Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) onlayn platforma üzərindən XV karyera yarmarkası keçirilib.
Bu barədə “Azərbaycan müəllimi”nə universitetdən məlumat verilib. Bildirilib ki, UNEC məzunlarının və sonuncu kurs tələbələrinin məşğulluğunun və iş dünyasına çıxışının təmin edilməsi, eləcə də peşəkar inkişaflarına dəstək olmaq məqsədilə keçirilən virtual yarmarkada ölkənin aparıcı şirkətləri və dövlət qurumları daxil olmaqla, ümumilikdə 104 müəssisə iştirak edib. Yarmarkada tələbə və məzunlara 400-dən çox vakansiya və 20-yə yaxın təcrübə proqramı təklif olunub.Təklif olunan vakansiyalar üzrə maksimum əməkhaqqı 3000 AZN, orta aylıq əməkhaqqı isə 847 AZN təşkil edib.
UNEC-in Karyera Mərkəzinin təşkilatçılığı ilə iki gün davam edən XV virtual karyera yarmarkasına tələbə və məzunlar tərəfindən böyük maraq göstərilib. Təqdim olunan stendlərə 58.261 dəfə baxış keçirilib və ziyarətçilər tərəfindən şirkətlərə 1053 CV göndərilib.
1 /5
Digər xəbərlər
Digər xəbərlər tapılmadı
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
Bölmələrimiz
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)