Bütün xəbərlər
13 yanvar, 16:17

Azərbaycan bütün sahələrdə olduğu kimi, idman sahəsində də dünyada öz sözünü deyib. İdmançılarımız istənilən beynəlxalq yarışda, dünya əhəmiyyətli idman tədbirlərində Azərbaycanı uğurla təmsil edirlər.

“Azərbaycan müəllimi” bu dəfə ölkəmizi beynəlxalq səviyyədə uğurla təmsil edən, ucqar kənd məktəbinin uğurlu şagirdi, boks idman növü üzrə Avropa çempionu Səfdər Məmmədzadəni oxuculara təqdim edir.

Ağsu rayonunun Cəlayir kənd tam orta məktəbinin X sinif şagirdi Səfdərin sözlərinə görə, boksla məşğul olmağa 2022-ci ilin aprel ayında başlayıb. Həmin ildə ilk dəfə respublika səviyyəli yarışda iştirak edərək II yerə layiq görülüb. 12.06.2023-cü il tarixində ikinci dəfə Azərbaycan çempionatına qoşulub və qızıl medal qazanaraq ölkə çempionu olub. 14.08.2023-cü il tarixində Sloveniyanın Maribor şəhərində keçirilən məktəbli qız və oğlan boksçular arasında keçirilən yarışda rəqibini nokaut edərək Avropa çempionu adını qazanıb.

- Necə oldu ki, boksçu olmağa qərar verdin?
- Düzünü desəm, idmana heç həvəsim olmayıb. 2022-ci ildə boks məşqçisi Qabil Məmiyev kəndimizdə idman zalı açdıqdan sonra onun keçdiyi boks məşqlərinə mən də maraq göstərdim. Məşqçim bacarığımı gördükdən sonra məni çempionatlara hazırlamağa başladı.

- İdmanla məşğul olmaq dərslərinə mane olmur ki?
- Davamlı məşqlər edirik, amma bu, dərslərimi axsatmır. Dərslərimi çox yaxşı oxuyuram. Eyni zamanda məşqlərimlə də lazımınca məşğul oluram. 

- Qələbə sevincini ilk olaraq kiminlə bölüşürsən?
- Peşəkar rinqdə ilk çıxışım elə başladığım 2022-ci ilə təsadüf edir. 14.08.2023-cü il tarixində Sloveniyanın Maribor şəhərində məktəbli qız və oğlan boksçular arasında keçirilən yarışda qalib gələrək Avropa çempionu oldum. Həmin gün müəllimim də bizim evdə valideynlərim ilə birlikdə mənim döyüşümü izləyirdilər. Mən valideynlərimə və müəllimimə zəng edib qələbə sevincimi paylaşdım. Həm mənim, həm də onlar üçün heç vaxt unudulmayacaq bir gün idi. Səhv etmirəmsə, bu, rayonumuz üçün də bir ilk idi – ilk dəfə məktəbli boksçu Avropa çempionu olmuşdu.

- Beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil edirsən. Amma boks ağır idman növüdür, çətinlikləri çoxdurmu?
- İdman növləri içində ən ağır olanı demək olar ki, boksdur. Hər döyüşdə müəyyən zədələr alırıq. Dəfələrlə üzüm, burnum, qulaqlarım zədələnib. Ailəm əvvəl boksla məşğul olmağıma razı olmasa da, zaman keçdikcə mənim qətiyyətli olduğumu görüb onlar da qərarımı dəstəklədilər. İndi müəllimim və valideynim hər bir uğurumu ilk izləyib mənə dəstək olan şəxslərdir. Elə ailəmin xeyir-duası və çox çalışmağım sayəsində davamlı uğurlar əldə edə bilirəm. 21.11.2023-cü il tarixində Qazağıstanın Karaqanda şəhərində keçirilən beynəlxalq turnirin gümüş medalçısıyam. Həmçinin ölkəmizdə keçirilən şəhərlərarası turnirin 15 qat qalibi, Gürcüstanda keçirilən Gürcüstan kubokunun və Belarusda keçirilən Belarus oyunlarının da qalibiyəm. 14 yanvar 2024-cü ildə baş tutan Azərbaycan çempionatında yenidən qızıl medal qazanaraq 2 qat Azərbaycan çempionu olmağı bacardım. Bununla yanaşı, 12.02.2024-cü il tarixində Rumıniyanın Ployeşti şəhərində yeniyetmələr arasında “Dracula Open” beynəlxalq turnirində ölkəmizin idman şərəfini qoruyaraq çempion oldum. 2024-cü ildə Bakı şəhərində yeniyetmələr arasında keçirilən Heydər Əliyev beynəlxalq turnirinin qalibi oldum, 20.06.2024-cü il tarixində Bosniyanın Sarayevo şəhərində keçirilən Avropa çempionatının gümüş medalçısıyam. Bütün qazandığım uğurlarımın üzərində müəllimimin imzası var. Hər yarışdan sonra müəllimimlə birlikdə etdiyim səhvləri müzakirə edirik ki, növbəti dəfə rinqə çıxanda eyni səhvlərə yol verməyim.

