Bütün xəbərlər
18 iyul, 10:22

İyulun 8-17-də Cenevrə şəhərində Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) üzv dövlətlərinin Assambleyalarının 66-cı iclası keçirilib. Assambleyaların iyulun 17-də keçirilən iclaslarında bir sıra təşkilati məsələlərə baxılıb. 

Bu barədə “Azərbaycan müəllimi”nə Əqli Mülkiyyət Agentliyindən bildirilib.

Koordinasiya Komitəsi və Paris və Bern İttifaqının İcraiyyə Komitəsində qeyri-rəsmi məsləhətləşmələrdən sonra 40 dövlət Bern İttifaqı İcraiyyə Komitəsinin daimi üzvü seçilib. Daimi üzv seçilən dövlətlər sırasında Azərbaycan da yer alıb.

Qeyd edilib ki, Azərbaycan 1995-ci ildə ÜƏMT-nin əqli mülkiyyətin qorunması sahəsində ən böyük beynəlxalq müqaviləsi olan Paris konvensiyasına və 1998-ci ildə Bern konvensiyasına qoşulub. Ölkəmiz, həmçinin 2027-ci ildə keçiriləcək Baş Assambleyanın növbəti sessiyasının bağlanışına qədərki dövr üçün ÜƏMT-nin ən vacib rəhbər orqanlarından olan Koordinasiya Komitəsinə 194 ölkə arasından daimi üzv seçilmiş 83 dövlətdən biridir.

Azərbaycan Proqram və Büdcə Komitəsinin də üzvü seçilib. Bu Komitədə həmin vaxtadək təmsil olunacaq dövlətlərin sayı 53-dür. Komitə Birləşmiş Millətlər Təşkilatının (BMT) maliyyə nəzarəti üçün vacib rol oynayır. Belə ki, Komitə resurs tələblərini araşdırır, büdcə proqnozlarını nəzərdən keçirir və maliyyə administrativ siyasətə dair tövsiyələr hazırlayır.

İyulun 17-də keçirilən Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Assambleyalarının vəzifəli şəxslərinin seçkilərində isə Azərbaycan Əqli Mülkiyyət Agentliyinin rəhbəri Kamran İmanov 118 üzv dövlətin təmsil olunduğu ÜƏMT-nin Müəllif hüquqları Müqaviləsi Assambleyasının sədri seçilib.

Azərbaycan 2005-ci ildən ÜƏMT-nin Müəlliflik hüququna dair Müqaviləsinin üzvüdür.

Beləliklə, Azərbaycan BMT-nin ən böyük qurumlarından biri olan Ümumdünya Əqli Mülkiyyət Təşkilatının 3 böyük komitəsində təmsil olunur və onun ən vacib assambleyasından birinə rəhbərlik edir.

Xatırladaq ki, Azərbaycan nümayəndəsi 2018-ci ildə ÜƏMT-nin Müəllif hüquqları Müqaviləsi Assambleyası sədrinin müavini seçilib, 2019-2020-ci və 2023-cü illərdə Ədəbi və bədii əsərlərin qorunması haqqında Bern Konvensiyası Assambleyasına, 2021-2022-ci illərdə isə Müəllif hüquqları Müqaviləsi Assambleyasına sədrlik edib.

ÜƏMT-nin komitələrində Azərbaycanın təmsil olunması, ilk növbədə, sahənin inkişafını daim dəstəkləyən Azərbaycan dövlətinə və Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi iqtisadi və institusional islahatlara hörmət və ehtiramın ifadəsidir.

Onu da qeyd edək ki, ÜƏMT üzv dövlətlərinin Assambleyalarının 66-cı iclasında tədbirə onlayn qoşulan Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri K.İmanov çıxış edərək, Azərbaycanda əqli mülkiyyət sahəsində əldə edilən uğurlardan danışıb. Qeyd edib ki, ölkəmizdə yaradıcı sahibkarlar, investisiyalar və rəqabətqabiliyyətli bazarlarla yanaşı innovasiyaları dəstəkləyən əqli mülkiyyət prioritet kimi önə çəkilib. İşğaldan azad edilmiş Azərbaycan ərazilərində “ağıllı kənd” (smart kənd) və “ağıllı şəhər”lərin (smart şəhərlərin) yaradılmasına xüsusi diqqət yetirilir.

İdarə Heyətinin sədri K.İmanov ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı və coğrafi göstəricilərə dair “Açıq reyestr”lərin yaradıldığı, 3D formatın tətbiqi, patent analitikası, iddia sənədlərinin baxılma müddətinin azaldılması, ixtira və patent fəallığının əvvəlki illərlə müqayisədə xeyli artması və digər yeniliklər barədə də məlumat verib.

Şərhlər

Xəbər lenti

19 iyul, 19:06

Prezident İlham Əliyev: Şuşa Media Forumu artıq ənənəvi xarakter alıb

19 iyul, 19:02

III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilir

19 iyul, 18:51

Cəbrayıl şəhəri körpələr evi-uşaq bağçası fəaliyyətə başlayıb

18 iyul, 18:10

Müəllimlər intellektual qabiliyyətlərini yoxladılar - Qaliblərin oyun təəssüratları 

18 iyul, 17:27

BŞTİ media nümayəndələri ilə görüş keçirib

18 iyul, 16:53

Yüksəliş” müsabiqəsinin final mərhələsinə start verilib

18 iyul, 16:36

Fərhad Hacıyev: Bu il “Yüksəliş”ə rekord sayda müraciət olub

18 iyul, 16:11

Ölkə birincisi: Hər bir işə məsuliyyətlə yanaşmaq lazımdır

18 iyul, 16:08

Fərəh Əliyeva: Əsas məqsəd dəyər yaratmaq iqtidarında olan gəncləri aşkara çıxarmaqdır

18 iyul, 15:48

Elnur Nəsibov: Təhsilə dəstək üçün artıq onlayn formada ianə vermək olar

18 iyul, 15:38

Fərhad Hacıyev: “Yüksəliş”in finalçılarının 55%-i 600-dən yüksək bal toplayıb

18 iyul, 15:16

Nazirin müşaviri: “TəhsilPlus” kartı müəllimlərin rifahının artırılmasına səbəb olacaq

18 iyul, 15:14

Avqustun 4-də jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı keçiriləcək

18 iyul, 15:08

BMU-da “Huawei” şirkəti ilə əlaqələr müzakirə olunub

18 iyul, 14:49

Naxçıvanın builki məzunları 30 ilin ən yüksək nəticəsini göstərdi

18 iyul, 14:32

Bir sinfin 4 qızıl “ulduz”u - Uğur necə əldə olundu?

18 iyul, 14:17

Ölkə birincisi: “Zəhmət çəkən insan mütləq istədiyinə nail olur

18 iyul, 13:52

Qızıl nişanla parlayan yeniyetmələrimiz

18 iyul, 12:48

Prezident İlham Əliyev Ağdamda körpələr evi-uşaq bağçasının açılışında iştirak edib

18 iyul, 12:40

Ağdam şəhər 1 nömrəli tam orta məktəbin binasının açılışı olub

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.