Bütün xəbərlər
5 fevral, 13:56

Qızlarımızın ağır idman növləri ilə məşğul olması çətin olsa da, onların arasında da bu sahəyə maraq göstərənlərin sayı az deyil. Zərif cinsin nümayəndələri bu idman növü üzrə hətta ölkə hüdudlarından kənarda da bayrağımızı yüksəyə qaldıraraq böyük uğurlar qazanırlar.

“Azərbaycan müəllimi”nin budəfəki müsahibi bir çox nailiyyətlərə imza atmış məktəbli, İsmayıllı şəhər 2 nömrəli tam orta məktəbin XI sinif şagirdi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq Səfirlər Məclisinin İsmayıllı rayonu üzrə məktəbli koordinatoru, ağırlıqqaldırma üzrə altıqat Azərbaycan çempionu Mələk Hüseynlidir.

Mələk Hüseynli 2008-ci ildə İsmayıllı şəhərində anadan olub. O, yerli və beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil edir. Uğurlarına görə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Qalib ölkənin qalibləri - 2024” mükafatına da layiq görülüb.

– Mələk, nəyə görə ağır atletika ilə məşğul olmaq qərarına gəldiniz?

– 2015-ci ildən idmanla məşğulam. Əvvəl futbol oynayırdım, 2022-ci ilin aprel ayında isə yüngül atletikaya başladım. Bir ay məşğul olduqdan sonra - may ayında əsas idman növüm olan ağır atletikaya keçdim və bu sahədə böyük uğurlar qazandım.
Bu idman növündə 6 qat Azərbaycan çempionu olmuşam. Yunanıstanın Saloniki şəhərində keçirilən yeniyetmələr arasında Avropa çempionatında 7-ci yerə layiq görüldüm. Bu, mənim üçün çox böyük təcrübə və uğur idi. Yunanıstan səfəri mənim ilk beynəlxalq yarışım idi, buna görə də çox həyəcanlı idim. Çünki orada çox güclü rəqabət var idi və yarışa ciddi hazırlaşmışdım.

Bundan bir neçə gün əvvəl Azərbaycan çempionatında birdənqaldırma hərəkətində 52 kiloqram, təkanlaqaldırma hərəkətində isə 65 kiloqram ağırlığın öhdəsindən gəldim. Ümumilikdə 117 kiloqram nəticə ilə respublika birincisi oldum.

– Ailənin bu idmanla məşğul olmağına münasibəti necə oldu?

– İdman mənim ən böyük hobbimdir. İlk dəfə ailəmə ağır atletika ilə məşğul olmaq istədiyimi deyəndə bir qədər narazılıq etdilər. Amma zaman keçdikcə bu sahədə nə qədər israrlı olduğumu görüb razılaşdılar. İndi onlar mənim dəstəkçilərimdir, hər zaman yanımdadırlar.
Bu səviyyəyə çatmağımda ən böyük pay məşqçim Vüsal Ağayevə məxsusdur. O, mənə böyük dəstək göstərir, üzərimdə çox əziyyət çəkib. Buna görə də müəllimimə dərin təşəkkürümü bildirirəm.

Ağırlıqqaldırma idman növü insanın bütün bədən əzələlərinin inkişafına kömək edir. Cəmiyyətdə belə bir yanlış fikir var ki, bu idman növü insan sağlamlığı üçün zərərlidir. Ancaq bu, doğru deyil. Sadəcə, düzgün məşq etmədikdə bədəndə müəyyən problemlər yarana bilər. Əslində isə istənilən idman növü insanda güclü xarakter formalaşdırır və sağlam həyat tərzinə töhfə verir.

– Ailənizdə idmanla məşğul olan başqa biri var?

– Bəli, 11 yaşlı qardaşım Yusif Hüseynli cüdo ilə məşğuldur. O da öz sahəsində müəyyən uğurlar əldə edib.

– Qızlar üçün ağır atletika ilə məşğul olmaq çətin deyilmi?

