Bütün xəbərlər
29 dekabr, 14:13

25-27 dekabr tarixlərində Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda “Bir Könüllü" Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı ilə tələbələr üçün təcrübə-təlim kursu keçirilib. 

İnstitutdan “Azərbaycan müəllimi”nə bildirilib ki, təlim kursunda SABAH qruplarının, Bakı Dövlət Universitetinin və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Biologiya ixtisası üzrə təhsil alan tələbələri iştirak ediblər. Təlimin ilk günündə institutun baş direktoru akademik İradə Hüseynova gənclərlə görüşüb və institutun uğurları haqqında məlumat verib.

Sonra təcrübə-təlim kursu öz işinə başlayıb. İnstitutun Populyasiya genomiksi laboratoriyasının müdiri Nurməmməd Mustafayev “Şəxsiyyətin identifikasiyası: yaranma tarixi, əhəmiyyəti və tətbiqi aspektləri”, Birləşmiş Krallığın Oksford Universitetində postdok kimi çalışan institutun sabiq doktorantı, 2024-cü ilin Gənclər üçün Prezident mükafatçısı Gülnar Abdullayeva “Xərçəng xəstəliyinin müalicəsində tətbiq olunan terapiyalar və yeniliklər”, Populyasiya genomiksi laboratoriyasının elmi işçisi, “Molekulyar biologiya” ixtisası üzrə dissertant, Almaniyanın Maks-Plank İnstitutunda (direktoru 2022-ci ilin fiziologiya və  tibb sahəsində Nobel mükafatçısı prof. Paabo Svantedir) elmi-tədqiqat işləri aparan Zərintac Rüstəmova “Antik DNT-nin müasir insan təkamülünün öyrənilməsində rolu”, “Molekulyar biologiya” ixtisası ürə doktorant, Türkiyənin İstanbul Universitetinin məzunu Ayan Hüseynzadə “Hüceyrə kulturası texnologiyaları”, Molekulyar biotexnologiya beynəlxalq laboratoriyasının kiçik elmi işçisi, Türkiyənin Anadolu Universitetinin məzunu Aygün Mustafazadə “Biopolimerlərin qaraciyər xərçənginə təsiri, yeni terapevtik metodlar” mövzularında mühazirələr oxuyublar. İnstitutun Bioadaptasiya laboratoriyasının elmi işçiləri Turanə İsgəndərova və Səidə Zülfüqarova tələbələrə molekulyar bioloji laboratoriyalarda təcrübənin aparılması üçün tələblər və təlükəsizlik texnika qaydaları haqqında məlumat veriblər. 

Kurs iştirakçıları avtoklavlaşdırma, genom DNT-sinin ekstraksiyası, DNT-nin qatılığının və təmizliyinin NanoDrop-da spektrofotometrik və keyfiyyətinin geldə elektroforetik təyini, PZR-in aparılması, PZR məhsullarının elektroforezi və nəticələrin sənədləşdirilməsi kimi təcrübələrdə  iştirak ediblər. Təcrübə-təlim kursu uğurla başa çatıb.

1 /5

Xəbər lenti

5 fevral, 15:30

NASA: Yeni yanacaq texnologiyası ilə Marsa cəmi 45 günə gedilə bilər

5 fevral, 15:19

Şuşada STEAM Mərkəzi fəaliyyətə başlayıb

5 fevral, 15:11

Ayın iki nəhəng kanyonu 10 dəqiqədən az bir vaxtda formalaşıb

5 fevral, 14:52

Mil-Muğan regionunda 2 yeni məktəb binası istifadəyə veriləcək

5 fevral, 14:31

Mingəçevirdə dərs zamanı halı pisləşən məktəbli vəfat edib

5 fevral, 14:21

Şagirdlərin peşə bacarıqlarının inkişafında yaradıcı düşüncənin rolu

5 fevral, 14:06

“Fevral məruzələri 2025: Aviakosmik məsələlərin həllində gənclərin yaradıcı potensialı” adlı konfrans başlayıb

5 fevral, 14:02

Keçmiş və müasirlik bir arada - Hənifə kənd məktəbində bir gün

5 fevral, 13:56

İdmanda gender ayrı-seçkiliyi yoxdur - Altıqat Azərbaycan çempionu 

5 fevral, 12:47

Eksternat imtahanlarının nəticələri bəlli olub

5 fevral, 11:48

"Azərbaycan məktəbi" jurnalı alim və tədqiqatçıları əməkdaşlığa dəvət edir

5 fevral, 11:30

Çağdaş təhsildə təşkilatlanma: yeni nəsil tərbiyəsi

5 fevral, 11:25

Fil Bati: Azərbaycan universitetləri öz tədqiqat fəaliyyətlərini əhəmiyyətli dərəcədə artırır

5 fevral, 11:02

Mingəçevir Gənclər Evində uğur və ilham dolu günlər - REPORTAJ

5 fevral, 10:51

İcma əsaslı məktəbəqədər təhsil xidməti göstərən 188 qrant layihə həyata keçirilir

5 fevral, 10:16

Azərbaycanlı tələbələr layihələrini Niderlandda təqdim ediblər

5 fevral, 10:09

Agentlikdə yeni təyinatlar olub

5 fevral, 10:05

BSU-da Tələbə Məşvərət Şurasının iclası keçirilib

5 fevral, 09:45

Bakı Avrasiya Universitetləri Sammitinə ev sahibliyi edəcək

5 fevral, 09:32

Ölkəmizdə ilk dəfə “Biotəhlükəsizlik və biomühafizə” fənni tədris olunacaq

Şərhlər (0)

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.