqəmsal folklor və netnoqrafik analiz şöbəsi yaradılıb

13 iyun, 14:56

Masallıda şagirdin yaşıdına xəsarət yetirməsi iddiası ilə bağlı AÇIQLAMA 

13 iyun, 14:48

ARTİ-də təkmilləşdirilməkdə olan musiqi fənn kurikulumunun müzakirəsi təşkil edilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.