Bütün xəbərlər
test
31 dekabr, 11:29

Sumqayıt Dövlət Universiteti (SDU) 2024-cü ildə 10 əsas nailiyyəti ilə yadda qalıb.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə SDU-nun rektoru Rüfət Əzizov sosial media hesabında paylaşım edib.

Belə ki, SDU QS Avropa Universitetləri Reytinqində ilk dəfə iştirak edərək Avropada 483-cü, Qərbi Asiya universitetləri arasında 31-ci yeri tutdu.

SDU dünyanın ən yaxşı universitetlərindən olan Oksford Universiteti ilə COP29 çərçivəsində birgə qlobal layihələr həyata keçirib. Qeyd edək ki, bu layihədə 58 ölkədən 1035 nəfər iştirak edib. Layihənin final mərhələsi COP29 çərçivəsində Bakıda keçirilib.

İlk dəfə olaraq SDU-da Sabah Qrupları açılıb. 3 magistratura və 1 bakalavr Sabah Proqramı start götürüb. 

BP şirkəti SDU-da 5 kimya laboratoriyasının yenidən qurulmasına maliyyə dəstəyi ayırıb. “Kapital Bank”ın dəstəyi ilə 2 kompüter laboratoriyası qurulub. Özəl sektorun dəstəyi artıb. 

İlk dəfə olaraq, SDU sənayedən təlim sifarişi alıb. STP-nin sifarişi ilə 200+ nəfərə təlim keçirilib.

Universitetin qəbul nəticələri əhəmiyyətli dərəcədə yaxşılaşıb.Belə ki,  tələbə sayı 6500 nəfərə yaxınlaşıb. 500-dən artıq bal toplayıb SDU-ya qəbul olanların sayı 20 dəfə, 400-dən artıq bal toplayıb SDU qəbul olanların sayı isə 5 dəfə artıb. Həmçinin 600-dən artıq bal toplayan tələbə SDU-nu seçib.

SDU-nun impakt faktorlu jurnallarda çap olunan məqalə sayı 46 olub. Bu isə keçənilki nəticədən 35% çoxdur.

Tələbə və müəllim mobilliyi artdı. Universitetin müəllim və tələbələri 28 xarici səfərdə olub. Orta Doğu Texniki Universitetindən müəllimlər tədrisə cəlb olunub. Türkiyə ilə ilk tələbə mübadiləsi proqramı baş tutub. Qazaxstan və Özbəkistan universitetləri ilə elmi əməkdaşlığa start verilib. Əcnəbi tələbələrin sayı təxminən 2 dəfə artaraq 46 olub.

Universitetin idarəetmə və struktur yenilənib. Kafedraların sayı optimallaşdırılaraq 29-dan 18-ə endirilib. Tələbə sayı 5% artmasına baxmayaraq, dərs yükü optimallaşdırılma nəticəsində təxmini 20% azalaraq 270 min saatdan, 220 min saata düşüb.

Professor - müəllim heyətinin mərhələli şəkildə (son 1 ildə 2 dəfə) maaşı ortalama 28%, inzibati heyətin ortalama 25%, tədris köməkçi heyətin ortalama 20% artırılıb.

Xəbər lenti

2 yanvar, 17:20

Plastik cərrahların diplomlarının yoxlanılması üçün Xüsusi Təftiş Komissiyası yaradılıb

2 yanvar, 17:18

Ötən il bu iki sahə üzrə fəlsəfə doktoru elmi dərəcəsi alan olmayıb

2 yanvar, 15:29

Ən çox fəlsəfə doktoru elmi dərəcəsi verilən sahələr açıqlanıb

2 yanvar, 15:25

Ötən il fəlsəfə doktoru elmi dərəcəsi alanların sayı açıqlanıb

31 dekabr, 16:46

"Təhsildə həmrəylik” adlı qış düşərgəsi təşkil olunub

31 dekabr, 12:00

Şaxta baba bütün uşaqları görmək üçün hansı sürətlə hərəkət etməlidir?

30 dekabr, 20:01

20 ildə ADPU alimlərinin 397 məqaləsi SCOPUS bazasına düşüb

30 dekabr, 17:43

Leyla Əliyeva STEAM İnnovasiya Mərkəzini ziyarət edib

30 dekabr, 13:00

2024-cü ildə haqqında çox danışılan 10 arxeoloji kəşf

29 dekabr, 17:59

Prezident onlara Milli Qəhrəman adı verdi - Sərəncam

29 dekabr, 16:55

DP çərçivəsində 2025-2026-cı il üzrə xaricdə təhsil üçün universitet və proqramlar açıqlanıb

29 dekabr, 16:22

Prezident İlham Əliyev təyyarə qəzası ilə bağlı müsahibə verib

29 dekabr, 14:13

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda tələbələr üçün təlim keçirilib

29 dekabr, 13:41

Direktorların işə qəbulu müsabiqəsinin test mərhələsinin nəticələri açıqlanıb

29 dekabr, 13:00

Çin ilk sıfır karbon magistral yolunu açır

29 dekabr, 12:10

AzMİU elmi nailiyyətlərdən əldə etdiyi gəlirin həcmini açıqlayıb

29 dekabr, 11:56

Xızıda vəfat edən məktəb direktorunun ölüm səbəbi araşdırılır 

29 dekabr, 11:50

Uşaqlara sağlam həyat tərzi öyrədilir – İsmayıllı şagirdləri üçün layihə 

29 dekabr, 11:23

Paytaxt məktəbliləri idman yarışlarında beş minə yaxın medal qazanıblar

Şərhlər (0)

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.