Bütün xəbərlər
28 dekabr, 19:50

Dekabrın 27-də Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın nümayəndə heyəti Polis Akademiyasının qonağı olub. 

“Azərbaycan müəllimi” xəbər verir ki, nümayəndə heyətinin tərkibində Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Hikmət Əlizadə, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Heydər Eminli iştirak ediblər. 

İctimai Şura üzvləri Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın təhsil və hüquq sahəsində əməkdaşlığın gücləndirilməsinə töhfə vermək,  Akademiyada yaradılmış müasir tədris və yaşayış şəraiti ilə tanış olmaq məqsədilə bu səfəri həyata keçiriblər.

Polis Akademiyasının rəisi, polis general-mayoru Canpolad Daanov Akademiyasının tarixi, kursantların maddi, sosial təminatları və burada təhsilin üstünlükləri barədə geniş məlumatlar verib. O həmçinin, Akademiyanın infrastrukturunun yenidən qurulması, tədris korpuslarının, yataqxanaların və laboratoriyaların beynəlxalq standartlara uyğunlaşdırılması proseslərindən bəhs edib.

Eyni zamanda qonaqlara Akademiyada tətbiq olunan təhsil proqramları, hüquq sahəsində ixtisaslaşma modulları və təhsil müəssisəsinin müasir standartlara cavab verən “Rayon Polis Şöbəsi” tədris modulunda, kriminalistik poliqonunda, məhkəmə otağında, eləcə də Akademiya ərazisində keçirilən simulyasiya xarakterli dərslər barədə məlumatlar təqdim olunub.

Nümayəndə heyəti Akademiyanın maddi-texniki bazası, o cümlədən tədris korpusları, kriminalistik təlim şəhərciyi, mühazirə zalları, “İnformasiya təhlükəsizliyi” fakültəsinin ən müasir texniki avadanlıqlarla təchiz olunmuş elmi-tədqiqat laboratoriyası, elektron kitabxana, auditoriyalar, krossfit meydançası, kursant yeməkxanası və qapalı atıcılıq tiri ilə tanış olub.

Son dövrlərdə Akademiyanın kursantlarının respublika və beynəlxalq səviyyəli keçirilən yarışlarda, xüsusilə hüquq sahəsi üzrə uğurla çıxış edərək mütəmadi qaliblər sırasında yer almaları da diqqətə çatdırılıb.

1 /5

Şərhlər

Xəbər lenti

5 iyun, 23:01

ADNSU Əl-Məktum Ali Təhsil Kolleci ilə əməkdaşlıq edəcək

5 iyun, 18:53

3 nəfərin imtahan nəticəsi ləğv olunub

5 iyun, 18:51

Buraxılış imtahanında maksimal bal toplayanların sayı açıqlandı - SİYAHI 

5 iyun, 18:43

Buraxılış imtahanının nəticələri elan olunub 

5 iyun, 17:40

Qarabağ Universitetində maarifləndirmə aksiyası keçirilib

5 iyun, 17:32

Ayla Həsənova: Uşaqlar tək deyil, onları sevən müəllimlər, dövlət və cəmiyyət var

5 iyun, 17:30

Peşə təhsilində beynəlxalq əməkdaşlıq və təcrübə mübadiləsi gücləndirilir

5 iyun, 17:14

Yerli universitetlərə köçürülmək istəyənlərin NƏZƏRİNƏ!

5 iyun, 17:13

İmtahan zalının sükutu: “BilBacar” finalçılarının gərgin mübarizəsi

5 iyun, 16:47

Lütfi Zadə olimpiadasının final mərhələsinin nəticələri elan edilib

5 iyun, 16:36

Dünya çempionluğunda payı olan paytaxt müəllimi – VİDEO

5 iyun, 16:10

RFO qaliblərinin mükafatlandırılma mərasiminin tarixi dəyişdirilib

5 iyun, 15:46

“BilBacar" müsabiqəsinin final mərhələsi başa çatıb

5 iyun, 15:25

Bəhruz Əzimov: Hər gün 100-ə yaxın tələbə kredit üçün müraciət edir – MÜSAHİBƏ

5 iyun, 15:11

Ölkədə süni intellekt sahəsində yeni dövlət standartları qəbul edilib

5 iyun, 14:47

Tovuzda peşə təhsili ilə bağlı birinci regional forum keçirilib

5 iyun, 14:21

AzMİU-da şəhid məzunların övladları üçün xüsusi tədbir keçirilib

5 iyun, 14:01

UNEC-də beynəlxalq elmi konfransı keçiriləcək

5 iyun, 13:47

Prezident İlham Əliyev Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib

5 iyun, 13:35

Fransız dili üzrə MİQ-də bu mövzulardan suallar düşəcək

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.