Bütün xəbərlər
test
27 dekabr, 15:38

Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxi Astrofizika Rəsədxanası 2025-ci ildə fəsillərin Azərbaycana daxilolma vaxtını təqdim edib.

Rəsədxanadan “Azərbaycan müəllimi”nə bildirilib ki, Günəşin illik zahiri hərəkəti Yerin Günəş ətrafında illik hərəkətinin təzahürüdür. Bu zahiri hərəkət zamanı Günəşin göy sferində cızdığı dairə ekliptika adlanır. Həmin dairə üzərində 4 səciyyəvi nöqtə var. Bu nöqtələr yaz və payız bərabərlikləri, qış və yay günəşduruşu nöqtələridir. Yer Günəş ətrafında dolanarkən Günəşin bu nöqtələrdən keçmə anı astronomik fəsillərin başladığı tarixi göstərir.

Yaz bərabərliyi günü Günəşin şüaları Yer ekvatoruna düz bucaq altında düşdüyündən gündüz ilə gecənin uzunluğu bərabərləşərək bütün coğrafi enliklərdə 12 saat olur. Həmin gün Günəş göy ekvatorunu kəsərək Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçir. Şimal yarımkürəsində astronomik yaz, Cənub yarımkürəsində isə astronomik payız başlayır. 2025-ci ildə yaz fəsli Azərbaycana martın 20-si saat 13:01-də daxil olacaq.

Yay günəşduruşu günü Yerin Şimal yarımkürəsi maksimal şəkildə Günəşə tərəf yönəlir. Gündüz və gecənin uzunluğu ekvatorda ilboyu dəyişməyib 12 saat qalır, qütblərə doğru getdikcə isə bu fərq 24 saatadək artır. Nəticədə yay günəşduruşu günü Şimal qütbündə 24 saat gündüz, Cənub qütbündə 24 saat gecə olur. Bizim yerləşdiyimiz coğrafi enlikdə isə gündüz 15 saat 3 dəqiqə 23 saniyə, gecə 8 saat 56 dəqiqə 37 saniyə davam edir. Bu andan etibarən Şimal yarımkürəsində astronomik yay, Cənub yarımkürəsində isə astronomik qış başlayır. 2025-ci ildə yay fəsli Azərbaycana iyunun 21-i saat 06:42-də daxil olacaq.

Payız bərabərliyi günü Günəşin şüaları Yer ekvatoruna yenidən düz bucaq altında düşdüyündən gündüz ilə gecənin uzunluğu bərabərləşərək bütün coğrafi enliklərdə 12 saat olur. Həmin gün Günəş göy ekvatorunu kəsərək Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçir və Şimal yarımkürəsində astronomik payız, Cənub yarınkürəsində isə astronomik yaz başlayır. Payız fəsli 2025-ci ildə Azərbaycana sentyabrın 22-si saat 22:19-da daxil olacaq.

Qış günəşduruşu günü isə Yerin Cənub yarımkürəsi maksimal şəkildə Günəşə tərəf yönəlir. Həmin gün Cənub qütbündə 24 saat gündüz, Şimal qütbündə isə 24 saat gecə olur. Bizim yerləşdiyimiz coğrafi enlikdə gündüz 15 saat 3 dəqiqə 23 saniyə, gecə 8 saat 56 dəqiqə 37 saniyə davam edir. Bu andan etibarən Şimal yarımkürəsində astronomik qış, Cənub yarımkürəsində isə astronomik yay başlayır. 2025-ci ildə qış fəsli Azərbaycana dekabrın 21-i saat 19:03-də daxil olacaq.

Yerlə Günəş arasındakı orta məsafə 149 597 870 km-dir. Lakin Yerin Günəş ətrafında hərəkəti elliptik orbit boyunca olduğundan bu məsafə il ərzində dəyişir. Yer orbitinin Günəşə ən yaxın olduğu nöqtə periheli, Günəşdən ən uzaq olduğu nöqtə afeli adlanır. Bu fərq hesabına Şimal yarımkürəsində qış fəsli daha yumşaq, Cənub yarımkürəsində isə yay fəsli daha mülayim keçir. Bu il Yer kürəsi perihelidən yanvarın 4-ü saat 17:28-də (147 103 686 km), afelidən isə iyulun 3-ü saat 23:54-də (152 087 738 km) keçəcək.

Xəbər lenti

28 dekabr, 17:51

BMU-da tələbələrin rəsm əsərlərinin sərgisi keçirilib

28 dekabr, 17:47

Elm və təhsil naziri daha bir neçə rayonun məktəb direktorları ilə görüşüb

28 dekabr, 17:41

ADPU-da "Şagirdə Tələbə Dəstəyi” göstərənlər təltif olunub

28 dekabr, 16:41

“Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsinin nəticələri açıqlanıb

28 dekabr, 16:22

Şagirdlərin yerdəyişməsi müvəqqəti dayandırılır

28 dekabr, 15:33

Ümumtəhsil müəssisələrində superviziya və monitorinqlər həyata keçirilir

28 dekabr, 15:21

NASA-nın kosmik aparatı ilk dəfə Günəşə ən yaxın məsafədə olub

28 dekabr, 15:06

Ödənilməz borc – Esse müsabiqəsi qalibinin yazısı

28 dekabr, 14:57

Beynəlxalq müsabiqədə qalib olan AzMİU tələbələrinə fəxri diplomlar təqdim edilib

28 dekabr, 14:48

Azərbaycanda suitilərin qorunması mərkəzi yaradılacaq

28 dekabr, 14:38

Azərbaycanlı tədqiqatçı xərçəngin müalicəsi üçün bio-nanomateriallar hazırlayır

28 dekabr, 14:31

“Təhsildə liderlik” mövzusunda təlimlər davam edir

28 dekabr, 13:51

Azərbaycanda 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edilib - SƏRƏNCAM

28 dekabr, 13:49

Psixologiya Elmi-Tədqiqat İnstitutunun tədqiqatı beynəlxalq nüfuzlu jurnalda çap edilib

28 dekabr, 12:29

Universitetlərimizdə süni intellekt necə tədris olunur? – UNEC müəllimi ilə MÜSAHİBƏ

28 dekabr, 12:03

AzTV-nin sədri məktəblilərlə görüşüb

28 dekabr, 11:55

Bağça yaşlı uşaqlar üçün faydalı platforma yaradılıb

28 dekabr, 11:54

Ənənəvi kitabxanalar interaktiv platformalara çevrilir

28 dekabr, 11:39

UNEC-də tələbə və məzunlara 400-dən çox vakansiya təklif olunub

28 dekabr, 11:34

Professor: Azərbaycanlı gənc istedadlar üçün təqaüd verməyi düşünürük – MÜSAHİBƏ

Şərhlər (0)

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.