Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsi tərəfindən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə “Təhsildə həmrəylik” adlı qış düşərgəsi təşkil edilib.
ATİAHİ Respublika Komitəsindən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, Xaçmaz rayonunun Xuray kəndində yerləşən "Təhsil" İstirahət Mərkəzində baş tutan düşərgədə ilk dəfə olaraq respublikamızın ucqar rayonlarında çalışan müəllimlərin, eləcə də təhsil sahəsində çalışan şəhid və qazi ailələrinin üzvləri iştirak ediblər.
Tədbiri Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin birinci müavini Tehranağa Abdullayev giriş sözü ilə açaraq ATİAHİ Respublika Komitəsinin sədri Araz Paşayevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xoş arzularını və təbriklərini çatdırıb. T.Abdullayev düşərgə iştirakçılarına beş gün ərzində xoş istirahət və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Qeyd edək ki, dekabrın 30-dan fəaliyyətə başlayan və 3 yanvar tarixinədək davam edəcək qış düşərgəsində təhsil işçiləri və onların ailə üzvləri üçün maraqlı proqramlar, təlimlər və əyləncəli intellektual yarışlar keçiriləcək.
300-ə yaxın təhsil işçisinin iştirak etdiyi düşərgə çərçivəsində istirahət mərkəzində “Xatirə bağı” salınacaq. 44 günlük Vətən müharibəsinə xatirə olaraq 44 ədəd ağac əkiləcək. Məqsəd ətraf mühitin qorunması, ekoloji tərbiyəni gücləndirmək, təbiətə töhfə verməklə yanaşı, təhsil işçiləri arasında ekoloji həmrəyliyin təməlinin qurulmasıdır.
1 /7
Digər xəbərlər
Digər xəbərlər tapılmadı
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
Bölmələrimiz
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)