Bütün xəbərlər
27 dekabr, 15:29

Elm və Təhsil Nazirliyi ilə BMT-nin Uşaq Fondunun (UNICEF) əməkdaşlığı əsasında Təhsil İnstitutu (ARTİ) tərəfindən icra edilən “İnklüziv sinif təşkil edilən ümumi təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi” layihəsi çərçivəsində dekabr ayı ərzində Bakı şəhəri və regionlarda yeni fəaliyyətə başlayan inklüziv siniflərin olduğu 21 məktəbdə monitorinq təşkil edilib.

Təhsil İnstitutundan “Azərbaycan müəllimi”nə bildirilib ki, monitorinqlərin əsas məqsədi inklüziv təhsilin məktəblərdə tətbiqini müşahidə etmək, qiymətləndirmək və problemləri müəyyənləşdirmək üçün məlumatları toplamaq olub.

Monitorinqlər zamanı məktəbin infrastrukturunun sağlamlıq imkanları məhdud olan şagirdlərin fiziki ehtiyaclarına uyğunluğu nəzərdən keçirilib. Eyni zamanda məktəbdə inklüziv təhsil mühitinin yaradılması üçün tələb olunan resursların mövcudluğu və təminatı qiymətləndirilib. Müəllimlərin inklüziv yanaşma üzrə bacarıqları sinif otağında müşahidə edilib.

Monitorinqdə iştirak edən ARTİ əməkdaşları məktəbdə sağlamlıq imkanları məhdud olan şagirdlərin təhsil almaları üçün yaradılan şəraitlə tanış olub. Məktəb heyətinin və valideynlərin sağlamlıq imkanları məhdud olan uşaqlara qarşı münasibətləri və ümumilikdə inklüziv yanaşma ilə bağlı mövcud vəziyyət qiymətləndirilib.

Qeyd edək ki, layihənin əsas məqsədi Azərbaycanda sağlamlıq imkanları məhdud olan uşaqların təhsil hüququnun təminatına dəstək verilməsi, inklüziv təhsilin keyfiyyətinin yüksəldilməsi və məktəblərdə kadr potensialının gücləndirilməsidir.

1 /5

Şərhlər

Xəbər lenti

1 iyul, 21:00

50 yaşlı AzMİU-da “Məzun günü” – 2400-dən çox gənc yeni mərhələyə qədəm qoyur

1 iyul, 18:52

Xorvatiyada təhsil və bacarıqlar

1 iyul, 18:13

Uşaq mərkəzli öyrənmə

1 iyul, 17:47

Ali təhsildə süni intellekt inqilabı: Bilməli olduqlarınız

1 iyul, 17:14

“Milli Proqram” çərçivəsində indiyədək 15000 nəfər təlimi uğurla tamamlayıb

1 iyul, 16:49

Tacikistanda təhsil almaq istəyənlərin NƏZƏRİNƏ!

1 iyul, 16:38

MDU-da “Məzun günü”: 878 tələbə məzun oldu

1 iyul, 16:33

Təkrar sertifikasiyada uğur qazanmayan müəllimlərlə görüşlər keçirilir

1 iyul, 16:05

“Yeni maliyyələşmə mexanizmi idarəetmə yanaşmamızı dəyişdirib” – Qalib Nəbiyev

1 iyul, 15:15

ADNSU-da “Məzun günü” keçirilib

1 iyul, 15:01

Rezidenturaya qəbul imtahanının nəticələri açıqlanıb

1 iyul, 14:56

Nazirlik: Təkrar sertifikatlaşdırma suallarında səhv aşkarlanmayıb

1 iyul, 14:53

334 müəllim təkrar sertifikatlaşdırmaya gəlməyib

1 iyul, 14:50

İmtahan qaydasını pozan 4 müəllimin nəticəsi ləğv olunub

1 iyul, 14:45

Nazirlik təkrar sertifikatlaşdırma imtahanı ilə bağlı məlumat yaydı

1 iyul, 14:36

BDU-nun məzunu Cənubi Koreyanın nüfuzlu universitetinə qəbul olub

1 iyul, 13:34

"Peşə bacarıqları məhkumların təkrar cinayət törətmə riskini azaldır" – Samir Rəhimov

1 iyul, 13:11

İƏT Qarabağ Universiteti ilə tələbə mübadiləsi həyata keçirmək istəyir - Baş katib

1 iyul, 13:06

AHİK: Yollayışların verilməsində şəffaflıq, yeniliklər, islahatlar

1 iyul, 13:02

İnstitut rəhbəri: Sosial şəbəkələr və süni intellekt ənənəvi təhsil modellərinin dəyişməsinə çağırışdır

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.