.jpg)
Azərbaycan nümayəndə heyəti Sinqapurda “QS Quacquarelli Symonds” qlobal reytinq agentliyinin təşkil etdiyi “QS EduData 2025” sammitində iştirak edib.
“Azərbaycan müəllimi” xəbər verir ki, heyətə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nümayəndələri daxil olub.
Sammit çərçivəsində keçirilən “2030-cu ilin universiteti – Sizin müəssisəniz necə görünəcək?” mövzusunda panel sessiyada BDU-nun rektoru Elçin Babayev spiker qismində çıxış edib.
Səfər zamanı nümayəndə heyəti “QS”in Sinqapur regional ofisində təşkilatın rəhbər heyəti ilə görüşüb. “QS”in baş vitse-prezidenti Ben Sauter, regional direktor Sergey Xristolyubov və qlobal strateji tərəfdaşlıq üzrə direktor Monika Hornunq Kattan ilə keçirilən görüşdə Azərbaycan ali təhsil müəssisələrinin beynəlxalq rəqabət qabiliyyətinin artırılması imkanları müzakirə olunub.
Bundan əlavə, “QS” reytinqində müvafiq olaraq 15-ci və 585-ci yerləri tutan Nanyanq Texnologiya Universiteti və Sinqapur Menecment Universiteti ilə əməkdaşlıq perspektivləri üzrə görüşlər keçirilib.
1 /1
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər