Bütün xəbərlər
28 dekabr, 14:31

Elm və Təhsil Nazirliyi ilə “ORT İsrail” məktəblər şəbəkəsinin birgə faliyyət planına əsasən, Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən icra olunan “İnnovativ məktəb” layihəsi çərçivəsində direktor və müəllimlər İsrailin Təl-Əviv şəhərində keçirilən “Təhsildə liderlik” mövzusunda təlimlərdə iştirak edirlər.

Bu barədə institutdan “Azərbaycan müəllimi”nə məlumat verilib. Bildirilib ki, 12 məktəb üzrə 46 nəfərlik pedaqoji heyətin iştirak etdiyi təlimlərdə iştirakçılar müasir tədris metodologiyaları, layihə əsaslı öyrənmə və süni intellektin təhsildə yaratdığı imkanlar haqqında fəaliyyətlərə cəlb olunub, eləcə də İsrailin təhsil sistemi ilə tanış olmaq məqsədilə Ebin, Tivon və Dafna kimi qabaqcıl ümumi təhsil müəssisələrinə və Yerusəlimin “Bloomfield” Elm Muzeyinə səfər ediblər.

Təlimlərin açılış mərasimində çıxış edən ölkəmizin İsraildəki fövqəladə və səlahiyyətli səfiri Muxtar Məmmədov şagirdlərin gələcək çağırışlara hazırlanmasında təhsil işçilərinin rolu və bu istiqamətdə lazımi bilik və bacarıqların inkişaf etdirilməsinin vacibliyindən bəhs edərək iştirakçılara uğurlar arzulayıb.

Qeyd edək ki, sözügedən təlimlər 1 yanvar tarixinə qədər davam edəcək. Təlimlərin ikinci hissəsinin isə yanvar ayının sonunda Bakıda keçirilməsi planlaşdırılır.

1 /6

Şərhlər

Xəbər lenti

14 mart, 09:56

Qazaxıstanlı tələbələr ADNSU-da təcrübə keçiblər

14 mart, 09:48

Tələbələr dağ-mədən sənayesində inşaat mühəndisliyinin rolu barədə məlumatlandırılıb

13 mart, 21:23

Emin Əmrullayev Turin Politexnik Universitetinin rektoru ilə görüşüb

13 mart, 19:52

Universitetlərarası Azərbaycan Çempionatının qalibləri müəyyənləşdi

13 mart, 17:31

“Mexanika mühəndisliyində rəqəmsal simulyasiya texnikaları” mövzusunda təlim keçirilib

13 mart, 17:20

Xarici dildə təhsil: Gələcək üçün şans, yoxsa ailə üçün çətinlik?

13 mart, 16:47

Ölkə üzrə 530-a yaxın məcburi köçkünün peşə bacarıqları artırılır

13 mart, 16:30

MDU-da Təhsil ixtisasları üzrə işçi qrupun iclası keçirilib

13 mart, 16:25

Rumıniyanın ali təhsil müəssisələrinə təqaüd proqramı elan edilir

13 mart, 16:20

Gəncədə 100 məcburi köçkün peşə təliminə cəlb edilib

13 mart, 16:08

“Sabahın alimləri” XIV Respublika Müsabiqəsinin II günü – FOTOLAR

13 mart, 15:05

Ənənə və müasirliyi birləşdirən təhsil ocağı – Şəki məktəbindən REPORTAJ

13 mart, 14:45

Xankəndi şəhərində solo konsert keçirilib

13 mart, 13:58

34 ildən sonra – Xankəndi məktəbinin bir dərs günü  

13 mart, 13:40

Xankəndidə suverenlik mövzusunda ilk tədbir keçirilib

13 mart, 12:32

“Nə? Harada? Nə zaman?” – Qalib komanda bu gün seçilir

13 mart, 11:55

Ben Sauter: Azərbaycanın ali təhsil sisteminin beynəlxalq məkanda tanınması artıb

13 mart, 11:43

İşğaldan azad edilmiş ərazilərdə işləyən müəllimlərin sayı açıqlanıb

13 mart, 11:38

ADNSU tələbələri üçün “Effektiv kommunikasiya” mövzusunda təlim keçirilib

13 mart, 11:31

“Mədən sənayesində qadınların rolunun artırılması” mövzusunda seminar keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.