Bütün xəbərlər
22 iyul, 16:36

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.

“Azərbaycan müəllimi” xəbər verir ki, Sərəncama əsasən, ali təhsil sahəsində tətbiq edilən beynəlxalq ikili diplom proqramlarının sayı Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na uyğun olaraq 8-ə çatdırılacaq və onların icrası 2030-cu ilədək təmin ediləcək.

Mövcud və yeni tətbiq ediləcək beynəlxalq ikili diplom proqramlarının maliyyələşdirilməsi Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaiti hesabına təmin ediləcək.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə dörd ay müddətində:

- beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisaslar üzrə təhsil proqramlarının və təhsil səviyyələrinin seçimi qaydasını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək;

- beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi qaydasını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək;

- beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsi üzrə tədbirlər planını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək və bu Sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Elm və Təhsil Nazirliyinə:

- beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisaslar üzrə təhsil proqramlarının və təhsil səviyyələrinin seçimini bu Sərəncama uyğun həyata keçirmək;

- hər növbəti tədris ili üçün beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsinə tələb olunan vəsaitin həcmini Azərbaycan Respublikasının Dövlət Neft Fondu ilə razılaşdırmaqla müəyyən etmək və bu Sərəncamdan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görmək tapşırılıb.

Sərəncamda, həmçinin qeyd olunub ki, beynəlxalq ikili diplom proqramlarının tətbiqinin əsas hədəfləri qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq yeni nəsil mütəxəssislər yetişdirmək, Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərini müasirləşdirmək, transmilli təhsil modelinin Azərbaycan Respublikasında tətbiqi yolu ilə uğurlu nəticələr əldə etməkdir.

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq hazırda 6 beynəlxalq ikili diplom proqramı icra olunur.

İnkişaf etmiş təhsil sisteminə malik ölkələrlə ikili diplom proqramlarının dəstəklənməsi, xüsusilə, beynəlxalq reytinqlərdə yüksək mövqe tutan xarici ali təhsil müəssisələri ilə ikili diplom proqramlarının sayının artırılması Azərbaycan Respublikasının vətəndaşı olan istedadlı, yüksək intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri ilə seçilən perspektivli gənclərin beynəlxalq təcrübə əldə etmələrinə imkan və ikili diplom proqramları çərçivəsində birgə elmi fəaliyyətin genişlənməsinə zəmin yaradacaq.

Şərhlər

Xəbər lenti

13 sentyabr, 15:22

Yeni tədris ilinin ilk dərsi bu mövzuya həsr olunacaq

13 sentyabr, 13:30

Uşaq evi sosial xidmət müəssisələrində 33 uşaq birinci sinfə başlayır

12 sentyabr, 21:12

Siniflər hansı meyarlara əsasən komplektləşdirilir? – AÇIQLAMA

12 sentyabr, 18:33

BDU-da bəzi ixtisaslarda dərslər 4 gün olacaq - Rəsmi

12 sentyabr, 18:00

"2025-2026-cı tədris ili: yeniliklər və hədəflər" mövzusunda tədbir keçirilib

12 sentyabr, 17:56

Eşqi Bağırov: Olimpiada və müsabiqələrdə iştirak edən şagirdlərin sayı artıb

12 sentyabr, 17:52

“Yenilənən məktəblər”: Zərdab rayonu Dəli Quşçu kənd tam orta məktəbi – FOTOLAR

12 sentyabr, 17:48

Naxçıvanda peşə təhsili müəssisələrinə 700 yerlik qəbul planı tərtib olunub

12 sentyabr, 17:40

Bəzi regionlarda müəllimlərin dərs yükünün 24 saatı keçməməsi tələbi var? – AÇIQLAMA

12 sentyabr, 17:37

Naxçıvanda 30 məktəbin bütün məzunları tələbə adını qazanıb

12 sentyabr, 17:34

Buraxılış və Azərbaycan dili imtahanının nəticələri elan olunub

12 sentyabr, 17:20

Mingəçevir Dövlət Universitetində “Oriyentasiya günü” keçirilib

12 sentyabr, 17:10

Yeni tədris ilində daha 16 məktəb istifadəyə veriləcək

12 sentyabr, 16:33

Naxçıvanda məktəbəqədər təhsil müəssisələrində monitorinqlər aparılıb

12 sentyabr, 15:25

Naxçıvanda 22 müəllimin əmək müqaviləsinə xitam verilib 

12 sentyabr, 15:19

Peşə təmayüllü siniflərin qrup rəhbərləri üçün təlimlər başlayıb

12 sentyabr, 15:17

Naxçıvanda məktəbdənkənar təhsil müəssisələri şəbəkəsi optimallaşdırılır 

12 sentyabr, 14:56

PIRLS 2026-ya doğru: bu tədqiqatın təhsil sistemlərinə töhfələri

12 sentyabr, 14:11

Nazirin müşaviri: Sinif sıxlığı şagirdlərin öyrənməsinə mənfi təsir etməyib

12 sentyabr, 14:10

Kafi və yaxşı qiymətləndirilən dərs sayı artıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.