Bütün xəbərlər
29 dekabr, 11:50

İnformasiya texnologiyalarının inkişafı həyatımızı asanlaşdırsa da, internet resurslarından həddindən artıq istifadə insanlarda, xüsusilə uşaqlarda asılılıq yarada bilər. Bu, cəmiyyətdə ünsiyyətin azalması, münasibətlərin robotlaşması kimi tendensiyalar formalaşdırmaqla yanaşı, uşaqların canlı ünsiyyətdən qaçması, dərsdən yayınması kimi problemlərə də yol açır. Uşaqların səmərəli ünsiyyəti üçün onlar arasında fiziki aktivlik artırılmalı və sağlam həyat tərzi təşviq edilməlidir. Bu baxımdan İsmayıllı rayonunda həyata keçirilən “Biz birlikdə əylənirik” layihəsi mühüm əhəmiyyət kəsb edir.

“Azərbaycan müəllimi” xəbər verir ki, Gəndov kənd tam orta məktəbində Elm və Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsi”nin fərdi kateqoriyasının qalibi olan bu layihə çərçivəsində şagirdlərə sağlam həyat tərzi barədə məlumatlar təqdim edilir. Onlara qədim milli oyunlarımız, o cümlədən “Bayraq qorudu”, “Dəsmalı ver”, “Xan gəldi, qaç”, “Öz bayrağına doğru”, “Topa çat” və “Yoldaşını qoru” öyrədilir. Bununla yanaşı, intellektual səviyyənin artırılması üçün maarifləndirici “Söz oyunu” təşkil olunur.

Məktəbin direktoru və layihə rəhbəri Nazim Salmanovun verdiyi məlumata görə, layihə 1 oktyabr 2024-cü ildən 31 yanvar 2025-ci il tarixinədək davam edəcək. Layihənin əsas məqsədi şagirdlərdə birgə əməkdaşlığı gücləndirmək, fiziki fəallığın əhəmiyyətini çatdırmaq və onlarda düzgün həyat tərzi vərdişləri formalaşdırmaqdır. Eyni zamanda, məktəblilərə sosial şəbəkələrdə vaxt keçirmək əvəzinə açıq havada ünsiyyət qurmağın üstünlükləri vurğulanır və qədim uşaq oyunları onlara tanıdılır.

Nazim Salmanov qeyd edib ki, yaxın aylarda İsmayıllı Rayon Uşaq Gənclər İnkişaf Mərkəzi və İsmayıllı rayon Uşaq Kitabxanası ilə əməkdaşlıq çərçivəsində məktəblilərin bu mərkəzlərə səfərləri təşkil olunacaq. Həmçinin hazırda məktəblilər arasında “Özünü təqdim et” adlı yazı müsabiqəsi elan edilib.

1 /2

Şərhlər

Xəbər lenti

3 iyul, 14:52

"Müəllimlərin "çətin" hesab etdiyi suallar nəzəri baxımdan mürəkkəb deyil" – Nəzakət Mehdiyeva

3 iyul, 14:48

Nəzakət Mehdiyeva: Kimya müəllimlərinin 85 faizi sertifikatlaşdırmada 30 balı keçib

3 iyul, 14:43

Müəllim və şagirdlər premium səviyyəli süni intellektdən pulsuz istifadə edəcəklər

3 iyul, 13:07

“Öz üzərimdə mütəmadi çalışmağım yüksək bal toplamağıma çox kömək etdi” – Kimya müəllimi

3 iyul, 12:50

İnklüziv təhsil: Qlobal yanaşmalar və Azərbaycan təcrübəsi

3 iyul, 12:44

BDU-da “Code8 Hackathon” keçirilib

3 iyul, 12:42

“Mobil proqramçı” ixtisası üzrə təlimə qeydiyyat başlayıb

3 iyul, 12:36

Sabahın hava proqnozu açıqlanıb

3 iyul, 12:19

Nazir: Azərbaycanla Özbəkistan arasında təhsil sahəsində ciddi və dərin əməkdaşlıq mövcuddur

3 iyul, 12:03

“Qarşıma daha böyük məqsəd qoymuşam” – “Birincilərin birincisi” 

3 iyul, 11:31

Milli Aviasiya Akademiyası ilə Ədliyyə Nazirliyi arasında Memorandum imzalanıb

3 iyul, 11:27

Dövlət Proqramının icrası ilə əlaqədar NDU-da görüləcək işlər açıqlanıb

3 iyul, 11:22

Naxçıvanda 500-dən çox vakant yer üçün 1700-dən çox namizəd imtahan verəcək

3 iyul, 11:02

Attestata yanlış qiymət yazıldığı üçün direktor cəzalandırılıb

3 iyul, 10:59

İyulun 6-da 41 mindən çox abituriyent qəbul imtahanı verəcək

3 iyul, 10:53

Göytəpədə uğur hekayəsi: Müəllimlər şagirdlərini həmkarlarına çevirirlər

3 iyul, 10:46

96 balla "3", 16 balla "4" aldı – Attestat qiymətləri necə yazılır?

3 iyul, 09:27

Bu gündən müəllimlərin işə qəbulu imtahanları başlayır

2 iyul, 23:09

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidentinə AzTU-nun Fəxri doktoru diplomu təqdim olunub

2 iyul, 23:06

Azərbaycanla Özbəkistan arasında imzalanmış sənədlər mübadilə edilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.