Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) elm və innovasiya məsələləri üzrə prorektoru professor Nigar Aslanova Türkiyənin Yıldız Texniki Universitetində (YTU) görüş keçirib.
Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, səfər çərçivəsində professor Nigar Aslanova YTU-nun rektoru, professor Eyyub Debiklə ikitərəfli əlaqələrin gücləndirilməsi, elmi tədqiqat və innovasiya sahələrində əməkdaşlıq imkanlarını müzakirə edib.
Görüşdə AzMİU və YTU arasında qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi, həmçinin universitetlər arasında elmi tədqiqatların təşviq edilməsi məqsədilə birgə layihələrin həyata keçirilməsi məsələləri gündəmə gətirilib. İki universitetin alimləri arasında təcrübə mübadiləsinin artırılması, elmi fəaliyyətlərin daha da zənginləşdirilməsi istiqamətində müzakirələr aparılıb.
Prorektor Nigar Aslanovanın YTU-nun Fənn ədəbiyyat fakültəsində və fakültənin Riyaziyyat kafedrasında da bir sıra görüşləri keçirilib. Bu görüşlərdə AzMİU və YTU-nun doktorantları üçün birgə elmi rəhbərlik imkanları müzakirə olunub. Bu cür əməkdaşlıq, tədqiqatçılar arasında birgə elmi layihələrin həyata keçirilməsi, yeni elmi araşdırmaların aparılması baxımından böyük əhəmiyyət kəsb etdiyi qeyd olunub.
Bundan əlavə, Riyaziyyat kafedrasında keçirilən elmi seminarda professor Nigar Aslanova elmi məruzə ilə çıxış edib. Aktual riyazi məsələlərin həllinə həsr olunan seminarda kafedranın professor-müəllim heyəti və tələbələr iştirak ediblər. Seminarın sonunda iştirakçıla mövzu ilə bağlı suallarını verərək professor Nigar Aslanovadan ətraflı cavablar alıblar.
Qeyd edək ki, AzMİU prorektorunun YTU-ya səfəri, universitetin beynəlxalq elmi əməkdaşlığını daha da gücləndirmək, eləcə də elm və innovasiya sahəsində yeni tərəfdaşlıqların yaradılması baxımından əhəmiyyətli addım olub. Bu əməkdaşlığın həm AzMİU-nun, həm də ümumilikdə Azərbaycan elminin potensialını, elmi tədqiqatların kefiyyətini artıracağı gözlənilir.
1 /1
Digər xəbərlər
Digər xəbərlər tapılmadı
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
Bölmələrimiz
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)