Bütün xəbərlər
24 yanvar, 17:40

V sinfin Azərbaycan dili dərsliyində (Bakı-2024) “Oxuyub-anlama” məzmun xətti  üzrə IV bölmənin dördüncü fəslində ikinci dərsin mövzusu kimi “İlanın yarpızdan zəhləsi gedir?” (səh: 73-74) adlı təlim materialı verilib. Material məhşur dilçi alim M.Adilovun “Niyə belə deyirik?” kitabından seçilib.

Məqsəd şagirdlərin müəyyən fikirlərlə bağlı öz mövqelərini bildirmək və onu əsaslandırmaq, nitqin ekspressivliyində məcaz və leksik fiqurların rolunu izah etmək bacarıqlarının formalaşdırılmasıdır.

Şagirdlər mətni səssiz oxumalı, oradakı çətin sözlərin mənasını araşdırmalı, movzunu müxtəlif situasiyalarda danışmalı, iş dəftərlərindəki tapşırıqları icra etməlidirlər. 

Bizcə, dərslikdə təqdim olunan mətndə bəzi yanlışlıqlar var. Məsələn, “Məlum olduğu kimi, ilan quru, susuz (?) yerlərdə yaşayır”, qədimdə “yarbuz” sözü heyvan adı bildirirdi” qəti hökmlərinin verilməsi azyaşlı uşaqlarda yanlış təsəvvür yaratmırmı?! “İlanla yarpızın nə əlaqəsi var?” sualı isə beşincilərin dərketmə səviyyəsinə uyğun gəlmir. Çünki bu, türklər demişkən, geniş araşdırma tələb edir. 

Mətndə iddia olunduğu kimi, ilan heç də həmişə “quru, susuz yerlərdə” yaşamır. Zooloqlar qeyd edirlər ki, onlar hər yerdə - meşələrdə, çöllərdə, dənizlərdə və dağlarda, hətta  Himalay dağlarının 4900 metr yüksəkliyində də yaşayırlar. Digər canlılar kimi onların da suya (o cümlədən yarpızın yetişdiyi məkanlardakı su mənbələrinə) həyati ehtiyacları var.

“Yarbuz” sözünün qədimdə heyvan adı bildirməsi barədə isə konkret tarixi mənbələr, demək olar ki, yoxdur. Söylənilənlər hamısı mülahizələrdir. 

“İlanla yarpızın nə əlaqəsi var?” sualı ilə isə müəlliflər ironik şəkildə bunların arasında əlaqə olmadığını iddia etmiş olurlar. Amma unudurlar ki, belə bir əlaqə mövcuddur. Mütəxəssislər göstərirlər ki, mükəmməl iybilmə qabiliyyətinə malik olan ilan yarpızın qoxusuna da yaxşı bələddir. Onlar qeyd edirlər ki, ilanlar daha çox mexaniki titrəmə təsirlərinə və kəskin iyə qarşı həssasdır. Ona görə də ilan süründüyü ərazidə kəskin iyə rast gəldikdə oradan uzaqlaşır. İlandan qorunmaq üçün  onun ola biləcəyi yerlərdə yarpız, nanə, sarımsağın əkilməsi, daha kəskin iyli digər maddələrin (kükürd, naftalin, kerosin, mazut, keçi tükü, kül və s.) qoyulması da bunu sübut edir. İlan onların spesifik iyindən çəkinir. Deməli, insandan fərqli olaraq gözəl və ətirli, min bir dərdin dərmanı olan yarpızın iyi ilanlar üçün son dərəcə rahatsız edicidir. Təsadüfi deyil ki, xalq arasında əsrlərin sınağından çıxmış belə  inançlar da mövcuddur: “Yarpız olan həyətdə ilan olmaz”, “Yarpız bitən bostana ilan dolanmaz” və s. Hələ xalq arasında yumorla deyilmiş belə bir ifadə də var: “Dərisi avtomatik olur vız-vız, ilan hər dəfə görəndə yarpız”. Hətta “İlanın zəhləsi yarpuzdan (yarpızdan) gedər, o da yuvasının ağzında bitər” məsəli də mövcuddur. Yuxarıda qeyd etdiyimiz səbəblərə istinadən deyə bilərik ki, bu məsəl tam məntiqi əsasla formalaşıb. Heç də “Divani-lüğat-it-türk”də rastlaşdığınız “Yılan yarpuzdan kaçar, kança barsa, yarpuz utru kəlür”   atalar sözünün təhrif olunmuş forması deyil. Onun fərqli zamanda və fərqli şəraitdə yaranmış və fərqli həyat təcrübəsini ifadə edən yeni variantıdır.

Dərslikdə oxuyuruq: “M.Kaşğarlının “Divani-lüğat-it-türk” əsərində (XI əsr) belə ifadə işlənmişdir: “İlan yarbuzdan qaçar, hara getsə, yarbuz qarşısına çıxar”. Halbuki ifadənin əsli belədir: “Yılan yarpuzdan kaçar, kança barsa, yarpuz utru kəlür”. Gördüyünüz kimi, “Divani-lüğat-it-türk”də eyni nitq hissəsinə aid omonim “yarpuz” sözü var, “yarbuz” yox.  Ona görə dərslikdəki “Kaşğari də öz lüğətində “yarbuz” sözünü məhz “manqust” kimi işlətmişdir” ifadəsi də səhvdir. M.Kaşğarlı “yarbuz” yox, “yarpuz” sözünü həmin mənada işlədib. 

Lüğətdə “yarpuz” sözünün birinci mənası “gözəl rayihəli bir ot, qır nanəsi”; ikinci mənası isə “bir heyvan, fıron siçanı, manqust” kimi şərh olunur.