- Ən məhsuldar görüşün hansı idi?
- Daha çox yaddaşımda qalan və məni qürurlandıran görüş keçən il baş tutan Avropa birinciliyinin yarımfinal mərhələsində erməni boksçu ilə döyüşüb rəqibimi nokautla məğlub etməyim oldu. Mən qalib xalqın nümayəndəsi olaraq həmin qələbəni qazanmalı idim.

- Növbəti Yay Olimpiya Oyunlarına qoşulmağı planlaşdırırsan?
- Yaşım uyğun olmadığından builki Olimpiya Oyunlarının lisenziya turnirlərində iştirak edə bilmədim. Amma həvəsdən düşmədim, 2028-ci ilin Yay Olimpiya Oyunlarına çox güclü və peşəkarcasına hazırlaşıram.

- Yarışlarda hansı boksçu ilə qarşılaşmaq istərdin?
- İndiki dövrün məğlubiyyətsiz boksçusu Aleksandr Usik ilə qarşılaşmaq mənim üçün çox maraqlıdır. İstərdim ki, onu ilk məğlub edən mən olum. İnanıram ki, dayanmadan məşq etsəm, istəyimə çatacağam.

- Gələcək hədəfləriniz haqqında danışmağını istərdim.
- Gələcək hədəflərim olduqca böyükdür. Qarşıdakı aylarda Avropa və dünya birinciliyi üzrə yarışlar başlayacaq. Avropa və dünya çempionu titulu uğrunda rinqə çıxacağam. Kumirim dünya boksunun canlı əfsanəsi sayılan Mayk Taysondur. Ümid edirəm ki, mən də gələcəkdə çox böyük uğurlara imza ataraq daha böyük qələbələr qazanacağam. Hər bir yarışda özümə inamım məni qələbələrə aparır. Peşəkar məşqçim Qabil müəllim ilə birlikdə qələbə qazanmaq üçün güclü məşqlər edirik. Hər bir yarışda çempion olmaq və bu adı qoruyub saxlamağı, məğlubiyyətsiz boksçu olmağı hədəfləyirik.

1 /3

Şərhlər

Xəbər lenti

13 mart, 21:23

Emin Əmrullayev Turin Politexnik Universitetinin rektoru ilə görüşüb

13 mart, 19:52

Universitetlərarası Azərbaycan Çempionatının qalibləri müəyyənləşdi

13 mart, 17:31

“Mexanika mühəndisliyində rəqəmsal simulyasiya texnikaları” mövzusunda təlim keçirilib

13 mart, 17:20

Xarici dildə təhsil: Gələcək üçün şans, yoxsa ailə üçün çətinlik?

13 mart, 16:47

Ölkə üzrə 530-a yaxın məcburi köçkünün peşə bacarıqları artırılır

13 mart, 16:30

MDU-da Təhsil ixtisasları üzrə işçi qrupun iclası keçirilib

13 mart, 16:25

Rumıniyanın ali təhsil müəssisələrinə təqaüd proqramı elan edilir

13 mart, 16:20

Gəncədə 100 məcburi köçkün peşə təliminə cəlb edilib

13 mart, 16:08

“Sabahın alimləri” XIV Respublika Müsabiqəsinin II günü – FOTOLAR

13 mart, 15:05

Ənənə və müasirliyi birləşdirən təhsil ocağı – Şəki məktəbindən REPORTAJ

13 mart, 14:45

Xankəndi şəhərində solo konsert keçirilib

13 mart, 13:58

34 ildən sonra – Xankəndi məktəbinin bir dərs günü  

13 mart, 13:40

Xankəndidə suverenlik mövzusunda ilk tədbir keçirilib

13 mart, 12:32

“Nə? Harada? Nə zaman?” – Qalib komanda bu gün seçilir

13 mart, 11:55

Ben Sauter: Azərbaycanın ali təhsil sisteminin beynəlxalq məkanda tanınması artıb

13 mart, 11:43

İşğaldan azad edilmiş ərazilərdə işləyən müəllimlərin sayı açıqlanıb

13 mart, 11:38

ADNSU tələbələri üçün “Effektiv kommunikasiya” mövzusunda təlim keçirilib

13 mart, 11:31

“Mədən sənayesində qadınların rolunun artırılması” mövzusunda seminar keçirilib

13 mart, 11:11

"Şagirdlərimin sevincini görəndə düşünürəm ki, müəllimlikdən gözəl peşə yoxdur" 

13 mart, 10:57

Nazir yüksək elmi nailiyyətləri olan alimlərlə görüşüb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.