Bütün xəbərlər
28 dekabr, 12:03

“Məktəbdə...” layihəsinin növbəti görüşü paytaxtdakı 49 nömrəli “İntellekt” məktəb-liseyində keçirilib.

Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən “Azərbaycan müəllimi”nə məlumat verilib. Bildirilib ki, idarə tərəfindən reallaşdırılan layihənin budəfəki qonağı “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Rövşən Məmmədov olub. 

Qonaq əvvəlcə məktəbin şəhid məzunlarının guşəsi önünə gül qoyub, məktəblə tanış olub.

Məktəbdə olmaqdan, şagirdlərin qarşısında çıxış etməkdən məmnun olduğunu bildirən qonaq məktəb illərindən, müəllimlərinin həyatında buraxdığı izlərdən, məktəbdə əldə etdiyi biliklərin həyatındakı önəmindən, peşə sahəsində uğur qazanmağın yollarından danışıb. Uğur qazanmaq üçün nəzəri biliklərlə yanaşı praktik bacarıqlara yiyələnməyin zəruriliyini vurğulayan R.Məmmədov həyat adlı müəllimdən də öyrənməyin üstünlüklərindən bəhs edib.

Müasir dünyada mətbuatın, xüsusilə elektron medianın rolundan danışan R.Məmmədov Azərbaycanın tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği istiqamətində telekanalların üzərinə düşən vəzifələrdən söz açıb. Qonaq, həmçinin ana dilimizin norma və tələblərinə əməl olunması, nitq mədəniyyətinin formalaşdırılması, səlis danışıq qaydaları barədə şagirdlərə tövsiyələrini verib. Güclü xarakterin formalaşmasında mənəvi-psixoloji amillərin önəmindən danışan AzTV-nin sədri “Həyat mübarizləri sevir”, deyərək gəncləri idealları uğrunda mübarizə aparmağa çağırıb.  

Hər zaman ekranlardan izlədikləri aparıcını canlı olaraq öz aralarında görməkdən sevinc duyan şagirdlər qonağa çoxsaylı suallar ünvanlayıb, onları düşündürən mövzularla bağlı fikir mübadiləsi aparıblar.

Layihənin informasiya dəstəyi “Kaspi” qəzeti və Kaspi.az saytıdır.

Qeyd edək ki, “Məktəbdə…” layihəsinin əsas məqsədi şagirdlərə mənəvi-əxlaqi dəyərlərə hörmət və ictimai məsuliyyət hissi aşılamaq, mütaliəyə marağı artırmaq, vaxtın düzgün idarə olunması, mühitə adaptasiya yollarını təbliğ etməkdən ibarətdir.

1 /18

Xəbər lenti

5 fevral, 12:47

Eksternat imtahanlarının nəticələri bəlli olub

5 fevral, 11:48

"Azərbaycan məktəbi" jurnalı alim və tədqiqatçıları əməkdaşlığa dəvət edir

5 fevral, 11:46

Bakı Dövlət Universiteti vakansiya elan edir

5 fevral, 11:30

Çağdaş təhsildə təşkilatlanma: yeni nəsil tərbiyəsi

5 fevral, 11:25

Fil Bati: Azərbaycan universitetləri öz tədqiqat fəaliyyətlərini əhəmiyyətli dərəcədə artırır

5 fevral, 11:02

Mingəçevir Gənclər Evində uğur və ilham dolu günlər - REPORTAJ

5 fevral, 10:51

İcma əsaslı məktəbəqədər təhsil xidməti göstərən 188 qrant layihə həyata keçirilir

5 fevral, 10:16

Azərbaycanlı tələbələr layihələrini Niderlandda təqdim ediblər

5 fevral, 10:09

Agentlikdə yeni təyinatlar olub

5 fevral, 10:05

BSU-da Tələbə Məşvərət Şurasının iclası keçirilib

5 fevral, 09:45

Bakı Avrasiya Universitetləri Sammitinə ev sahibliyi edəcək

5 fevral, 09:32

Ölkəmizdə ilk dəfə “Biotəhlükəsizlik və biomühafizə” fənni tədris olunacaq

5 fevral, 09:28

ETN yanında İctimai Şuranın üzvləri Təhsilin İnkişafı Fondunda olublar

5 fevral, 09:25

“ADPU 2030” Strateji inkişaf planı qəbul olunub

5 fevral, 09:19

Azərbaycanlı məktəblilər ilk dəfə “SpaceX” raketi ilə orbitə peyk buraxacaqlar

4 fevral, 18:55

2032-ci ildə Yerə dəyə biləcək asteroid kəşf olunub 

4 fevral, 17:44

Uşaqlar rol-modellərini necə seçirlər?

4 fevral, 17:40

Uşaqları ekran qarşısından uzaqlaşdırmaq üçün “meşə məktəbləri” yanaşması 

4 fevral, 17:33

Ümumi təhsil müssisələrində fəaliyyət göstərən metodistlərlə görüş keçirilib

4 fevral, 17:21

Şirvan-Salyan regionunda 4 məktəb üçün yeni bina tikilir 

Şərhlər (0)

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.