– O qədər də çətin deyil. Amma idmançı hər zaman disiplinli olmalıdır. Mən qızların ağırlıqqaldırma ilə məşğul olmasının tərəfdarıyam. Qızlar zəif deyillər, onlar zərifdirlər və zərif olduqları qədər də güclüdürlər! Qadınların hər hansı bir idman növü ilə məşğul olması, xüsusilə də ağırlıqqaldırmada öz güclərini göstərmələri onların potensialını üzə çıxarır. Mənə elə gəlir ki, idmanda gender ayrı-seçkiliyi yoxdur. Bu sahədə uğur qazanmaq üçün ən vacib amil səbirli olmaq, davamlı çalışmaq və ağır məşqlərə qatlaşmağı bacarmaqdır.

– Uşaq Səfirlər Məclisinin üzvü olaraq hansı fəaliyyətləri həyata keçirirsiniz?

– Mən idmanla yanaşı, məktəblilər üçün təşkil olunan bir çox tədbir və layihələrdə də iştirak edirəm. Bir neçə ildir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında Uşaq Səfirlər Məclisinin İsmayıllı rayonu üzrə nümayəndəsiyəm.
Məclisin üzvləri olaraq uşaq hüquqlarının müdafiəsi, ekoloji məsələlər və digər mövzularda fəaliyyət göstəririk, bölgəmizdə uğurlu layihələr həyata keçiririk.

2024-cü ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkil etdiyi Uşaqların VI Forumunda iştirak etdim. Burada ölkənin müxtəlif bölgələrindən gələn Uşaq Səfirlər Məclisi üzvləri ilə təcrübə mübadiləsi apardıq, mühüm məsələləri müzakirə etdik.

– Gələcək hədəflərin barədə danışmağını istərdim.

– Ağırlıqqaldırma idman növünü gələcəkdə də davam etdirmək istəyirəm. Bu il imtahan verib Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul olmaq istəyirəm. Akademiyanı bitirdikdən sonra isə polis olmağı hədəfləyirəm.

Bundan əlavə, gələcəkdə İslam Oyunları, Avropa və Dünya çempionatlarında iştirak edərək çempion olmağı arzulayıram. Bayrağımızı yüksəltmək və ölkəmizi ən yüksək səviyyədə təmsil etmək mənim ən böyük məqsədimdir.

Şərhlər

Xəbər lenti

15 mart, 14:28

Peşə məktəblərinin rəhbər vəzifələrində işləmək istəyən 562 nəfər imtahan verib

15 mart, 13:15

Bərdədəki bağçada uçqun olmayıb - RƏSMİ AÇIQLAMA 

15 mart, 13:06

Milli Hakatona 250 min şagird qeydiyyatdan keçib

15 mart, 11:35

Leyla Əliyeva və Arzu Əliyeva Çin dili təhsili alan tələbələrlə görüşüblər

15 mart, 09:35

Kimdir qalib? - Universitetlərarası Azərbaycan Çempionatından REPORTAJ

14 mart, 18:08

“Sabahın alimləri” XIV Respublika Layihə Müsabiqəsinin qalibləri mükafatlandırılıb

14 mart, 17:52

Magistraturaya qəbul imtahanının nəticələri ilə bağlı apellyasiya keçiriləcək

14 mart, 17:50

Qiymətləndirmə ilə bağlı görüş keçirilib

14 mart, 16:03

Nazir müavini: Şagirdlərin istedadını vaxtında aşkarlamaq olduqca vacibdir

14 mart, 15:58

Magistraturaya qəbul imtahanının nəticələri açıqlanıb

14 mart, 15:58

“Elmi nəşrlər qlobal miqyasda tanınmalı, ölkəmizin elmi brendinə çevrilməlidir” - RƏY

14 mart, 15:33

Rəqəmsal məktəb: Müasir təhsilin sərhədsiz imkanları

14 mart, 15:10

“Məktəblilərarası Milli Hakaton - 2025” müsabiqəsinə qeydiyyat davam edir

14 mart, 15:00

Görülməyəcək işlərin siyahısı da vacibdir

14 mart, 14:49

Qarabağda infosessiyalar keçiriləcək

14 mart, 14:42

Şagirdlərin elektron yerdəyişməsi prosesi davam edir

14 mart, 14:35

“Heç vaxt o yola əl atmaram, bunun necə pis olduğunu bilirəm” - Video

14 mart, 14:24

“Müasir metodist” layihəsinin müsahibə mərhələsi davam edir

14 mart, 14:01

Elmin təbliği: Türkiyədən maraqlı təşəbbüs

14 mart, 13:51

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri BANM-də olublar

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.