Dekabrın 28-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Elmi-Tədqiqat Mərkəzinin (ETM) “Müasir təlim texnologiyalarına və beynəlxalq təcrübəyə əsaslanan yeni məzmunlu təhsilin ADPU-da tətbiqi” layihəsi çərçivəsində cari il üçün sonuncu təlimi olan “Təfəkkürə əsaslanan dərsin təşkili üzrə mentor hazırlığı” mövzusunda təlim keçirilib.
ADPU-dan “Azərbaycan müəllimi”nə bildirilib ki, təlimdə universitetin Tarix və coğrafiya, Filologiya, Kimya və biologiya, İbtidai təhsil, Məktəbəqədər təhsil və İncəsənət və fiziki tərbiyə fakültələri üzrə mentorlar və ETM-in əməkdaşları iştirak ediblər.
Təlimin məqsədi müəllimlərə mentor dəstəyinin göstərilməsi üçün metodologiyanın mənimsənilməsinə nail olmaqdır. Müəllim-mentorların fəaliyyəti gələcək tədris prosesində müasir təlim üsulları ilə düşünmə bacarıqlarının təkmilləşdirilməsinə, tətbiqetmə bacarıqlarının artırılmasına yeni imkanlar açacaq.
ETM-in Tətbiqi tədqiqatlar bölməsinin müdiri dosent Gülşən Novruzovanın təqdimatında keçirilən təlimdə təfəkkürə əsaslanan dərsin hazırlanmasında mentorluq fəaliyyətinin yeri şərh edilib, təlim nəticələrinin müəyyən olunmasında taksonomiyaların rolu əsaslandırılıb, formativ qiymətləndirmənin əsas xüsusiyyətləri, məqsədləri, aparılma qaydaları izah edilib. Təlimdə praktik tapşırıqlar yerinə yetirilib, təqdimatlar edilib, müzakirələr aparılıb, nəticələr təhlil olunub.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
Bölmələrimiz
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)