Bu gün səhər saatlarında Mingəçevir şəhər İ.Rüstəmov adına 5 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Yusifov Yusif Yaşar oğlunun halı pisləşib. Dərhal təhsil müəssisəsinə təcili tibbi yardım briqadası çağırılıb lakin təcili yardım gələnədək şagird vəfat edib.
"Azərbaycan müəllimi" xəbər verir ki, məktəblinin hansı səbəbdən vəfat etməsi ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına və digər aidiyyəti qurumlara məlumat verilib.
İlkin ehtimala əsasən, şagird əvvəl ürək əməliyyatı olunub və bu səbəbdən dünyasını dəyişib.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
Bölmələrimiz
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)