Bakı Mühəndislik Universitetində (BMU) Memarlıq və inşaat fakültəsinin “Dizayn” ixtisasında təhsil alan tələbələrin rəsm əsərlərinin sərgisi keçirilib.
Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, Dizayn kafedrasının təşkil etdiyi sərgidə tədris dövründə keçirilən rəsm, rəngkarlıq, dizaynın əsasları, layihələndirmə, mobil strukturlar fənləri üzrə semestrdaxili və fərdi fəaliyyət tapşırıqlarına aid nümunələr yer alıb.
Sərgi ilə tanış olan BMU-nun rektoru Yaqub Piriyev tələbələrin yaradıcı qabiliyyətlərini yüksək qiymətləndirib. Tələbələri maraqlı əl işləri ilə əlaqədar təbrik edən rektor onların gələcəkdə daha gözəl yaradıcı nümunələr ortaya qoyacaqlarına inamını vurğulayıb, belə sərgilərin tələbələr üçün böyük stimul olduğunu deyib.
Sonra rektor müəllim və tələbələrlə söhbət edib, artıq universitetdə ənənə halını alan belə sərgilərin hər zaman dəstəklənəcəyini bildirib.
1 /3
Digər xəbərlər
Digər xəbərlər tapılmadı
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
Bölmələrimiz
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)