Bütün xəbərlər
test
28 dekabr, 14:57

Memarlıq Təhsilinə Yardım üzrə Regionlararası İctimai Təşkilatın (MOOCAO) təşkil etdiyi memarlıq, dizayn və incəsənət üzrə buraxılış işlərinin XXXIII müsabiqəsində qalib olan Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) tələbələrinə fəxri diplomlar təqdim olunub.

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, mərasimdə AzMİU rəhbərliyi, Memarlıq və Dizayn fakültələrinin professor-müəllim heyəti, qalib tələbələr və digər qonaqlar iştirak ediblər. 

Rektor professor Gülçöhrə Məmmədova qalib tələbələri təbrik edərək AzMİU-nun bu baxış-müsabiqəyə qatılmaq ənənəsinin artıq uzun illərə dayandığını bildirib. O, hər il tələbələrin müvəffəqiyyət göstəricilərinin əvvəlki illərdən daha yüksək olduğunu vurğulayıb. Rektor əlavə edib ki, beynəlxalq müsabiqələr tələbələrin peşəkar inkişafı üçün böyük əhəmiyyət kəsb edir və AzMİU bu sahədəki uğurlarını davam etdirəcək. 

Azərbaycan Memarlar İttifaqının sədri, AzMİU-nun Memarlıq layihələndirilməsi və şəhərsalma kafedrasının müdiri professor Elbay Qasımzadə isə universitetin uğurlu iştirakını önə çəkərək tələbələrin qazandıqları diplomların yalnız onların fərdi uğuru deyil, həm də AzMİU-nun beynəlxalq səviyyədəki nailiyyəti olduğunu deyib.

Memarlıq fakültəsinin dekanı professor Zahidə Məmmədova müsabiqədə universitetin yüksək nəticələr əldə etdiyini qeyd edib. O bildirib ki, müsabiqəyə 24 iş təqdim olunub və nəticədə Memarlıq ixtisası üzrə 12 iş I dərəcəli, 10 iş II dərəcəli və 2 iş III dərəcəli diplomlarla təltif edilib. Dizayn ixtisası üzrə isə 4 iş I dərəcəli, 3 iş II dərəcəli diplomlarla mükafatlandırılıb. Bundan əlavə, 9 iş fərqlənmə diplomları ilə qiymətləndirilib. 

Çıxışlardan sonra qalib tələbələrə fəxri diplomlar təqdim olunub. Müsabiqəyə təqdim olunan diplom layihələrinə rəhbərlik edən professor Elbay Qasımzadə, professor Səbinə Hacıyeva, professor Zahidə Məmmədova, Toğrul Ağayev də lauerat adı qazanıblar. Eyni zamanda, Memarlıq fakültəsinin müəllimi və müsabiqənin koordinatoru İlqar Əliyev təşəkkürnamə ilə mükafatlandırılıb. Dərslik və dərs vəsaitləri nominasiyasında isə 3 müəllim birinci dərəcəli diplomlara layiq görülüb.

Qeyd edək ki, bu il keçirilən müsabiqədə 50 təhsil müəssisəsindən ümumilikdə 800-ə yaxın iş nümayiş olunub. Bu isə tələbələrimizə beynəlxalq səviyyəli rəqabət mühitində öz bacarıqlarını sərgiləmək və tanıtmaq üçün əvəzsiz bir fürsət yaradıb.
 

1 /7

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/28%20December%202024/63c5846f-68ac-4aa4-85f7-b67cc30413e6_1735304382676ea4be74a14.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/28%20December%202024/6bc4023e-2e5f-421e-be9e-5bcc6640bae8_1735304382676ea4be43bf6.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/28%20December%202024/9ce1bdc4-4b41-4d9d-af0c-bdad1f104b97_1735304382676ea4be15421.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/28%20December%202024/f189d4b7-a0db-4d21-b30c-3acddebd4ea4_1735304383676ea4bf3eda3.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/28%20December%202024/998cf750-79ac-4a74-a10b-3bc633ef43b9_1735304383676ea4bf7f14a.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/28%20December%202024/36341109-18bf-4532-9170-dafa97920d84_1735304383676ea4bfe88e0.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/28%20December%202024/33265a4e-59fa-4fec-91d8-4d4dda93a7e7_1735304385676ea4c1466c7.jpg

Xəbər lenti

29 dekabr, 09:22

163 gənc müəllim beynəlxalq sertifikat alıb

28 dekabr, 19:50

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın nümayəndə heyəti Polis Akademiyasının qonağı olub

28 dekabr, 19:37

Peşə təhsili tələbələri “Sehrli peşəm” adlı animasiya filmi hazırlayıblar

28 dekabr, 17:51

BMU-da tələbələrin rəsm əsərlərinin sərgisi keçirilib

28 dekabr, 17:47

Elm və təhsil naziri daha bir neçə rayonun məktəb direktorları ilə görüşüb

28 dekabr, 17:41

ADPU-da "Şagirdə Tələbə Dəstəyi” göstərənlər təltif olunub

28 dekabr, 16:41

“Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsinin nəticələri açıqlanıb

28 dekabr, 16:22

Şagirdlərin yerdəyişməsi müvəqqəti dayandırılır

28 dekabr, 15:33

Ümumtəhsil müəssisələrində superviziya və monitorinqlər həyata keçirilir

28 dekabr, 15:21

NASA-nın kosmik aparatı ilk dəfə Günəşə ən yaxın məsafədə olub

28 dekabr, 15:06

Ödənilməz borc – Esse müsabiqəsi qalibinin yazısı

28 dekabr, 14:48

Azərbaycanda suitilərin qorunması mərkəzi yaradılacaq

28 dekabr, 14:38

Azərbaycanlı tədqiqatçı xərçəngin müalicəsi üçün bio-nanomateriallar hazırlayır

28 dekabr, 14:31

“Təhsildə liderlik” mövzusunda təlimlər davam edir

28 dekabr, 13:51

Azərbaycanda 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edilib - SƏRƏNCAM

28 dekabr, 13:49

Psixologiya Elmi-Tədqiqat İnstitutunun tədqiqatı beynəlxalq nüfuzlu jurnalda çap edilib

28 dekabr, 12:29

Universitetlərimizdə süni intellekt necə tədris olunur? – UNEC müəllimi ilə MÜSAHİBƏ

28 dekabr, 12:03

AzTV-nin sədri məktəblilərlə görüşüb

28 dekabr, 11:55

Bağça yaşlı uşaqlar üçün faydalı platforma yaradılıb

Şərhlər (0)

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.