SCOPUS elmmetrik bazasında 1994-2024-cü illər üzrə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) alimlərinin müəllifi olduqları məqalələrin sayı 397 olub. Bu məqalələrdən 333-ü isə 2016-2024-cü illləri əhatə edir.
Bu barədə “Azərbaycan müəllimi”nə universitetdən məlumat verilib.
Pedaqoji Universitetin SCOPUS elmmetrik bazasında indekslənmiş jurnallarda çap olunan məqalələrinin ən yüksək göstəricisi isə 2020-ci il üzrə qeydə alınıb. Həmin il universitet əməkdaşlarının 56 elmi məqaləsi SCOPUS-da indekslənən jurnallarda dərc olunub.
Universitetin cari il üzrə SCOPUS elmmmetrik bazasında indekslənmiş jurnallarda çap olunan məqalə sayı isə 50 olub.
Çap olunan məqalələrin illər üzrə statistik dinamikası, məqalələrin əhatə etdiyi elmi istiqamətlər və məqalələrin kvartillər üzrə sayı əlavədəki diaqramlarda əksini tapıb.
1 /3
Digər xəbərlər
Digər xəbərlər tapılmadı
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
Bölmələrimiz
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)