Bakı Dövlət Universitetinin (BDU) nümayəndə heyəti Özbəkistanın Daşkənd Beynəlxalq Universitetində olub.
Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, səfər zamanı BDU-nun elm və innovasiyalar üzrə prorektoru Hüseyn Məmmədov, sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev, Tədrisin təşkili və idarə olunması Mərkəzinin direktoru Elçin Məmmədov və BDU rektorunun maliyyə və inzibati məsələlər üzrə müşaviri Mirzə Mirzəyev Daşkənd Beynəlxalq Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Şerzod Xannayev və digər məsul şəxslərlə görüşüblər.
Nümayəndə heyəti BDU-nun beynəlxalq əlaqələrində türkdilli dövlətlərin ali məktəbləri ilə münasibətlərin önəmli yer tutduğunu, son illər Özbəkistanın nüfuzlu elm və təhsil müəssisələri ilə sıx əlaqələrin yaradıldığını və inkişaf etdirildiyini diqqətə çatdırıb.
Görüşdə iki ali təhsil müəssisəsi arasında beynəlmiləlləşmə, akademik və elmi əməkdaşlığın genişləndirilməsi, birgə tədqiqatların aparılması, müəllim-tələbə mübadiləsi proqramlarının təşkili məsələləri müzakirə olunub.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
Bölmələrimiz
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)