Bütün xəbərlər
17 aprel, 15:25

“NEQSOL Holding”in tərkibinə daxil olan “NEQSOL Academy”, Təhsilin İnkişafı Fondu və “Technology SNI” tərəfdaşlığı ilə yaradılan “Peerstack Academy”nin rəsmi açılışı olub.

“Azərbaycan müəllimi” xəbər verir ki, “Peerstack Academy” Azərbaycanda informasiya texnologiyaları sahəsində beynəlxalq səviyyəli mütəxəssislərin hazırlanması üçün ABŞ-də yerləşən tanınmış texnologiya təhsili təminatçısı olan “Qwasar Silicon Valley” ilə tərəfdaşlıq edərək onların təhsil proqramlarını təqdim edir. Akademiya Azərbaycan Texniki Universitetinin ərazisində bu məqsədlə yaradılmış müasir tədris məkanında fəaliyyət göstərir.

Akademiyada beynəlxalq standartlara əsaslanan, layihə yönümlü və praktiki biliklərə üstünlük verən intensiv full-stack proqramlaşdırma təlimi keçirilir. Proqram “Qwasar Silicon Valley”nin metodologiyasına uyğun hazırlanıb və real iş proseslərini əks etdirir. Təlim çərçivəsində tələbələr “Ruby”, “JavaScript”, “React”, “PostgreSQL” və “REST API” kimi texnologiyalar üzrə təcrübə qazanır və iki beynəlxalq akkreditasiyalı diplom və işlək tətbiqlərdən ibarət portfoliolarla məzun olurlar.

Tələbələr üçün təhsil haqqının 70% hissəsini “NEQSOL Holding” qarşılayır. Bu dəstək proqramın daha çox insanlar üçün əlçatan olmasını təmin etməklə yanaşı, ölkədə texnologiya sahəsinin inkişafına da töhfə verir. 2024-cü ildə başlayan seçim mərhələsi nəticəsində seçilmiş tələbələr artıq təhsillərinə başlayıb.

Tədbirdə “Peerstack Academy”nin Direktoru Camal Rzayev, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, “NEQSOL Holding” Azərbaycan ofisinin Rəhbəri İmran Əhmədzadə, “NEQSOL Holding”in İnsan kapitalı üzrə baş direktoru Meriç Tunç, Təhsilin İnkişafı Fondunun Layihələrin idarə olunması şöbəsinin müdiri Rəsul Həşimov və “Qwasar Silicon Valley”nin baş icraçı direktoru Kuame Yamgnane çıxış ediblər.

“"Peerstack Academy" rəqəmsal gələcəyə yönəlmiş uzunmüddətli sərmayədir və regionda innovasiya, təhsil və insan kapitalının inkişafını dəstəkləyən geniş strategiyamızın bir hissəsidir. Gənc istedadları qlobal səviyyəli təhsil və qabaqcıl təcrübələri ilə bir araya gətirməklə, biz bu sahədə yeni nəsil mühəndislərin, peşəkarların və sahibkarların yetişməsi üçün möhkəm təməl qururuq”, – deyə “NEQSOL Holding”in sədri Yusif Cabbarov bildirib.

“Təhsilin İnkişafı Fondu olaraq inanırıq ki, innovativ və keyfiyyətli təhsilə yatırım ölkəmizin inkişafının təməlidir. “Peerstack Academy” güclü tərəfdaşlığın qlobal səviyyəli bacarıqların daha geniş təbəqə üçün əlçatan olmasına və gələcəyin peşəkar kadr bazasının formalaşmasına töhfəsinin bariz nümunəsidir,” – Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov qeyd edib.

Tədbirdə çıxış edənlər “Peerstack Academy” təhsil ilə əmək bazarının tələblərini birləşdirən strateji tərəfdaşlığın uğurlu nümunəsi kimi qeyd ediblər. Müasir tədris məkanında yaradılan şərait və təqdim olunan imkanlar, “Qwasar”ın qabaqcıl tədris yanaşması və proqramları xüsusi vurğulanıb.

“NEQSOL Holding”in nümayəndələri ölkədə ixtisaslı İT mütəxəssislərinə artan ehtiyacı və tələb-təklif arasında fərqi, “Peerstack Academy”nin bu ehtiyacı qarşılamaq məqsədilə yaradılmasını və məzunların gələcəkdə holdinqin şirkətlərində də işləmə imkanlarını qeyd ediblər.

1 /9

Şərhlər

Xəbər lenti

12 iyun, 12:49

İmtahan suallarının çətinliyi ilə bağlı fikirlərə aydınlıq gətirildi

12 iyun, 12:41

Emin Əmrullayev Oman Sultanlığının ali təhsil, tədqiqat və innovasiyalar naziri ilə görüşüb

12 iyun, 12:34

Kolleclərdə yaz imtahan sessiyası başlayıb

12 iyun, 12:13

Sabahın hava proqnozu açıqlanıb

12 iyun, 12:01

İmtahanların nəticələri bu halda daha tez məlum ola bilər - DİM sədri açıqladı

12 iyun, 12:00

UNEC “Yaşıl universitet” modelinə qlobal keçid təşəbbüsü irəli sürüb

12 iyun, 11:50

Buraxılış imtahanına 11-ci sinfin proqramından suallar salınır? 

12 iyun, 11:36

Həsən Həsənli: Qiymətləndirmələrə iqlim dəyişikliyinə dair sualların daxil edilməsi üçün işlər görülür

12 iyun, 11:25

Universitetlər üçün qrant və maliyyələşmə mexanizmləri səmərəli olmalıdır – Nazir müavini

12 iyun, 11:19

Həsən Həsənli: Ali təhsildə əsas məqsədlərdən biri beynəlxalq reytinqlərdə irəliləməkdir

12 iyun, 11:07

Rektor: UNEC elmi jurnallardakı məqalələrinin sayına görə ölkədə liderdir

12 iyun, 10:56

Ədalət Muradov: Vahid plagiat sisteminin yaradılmasına ehtiyac var

12 iyun, 10:55

VII İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı keçirilir

12 iyun, 10:53

DİM sədri: “Şagirdlər buraxılış imtahanından sonra da məktəbə getməlidirlər” 

12 iyun, 10:50

STEAM Mərkəzində məktəblilər üçün maarifləndirici təlim keçirilib

12 iyun, 10:24

BANM-in iki tələbəsinə xüsusi təqaüd veriləcək

12 iyun, 10:20

Ötən ay xaricdə təhsil almış 52 nəfərin diplomu tanınmayıb

12 iyun, 10:19

Məleykə Abbaszadə: “Bizdə bilikli müəllimlər çatışmır”

12 iyun, 10:14

Azərbaycan nümayəndə heyəti “QS EduData 2025” sammitində iştirak edib

12 iyun, 10:05

Üzeyir Hacıbəyli yaradıcılığında təhsil, təlim, tərbiyə məsələləri

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.