Bütün xəbərlər
test
31 dekabr, 12:00

Hər il Yeni il ərəfəsində uşaqlar Şaxta baba və onun marallarının yolunu səbirsizliklə gözləyirlər. Lakin planetdə 2 milyarda yaxın uşaq olduğunu nəzərə alsaq, Şaxta babanın işi bir xeyli çətin görünür.

“Azərbaycan müəllimi” xəbər verir ki, alimlər onun dünyadakı bütün uşaqlara hədiyyələr çatdıra bilməsi üçün hansı sürətlə hərəkət etməli olduğunu hesablayıblar. Məlum olub ki, min illərdir öz vəzifəsini layiqincə icra edən baba bu il uşaqlara çatmaq üçün 89 milyon mil (təxminən 144 milyon kilometr) yol qət etməli olacaq. Bu onun kirşəsini bir gecədə Yerdən Günəşə qədər uçurmağa bərabərdir.

Hədiyyələri müəyyən müddət ərzində çatdırması üçün isə Şaxta babanın xizəyinin sürəti 8,2 milyon km/saat və ya işıq sürətinin 0,8 faizi olmalıdır. Lakin Albert Eynşteynin xüsusi nisbilik nəzəriyyəsinə görə, belə bir sürətdə onun kirşəsinə yığdığı hədiyyələrin ölçüləri sıxılacaq.

Sidney Universitetinin radio astronomu Dr. Laura Nikol Driessen bayram hesablamalarını 1980-ci illərdə Fermilab laboratoriyasının fizikləri tərəfindən yaradılmış düstur əsasında edib.

İlk olaraq Dr. Driessen Şaxta babanın hədiyyə verməli olduğu uşaqların sayını müəyyənləşdirib. Belə ki, Yer kürəsində təxminən 2 milyard uşaq var, lakin ölkələrin 93 faizində bu bayram qeyd edilir. Buna əsasən, 7 faiz uşağın Şaxta babanın hədiyyəsinə ehtiyacı yoxdur. Buraya il ərzində özünü yaxşı aparmayan, yəni müsbət davranışlar sərgiləməyən, həmçinin Şaxta babaya inancını itirmiş uşaqları da əlavə etsək, o zaman siyahı bir az da qısalmış olacaq.

Drieesen yekun olaraq bu il Santanın təxminən 690 milyon uşağa hədiyyə çatdırmalı olduğunu müəyyən edib.

"Dünyada hər evdə təxminən 2-3 uşaq olduğunu nəzərə alsaq, Şaxta baba Yeni il gecəsi 300 milyona yaxın evdə dayanmalı olacaq. Bu evlər də təxminən 69 milyon kv. km sahəni əhatə edir. Yəni, o, 144 milyon kilometr yol qət etməlidir. Əgər Şaxta babanın Böyük Britaniyada uşaqların yatdığı 20:00-dan növbəti gün 06:00-a qədər 10 saat vaxtı olsaydı, bu sifariş çox çətinliklə yerinə yetirilərdi. Şükürlər olsun ki, Yerin öz oxu ətrafında fırlanması sayəsində o, bir neçə saat da əldə edir. Beləliklə, uşaqlar dünya üzrə bərabər paylanıbsa, babanın azı 24 saatı var. Dünyanın bir tərəfi ilə digər tərəfi arasında 11 saat fərq olduğunu da bildiyimiz üçün Şaxta babanın ilk uşağın yuxuya getməsindən son uşağın oyanmasına qədər hədiyyə çatdırması üçün 35 saatı olacaq", - deyə tədqiqatçı əlavə edib.

Qeyd olunur ki, Şaxta baba hər evə girib çıxarkən vaxtının yarısını sərf edir. Bu da cəmi 17,5 saat və ya hər ev üçün ayrılıqda 0,2 millisaniyədir. Qalan vaxtı da ünvanlara getmək üçün xərcləyəcək.

Driessenin fərziyyəsinə görə, o, bütün hədiyyələri atmaq üçün saatda 8,2 milyon kilometr və ya işıq sürətinin 0,8 faizi sürətlə getməlidir.

Düşündürücü məsələlərdən biri də Şaxta babanın müasir bacalardan aşağı düşməsinin mümkün olub olmayacağıdır. Yuxarıda da qeyd etdiyimiz kimi, Eynşteynin xüsusi nisbilik nəzəriyyəsinə görə, işıq sürətinə yaxınlaşdıqda cismin həcmi kiçilir. Bu səbəbdən də Şaxta baba da balacalaşmış olacaq və asanlıqla bacalardan düşüb hədiyyəsini çatdıra biləcək. Lakin ölçüsü kiçilmiş hədiyyələri uşaqların bəyənib bəyənməyəcəkləri müzakirə edilə bilər.

Qeyd edək ki, daha əvvəl Şaxta babanın həmişə eyni yaşda olmasına dair tədqiqat aparılmışdı. Ekzeter Universitetinin fiziki Dr. Keti Şin iddia etmişdi ki, işıq sürətinə yaxın olan cisimlər üçün zaman bizdəkindən daha yavaş hərəkət edir. Bu da o deməkdir ki, Şaxta baba daha yavaş qocalır. Beləliklə, onun min illər boyunca necə eyni qaldığı da öz təsdiqini tapır.

Xəbər lenti

2 yanvar, 17:20

Plastik cərrahların diplomlarının yoxlanılması üçün Xüsusi Təftiş Komissiyası yaradılıb

2 yanvar, 17:18

Ötən il bu iki sahə üzrə fəlsəfə doktoru elmi dərəcəsi alan olmayıb

2 yanvar, 15:29

Ən çox fəlsəfə doktoru elmi dərəcəsi verilən sahələr açıqlanıb

2 yanvar, 15:25

Ötən il fəlsəfə doktoru elmi dərəcəsi alanların sayı açıqlanıb

31 dekabr, 16:46

"Təhsildə həmrəylik” adlı qış düşərgəsi təşkil olunub

31 dekabr, 11:29

SDU 2024-cü ildə 10 əsas nailiyyətini təqdim edir

30 dekabr, 20:01

20 ildə ADPU alimlərinin 397 məqaləsi SCOPUS bazasına düşüb

30 dekabr, 17:43

Leyla Əliyeva STEAM İnnovasiya Mərkəzini ziyarət edib

30 dekabr, 13:00

2024-cü ildə haqqında çox danışılan 10 arxeoloji kəşf

29 dekabr, 17:59

Prezident onlara Milli Qəhrəman adı verdi - Sərəncam

29 dekabr, 16:55

DP çərçivəsində 2025-2026-cı il üzrə xaricdə təhsil üçün universitet və proqramlar açıqlanıb

29 dekabr, 16:22

Prezident İlham Əliyev təyyarə qəzası ilə bağlı müsahibə verib

29 dekabr, 14:13

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda tələbələr üçün təlim keçirilib

29 dekabr, 13:41

Direktorların işə qəbulu müsabiqəsinin test mərhələsinin nəticələri açıqlanıb

29 dekabr, 13:00

Çin ilk sıfır karbon magistral yolunu açır

29 dekabr, 12:10

AzMİU elmi nailiyyətlərdən əldə etdiyi gəlirin həcmini açıqlayıb

29 dekabr, 11:56

Xızıda vəfat edən məktəb direktorunun ölüm səbəbi araşdırılır 

29 dekabr, 11:50

Uşaqlara sağlam həyat tərzi öyrədilir – İsmayıllı şagirdləri üçün layihə 

29 dekabr, 11:23

Paytaxt məktəbliləri idman yarışlarında beş minə yaxın medal qazanıblar

Şərhlər (0)

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.