
“Müəllimlərin işə qəbulu müsabiqəsində “faktiki yaşayış yeri” meyarının tətbiq olunması ilə yerli namizədlərə müəyyən üstünlüklərin verilməsi digər müəllimlərin hüquqlarını məhdudlaşdırmır”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli İctimai Televiziyanın “Sabahın xeyir, Azərbaycan” verilişində bildirib.
O qeyd edib ki, növbəti mərhələdə bütün vakansiyalar üzrə seçim olacaq və hər kəs istədiyi vakansiyanı seçə biləcək:
“Qeydiyyat vaxtı faktiki yaşayış yerini göstərən müəllimlər həmin rayon üzrə vakansiyalara müraciət edə biləcəklər. Bu, başqa şəhər və rayonlara müraciət hüququnun məhdudlaşdırılması anlamına gəlmir. Burada hər hansı məhdudlaşdırmadan söhbət getmir. Bu, digər rayon üzrə vakansiya seçiminə qədər olan bir mərhələdir. Bir neçə gün sonra artıq bütün ölkə üzrə namizədlərə vakansiya seçimi imkanı yaradılacaq”.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər