Bakı Dövlət Universitetinin (BDU) nümayəndə heyəti Özbəkistanın Dünya İqtisadiyyatı və Diplomatiya Universitetində olub.
Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, BDU-nun elm və innovasiyalar üzrə prorektoru Hüseyn Məmmədov, sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev, Tədrisin təşkili və idarə olunması Mərkəzinin direktoru Elçin Məmmədov və BDU rektorunun maliyyə və inzibati məsələlər üzrə müşaviri Mirzə Mirzəyev Özbəkistanın Dünya İqtisadiyyatı və Diplomatiya Universitetinin təhsil və gənclərlə iş üzrə prorektoru Adil Yusifcanov, elm və innovasiyalar üzrə prorektoru Gülnoza İsmayılova ilə görüşüb.
Görüşdə akademik və elmi əlaqələrin gücləndirilməsi istiqamətində müzakirələr aparılıb, bunun iki ölkə arasında münasibətlərin inkişafına töhfə olacağına və qısa müddətdə real nəticələr verəcəyinə əminlik ifadə olunub.
Görüşün sonunda iki universitet arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. Müqavilədə ortaq elmi tədqiqatların aparılması, elm və təhsil sahəsində birgə layihələrin hazırlanması, müəllim-tələbə mübadiləsinin həyata keçirilməsi nəzərdə tutulur.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
Bölmələrimiz
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)