Bütün xəbərlər
21 aprel, 10:08

2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı ölkəmizdə, eyni zamanda Naxçıvan Müəllimlər İnstitutunda keçirilən silsilə tədbirlər çərçivəsində aprelin 17-də “Azərbaycan Konstitusiyası – dövlətçiliyin təməlidir” mövzusunda “dəyirmi masa” təşkil olunub.

Bu barədə institutdan “Azərbaycan müəllimi”nə məlumat verilib. Bildirlib ki, tədbir “Təbiət və incəsənət” fakültəsi ilə “Humanitar və ictimai fənlər” kafedrasının birgə təşəbbüsü ilə keçirilib.

“Dəyirmi masa” Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifələrini icra edən Elşən Məmmədovun çıxışı ilə açılıb. O çıxışında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” kimi qeyd olunmasının mühüm ictimai və siyasi əhəmiyyətə malik olduğunu qeyd edib. Bildirib ki, bu təşəbbüs yalnız hüquqi dövlət prinsiplərinin möhkəmləndirilməsinə deyil, həm də vətəndaşların, xüsusilə gənc nəslin konstitusiya dəyərlərinə daha dərindən yiyələnməsinə xidmət edir.

Elşən Məmmədov çıxışında Azərbaycan Respublikası Konstitusiyasının dövlətçilik ənənələrimizin qorunmasında və müstəqil hüquqi sistemin formalaşmasında əhəmiyyətini vurğulayaraq qeyd edib ki, bu sənəd yalnız qanunların toplusu deyil, həm də milli iradənin təcəssümüdür. O, həmçinin Konstitusiyanın suveren dövlət quruculuğunda, hüquqi dövlətin əsaslarının yaradılmasında və insan hüquqlarının təmin edilməsində mühüm rolunu iştirakçıların diqqətinə çatdırıb.

“Dəyirmi masa” çərçivəsində institutun Humanitar və ictimai fənlər kafedrasının müəllimləri tərəfindən məruzələr təqdim olunub. Kafedranın müəllimi Qorxmaz Hacızadə “Konstitusiya və Suverenlik İli: Azərbaycanın gələcəyinə doğru addımlar” mövzusunda çıxış edərək Konstitusiyanın müasir dövrdə milli inkişaf strategiyamızdakı yeri və rolunu dəyərləndirib. O, xüsusilə bu ilin dövlətçilik ideyalarının təbliği baxımından əhəmiyyətini vurğulayıb.

Digər məruzə ilə çıxış edən kafedranın müəllimi Altay Cəfərli “Suverenliyin hüquqi təməli” mövzusunda danışaraq Azərbaycan Respublikasının suverenliyinin hüquqi əsaslarının Konstitusiyada əks olunduğunu, bu sənədin dövlətin ali hüquqi norması olaraq əhalinin rifahı və hüquqlarının qorunması üçün möhkəm zəmin yaratdığını bildirib.

Tədbirin sonunda iştirakçılar mövzu ətrafında fikir mübadiləsi aparıb, suallar cavablandırılıb və müzakirələr zamanı maraqlı məqamlar önə çəkilib. “Dəyirmi masa” maarifləndirici xarakter daşımaqla yanaşı, tələbələrin hüquqi biliklərinin artırılmasına da mühüm töhfə verib.

Şərhlər

Xəbər lenti

1 may, 17:25

PISA 2025 qiymətləndirməsinə yeni sahə əlavə olunub

1 may, 17:12

Qarabağ Universitetinin 3 tələbəsi böyük uğura imza atdı

1 may, 16:50

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib

1 may, 16:21

BSU-nun rektoru Sofiya Universitetində çıxış edib

1 may, 16:18

Metodistlərin fəaliyyətinin monitorinqinə başlanılıb

1 may, 16:05

“Necə mükafat qazanan tədqiqatçı olmaq olar?” – Mövqe

1 may, 15:20

Naxçıvanda təhsil müəssisələrinə müdir və direktorlar təyin edilib

1 may, 15:00

Elmi fəaliyyətimdə daha yüksək standartlara çatmaq istəyirəm – gənc tədqiqatçı

1 may, 14:53

Müasir təhsil sistemi və müəllim rolunun transformasiyası: İnklüzivlik və emosional liderlik

1 may, 13:57

Bu təhsil müəssisələrində müsabiqə mərhələsi ləğv olunub - SİYAHI

1 may, 12:46

Sabahın hava proqnozu açıqlanıb

1 may, 12:40

Azərbaycan dili fənni üzrə imtahan keçiriləcək

1 may, 12:29

Respublika fənn olimpiadalarında daha bir yenilik olacaq

1 may, 12:25

MÜTDA valideynlərə çağırış etdi

1 may, 12:04

Lənkəranda “Peşə sərgisi” – Şagirdlər əl işlərini nümayiş etdirdilər

1 may, 12:01

Naxçıvanda yeni kadr təyinatları olub

1 may, 12:00

RFO-nun biologiya fənni üzrə praktiki turuna mediatur təşkil olunub

1 may, 11:43

“Qazaxıstanın xaricdə təhsil proqramı öz hədəflərinə çatıb” – Adil Kusmanov

1 may, 11:33

“Azərbaycan üçün İngilis Dili Strategiyası” sənədinin təqdimatı keçirilib

1 may, 11:10

Magistraturaya qəbul imtahanında iştirak edəcək bakalavrların NƏZƏRİNƏ!

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.