O düzdür ki, lüğətdə nümunə göstərilən məsəldəki “yarpuz” manqust mənasında işlədilib. Lüğətin 2006-cı il nəşrinin tərcüməçisi və nəşrə hazırlayanı R.Əskərin də yazdığı kimi, burada “yarpuz” “…əslində bitki deyil, firon siçanı imiş…İlanın zəhləsi yuvasının ağzında «bitən», yəni dikəlib duran və onu gözləyən firon siçanından, manqustdan (quş, ilan və xırda gəmiricilərlə qidalanan yırtıcıdan – İ.V.) gedirmiş...” (Bax: M.Kaşğari: “Divani-lüğat-it-türk”, III cild. Bakı-“Ozan”-2006, səh: 41).  

Bəlkə də söyləyicilər omonim olan “yarpuz” sözündəki müxtəlif leksik mənaların dinləyicilər tərəfindən daha asan fərqləndirilməsi və daha asan anlaşılması üçün tələffüzdə və yazılışda  p > b və u > ı əvəzlənmələri və səs tərkibinin dəyişdirilməsi ilə onu “yarpız” şəklində bitki və “yarbuz” şəklində heyvan adına döndəriblər. Onu da qeyd edək ki, “yarbuz” sözünə nəinki müasir ədəbi dilimizdə, heç tarixi mənbələrdə də təsadüf olunmur. Başqa ifadələrin tərkibində işlənməsi halları ilə də rastlaşmırıq. Köhnəlmiş sözlər cərgəsində də gözə dəymir. Əsli-nəsli, kökü naməlumdur. 

O da faktdır ki, artıq “Divani-lüğat-it-türk”dəki ifadənin işlənmə dairəsi çox daralıb, demək olar ki, istifadə edilmir. Onun əvəzinə yarpız (bitki) – ilan münasibətlərini əks etdirən variantı - “İlanın zəhləsi yarpuzdan (yarpızdan) gedər, o da yuvasının ağzında bitər” daha işlək hala gəlib. Dərslikdə sonrakı variantın nəzərə (müqayisəli də olar) alınması doğru və maraqlı olardı.

Başlıqda sual işarəsini də artıq hesab edirik. Çünki “İlanın yarpızdan zəhləsi gedir?” (cavab tələb olunur) sualına mətnə əsasən cavab tapmaq müşkül məsələdir. Yuxarıdakı “İlanla yarpızın nə əlaqəsi var?” sualı kimi bunun da cavabı ciddi araşdırma tələb edir ki, bu da V sinif şagirdinin işi, həm də 45 dəqiqəlik iş deyil.

Təklif edərdik ki, gələcəkdə dərslikdə elmi mübahisə doğuran məsələlərə, fikir dolaşıqlarına səbəb ola biləcək məsələlərə yer verilməsin, şagirdlərin dərketmə səviyyəsi, onların yaş psixologiyası və fizioloji xüsusiyyətləri ciddi şəkildə nəzərə alınsın, müasir dil materiallarına daha çox istinad olunsun.  

Qeydlərimizin dərsliyin təkrar nəşrində nəzərə alınması diləyi ilə.

İmran Verdiyev,
Əməkdar müəllimi

Şərhlər

Xəbər lenti

17 fevral, 16:03

Müəllimləri əməkdaşlığa dəvət edirik!

17 fevral, 15:35

Məktəb qərarlarının mərkəzində: Pedaqoji Şura iclasları necə keçir?

17 fevral, 15:24

AzMİU ilə Qazi Universiteti birgə elmi-tədqiqatlar aparacaq

17 fevral, 15:17

AzTU ilə Özbəkistan universiteti birgə proqramlar hazırlayacaq

17 fevral, 14:43

BMU-da hakaton keçirilib

17 fevral, 14:29

Vətəndaş müraciətlərinin statistikası açıqlanıb

17 fevral, 14:18

“Bayrağımızı qaldırdıqca qürur hissi keçirirəm” - Məktəbli idmançının uğuru

17 fevral, 12:56

Məktəblilərimiz IX “Info1Cup” proqramlaşdırma müsabiqəsində uğur qazanıblar

17 fevral, 12:48

Naxçıvan məktəblisi 10 gündə 3 qızıl medal qazandı

17 fevral, 12:47

Müəllim şagirdə qarşı uyğunsuz davranışına görə işdən çıxarılıb 

17 fevral, 12:42

İncəsənət Gimnaziyasının bərpası işləri hansı mərhələdədir? - AÇIQLAMA 

17 fevral, 12:26

Qazaxda sinif otağının tavanı çöküb, xəsarət alan olmayıb

17 fevral, 12:05

ADPU-da magistrantların VIII Respublika elmi konfransına tezislərin qəbuluna başlanılır

17 fevral, 11:52

Alim və tədqiqatçılar üçün müsabiqə elan olunur

17 fevral, 11:26

Qarabağ Universiteti vakansiya elan edir

17 fevral, 11:12

Təhsil krediti ilə oxuyan tələbə: Təhsillə içində olduğum dünyadan çıxmaq istəyirdim

17 fevral, 11:03

Naxçıvan STEAM Mərkəzində şagirdlər üçün onlayn dərs keçirilib

17 fevral, 11:02

Magistratura imtahanının test tapşırıqlarının düzgün cavabları açıqlanıb

17 fevral, 10:41

“Müasir metodist” müsabiqəsində hansı müəllimlər iştirak edə bilər? 

17 fevral, 10:38

Universitetlərarası Azərbaycan Çempionatında 250-dən artıq komanda iştirak edəcək 

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.