Azərbaycan Milli Konservatoriyasında Təhsilin İnkişafı Fondu (TİF) ilə görüş keçirilib.
Fonddan “Azərbaycan müəllimi”nə bildirilib ki, görüşün məqsədi qurumlar arasında tanışlıq və əməkdaşlıq imkanlarının müzakirəsi olub. Görüşdə Azərbaycan Milli Konservatoriyasının rektoru Kamilə Dadaş-zadə, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, Fondun və Konservatoriyanın nümayəndələri iştirak ediblər.
Azərbaycan Milli Konservatoriyasının rektoru Kamilə Dadaş-zadə qonaqları salamlayıb və Konservatoriyada görməkdən məmnun olduğunu bildirib. Rektor Konservatoriyanın 23 illik fəaliyyəti haqqında məlumat verib, universitetin strateji məqsədləri və hədəflərindən danışıb. O, Konservatoriyanın milli musiqi irsinin qorunması və inkişaf etdirilməsi istiqamətində gördüyü işlərə xüsusi diqqət çəkib.
Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov Fondun yaradılması, məqsədləri, missiyası barəsində ətraflı məlumat verib. Sədr ali təhsil müəssisələri ilə dövlət-özəl tərəfdaşlığı çərçivəsində əməkdaşlıq imkanları barəsində bəhs edib. Elnur Nəsibov bu əməkdaşlığın milli təhsil sisteminin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.
Görüşdə tərəflər arasında əməkdaşlıq perspektivləri, birgə layihələrin həyata keçirilməsi və tələbələr üçün yeni imkanların yaradılması mövzularında geniş müzakirələr aparılıb.
1 /3
Digər xəbərlər
Digər xəbərlər tapılmadı
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
Bölmələrimiz
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)