Şagird sayı 500 nəfərdən çox olan ümumi təhsil müəssisələrində vakant direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsinin nəticələri ilə bağlı məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, namizədlər şəxsi səhifələrinə daxil olaraq imtahan nəticələri ilə tanış ola bilərlər.
Qeyd edək ki, 21 dekabr 2024-cü il tarixində təşkil edilmiş direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsində namizədlərə təqdim edilmiş 59-cu test tapşırığının cavab variantında aşkar edilmiş texniki xəta səbəbilə qeyd edilmiş tapşırıq üzrə nəticələr bütün iştirakçıların xeyrinə nəzərə alınmaqla yenidən hesablanmışdır.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
Bölmələrimiz
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)