Bütün xəbərlər
test
29 dekabr, 09:44

Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxi Astrofizika Rəsədxanası 2025-ci ilin meteor seli təqvimini təqdim edib.

Bu barədə “Azərbaycan müəllimi”nə rəsədxanadan məlumat verilib.

Meteorlar parçalanmış kometlərin qalıqlarıdırlar və kometin orbiti boyunca topa şəklində hərəkət edir. Beynəlxalq Astronomiya Birliyi tərəfindən 900-dən çox meteor seli qeydə alınıb. Meteoridlər Yer atmosferini kəsib keçərək meteor yağışlarını yaradır. Onların səmada peyda olduğu nöqtəyə radiant deyilir və bəzi periodik meteor yağışları həmin radianta uyğun gələn bürclərin adı ilə adlandırılıb. Periodik olaraq eyni vaxtda müşahidə olunan bu meteor yağışlarının 2025-ci il üçün müşahidə olunma ardıcıllığı təqdim edilir.

Kvadrantidlər (26 dekabr - 16 yanvar) – meteor yağışının piki yanvarın 3-də gözlənilir. Bu meteor yağışı zamanı saatda 80-dək meteor görmək mümkün olacaq. Ay diskinin cəmi 11 faizi işıqlanacaq və pik saatınadək batacaq. Hesab olunur ki, kvadrantidlər 2003-cü ildə kəşf olunmuş 2003EH1 asteroidinin qalıqlarıdır.

Liridlər (15-30 aprel) – meteor yağışının piki aprelin 22-nə proqnozlaşdırılır. Bu meteor yağışı zamanı saatda 18-dək meteor görmək mümkün olacaq. Ay diskinin 40 faizi işıqlanmış olsa da, gecənin ikinci yarısından sonra görünəcək. Liridlər C/1861 G1 Thetcer kometi ilə assosiasiya olunur.

Eta Akvaridlər (20 aprel-21 may)– meteor yağışının piki mayın 5-6-da gözlənilir. Bu meteor yağışı zamanı saatda təxminən 50 meteor görmək mümkün olacaq. Ay müşahidələrə mane olmayacaq. Eta Akvaridlər Orionidlər kimi Halley kometinin qalıqlarından formalaşıb.

Delta Akvaridlər (18 iyul-12 avqust)– meteor yağışının piki iyulun 29-30-na uyğun gəlir. Bir saatda təxminən 25-dək meteor görmək mümkündür. Meteor yağışının 96P/Maçholz kometinin qalıqları olduğu hesab olunur. Bu meteor yağışı Şimal yarımkürəsində müşahidə olunmur.

Perseidlər (17 iyul-24 avqust)– meteor yağışının piki avqustun 12-13-nə uyğun gəlir. Bu meteor yağışı zamanı saatda 100-dək meteor görmək mümkündür. Ay radianta çox yaxın olduğu üçün müşahidələrə mane olacaq. Perseidlər 109P/Svift–Tatl kometi olə assosiasiya olunur.

Drakonidlər (6-10 oktyabr) – meteor yağışının piki oktyabrın 8-9-na uyğun gəlir. Bu meteor yağışı zaman saatda təxminən 5 meteor görmək mümkün olacaq. Bədirlənmiş Ay meteor yağışının radiantına yaxın olduğundan, onun işığı müşahidələrə mane olacaq. Drakonidlər 21/P Cakobini-Zinner kometi ilə assosiasiya olunur.

Orionidlər (2 oktyabr-7 noyabr) – meteor yağışının piki oktyabrın 21-22-də gözlənilir. Bu meteor yağışı zamanı saatda təxminən 20 meteor görmək mümkündür. Ay diski cəmi 2 faiz işıqlanmış olacaq. Orinoidlər də 1P/Halley kometi ilə assosiasiya olunur.

Leonidlər (6-30 noyabr) – meteor yağışının piki noyabrda 17-18-də gözlənilir. Bu meteor yağışı zamanı saatda təxminən 10 meteor görmək mümkündür. Ay diskinin cəmi 9 faizi işıqlanmış olacaq. Leonidlər 33 illik tsiklə malikdir. Bu zaman intensiv meteor seli müşahidə olunur. Leonidlər 55P/Tempel-Tatl kometinin qalıqları hesab olunur.

Geminidlər (4-20 dekabr) – meteor yağışının piki dekabrın 13-14-də gözlənilir. Bu meteor yağışı zamanı saatda 150-dək meteor görmək mümkündür. Ay diski 39 faiz işıqlanacaq və radiant yaxınlığında olacaq. Meteor yağışı 3200 Faeton asteroidi ilə assosiasiya olunur.

Ursidlər (17-26 dekabr) – meteor yağışının piki dekabrın 22-23-nə uyğun gəlir. Bu meteor yağışı zaman saatda 10-dək meteor görmək mümkündür. Ay diski cəmi 3 faiz işıqlansa da radianta yaxın olacaq və zəif meteorlar Ayın işığının fonunda itəcək. Ursidlər 8P/Tatl kometi ilə assosiasiya olunur.

Xəbər lenti

30 dekabr, 20:01

20 ildə ADPU alimlərinin 397 məqaləsi SCOPUS bazasına düşüb

30 dekabr, 17:43

Leyla Əliyeva STEAM İnnovasiya Mərkəzini ziyarət edib

30 dekabr, 13:00

2024-cü ildə haqqında çox danışılan 10 arxeoloji kəşf

29 dekabr, 17:59

Prezident onlara Milli Qəhrəman adı verdi - Sərəncam

29 dekabr, 16:55

DP çərçivəsində 2025-2026-cı il üzrə xaricdə təhsil üçün universitet və proqramlar açıqlanıb

29 dekabr, 16:22

Prezident İlham Əliyev təyyarə qəzası ilə bağlı müsahibə verib

29 dekabr, 14:13

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda tələbələr üçün təlim keçirilib

29 dekabr, 13:41

Direktorların işə qəbulu müsabiqəsinin test mərhələsinin nəticələri açıqlanıb

29 dekabr, 13:00

Çin ilk sıfır karbon magistral yolunu açır

29 dekabr, 12:10

AzMİU elmi nailiyyətlərdən əldə etdiyi gəlirin həcmini açıqlayıb

29 dekabr, 11:56

Xızıda vəfat edən məktəb direktorunun ölüm səbəbi araşdırılır 

29 dekabr, 11:50

Uşaqlara sağlam həyat tərzi öyrədilir – İsmayıllı şagirdləri üçün layihə 

29 dekabr, 11:23

Paytaxt məktəbliləri idman yarışlarında beş minə yaxın medal qazanıblar

29 dekabr, 11:15

XII sinifdə oxuyan Bakı şagirdlərinin sayı açıqlanıb

29 dekabr, 11:07

Elmi göstəriciləri yüksək olan 143 alim mükafatlandırılıb

29 dekabr, 10:57

Yeni ildə ilk dərs günü nə zaman olacaq?

29 dekabr, 10:41

"Sərhədləri aşan gələcək: dil bil, uğur qazan" layihəsi çərçivəsində ingilis dili dərsləri davam edir

29 dekabr, 10:36

Azərbaycanda 29 yeni məktəbdə inklüziv siniflər fəaliyyətə başlayıb

29 dekabr, 10:35

Peşə ixtisaslarının yenilənməsi üçün layihə hazırlanıb

29 dekabr, 10:23

Azərbaycanda ilk dəfə “Tat dili” dərslikləri hazırlanıb

Şərhlər (0)

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.