Bütün xəbərlər
test
29 dekabr, 09:32

Ümumi təhsil müəssisələrində müəllimlərin peşəkar inkişafına töhfə verən “Müasir metodist” layihəsi çərçivəsində həyata keçirilən fəaliyyətlər uğurla davam edir. Layihə çərçivəsində 2024-cü ilin dekabr ayında müxtəlif mövzularda metodik görüşlər təşkil edilib. Görüşlərin əsas məqsədi müəllimlərin metodiki bacarıqlarını inkişaf etdirmək, onların təlim ehtiyaclarını təmin etmək və tədris keyfiyyətini daha da yüksəltməkdir.

Bu barədə “Azərbaycan müəllimi”nə Təhsil İnstitutundan məlumat verilib.

Bildirilib ki, keçirilən görüşlərin mövzuları əvvəlcədən müşahidə edilən dərslərin nəticələrinə əsasən müəyyən edilib. Metodik görüşlər metodistlər və müəllimlərin əməkdaşlığı ilə həyata keçirilib. Metodik görüşlər zamanı dərs prosesinin təhlili aparılıb, müşahidə olunan çatışmazlıqlar müzakirə edilib. Bununla yanaşı, müəllimlər arasında təcrübə mübadiləsi təşkil olunub və yeni biliklərin tətbiqi üçün imkanlar yaradılıb.

Metodik görüşlərin üstünlüklərindən biri də müəllimlər arasında səmimi və dəstəkləyici iş mühitinin formalaşdırılmasıdır. Metodik görüşlərdə müəllimlər aktiv iştirak edib, kollektiv müzakirələr vasitəsilə problemlərin həll yollarına birlikdə nail olublar.

Növbəti mərhələdə layihə çərçivəsində müəllimlərin spesifik metodiki ehtiyaclarına uyğun olaraq daha dərin və tətbiqə əsaslanan təlimlərin keçirilməsi planlaşdırılır. Bu təlimlər vasitəsilə müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması, tədris prosesinin effektivliyinin yüksəldilməsi və şagird nailiyyətlərinin yaxşılaşdırılması nəzərdə tutulur.

“Müasir metodist” layihəsi ümumitəhsil müəssisələrində fəaliyyətə başlayan metodistlər tərəfindən uğurla koordinasiya edilir və ümumi təhsil müəssisələrinin inkişafına mühüm töhfə verməkdədir. “Müasir metodist” layihəsi çərçivəsində həyata keçirilən fəaliyyətlər, şagirdlərin akademik nailiyyətini artırmaq və daha səmərəli tədris mühitinin yaradılması məqsədini daşıyır.

Xəbər lenti

30 dekabr, 20:01

20 ildə ADPU alimlərinin 397 məqaləsi SCOPUS bazasına düşüb

30 dekabr, 17:43

Leyla Əliyeva STEAM İnnovasiya Mərkəzini ziyarət edib

30 dekabr, 13:00

2024-cü ildə haqqında çox danışılan 10 arxeoloji kəşf

29 dekabr, 17:59

Prezident onlara Milli Qəhrəman adı verdi - Sərəncam

29 dekabr, 16:55

DP çərçivəsində 2025-2026-cı il üzrə xaricdə təhsil üçün universitet və proqramlar açıqlanıb

29 dekabr, 16:22

Prezident İlham Əliyev təyyarə qəzası ilə bağlı müsahibə verib

29 dekabr, 14:13

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda tələbələr üçün təlim keçirilib

29 dekabr, 13:41

Direktorların işə qəbulu müsabiqəsinin test mərhələsinin nəticələri açıqlanıb

29 dekabr, 13:00

Çin ilk sıfır karbon magistral yolunu açır

29 dekabr, 12:10

AzMİU elmi nailiyyətlərdən əldə etdiyi gəlirin həcmini açıqlayıb

29 dekabr, 11:56

Xızıda vəfat edən məktəb direktorunun ölüm səbəbi araşdırılır 

29 dekabr, 11:50

Uşaqlara sağlam həyat tərzi öyrədilir – İsmayıllı şagirdləri üçün layihə 

29 dekabr, 11:23

Paytaxt məktəbliləri idman yarışlarında beş minə yaxın medal qazanıblar

29 dekabr, 11:15

XII sinifdə oxuyan Bakı şagirdlərinin sayı açıqlanıb

29 dekabr, 11:07

Elmi göstəriciləri yüksək olan 143 alim mükafatlandırılıb

29 dekabr, 10:57

Yeni ildə ilk dərs günü nə zaman olacaq?

29 dekabr, 10:41

"Sərhədləri aşan gələcək: dil bil, uğur qazan" layihəsi çərçivəsində ingilis dili dərsləri davam edir

29 dekabr, 10:36

Azərbaycanda 29 yeni məktəbdə inklüziv siniflər fəaliyyətə başlayıb

29 dekabr, 10:35

Peşə ixtisaslarının yenilənməsi üçün layihə hazırlanıb

29 dekabr, 10:23

Azərbaycanda ilk dəfə “Tat dili” dərslikləri hazırlanıb

Şərhlər (0)

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.