.jpeg)
“Buraxılış imtahanının məzmunu əsasən 8, 9 və qismən də 10-cu siniflərin proqramına əsaslanır. Biz buraxılış imtahanında, demək olar ki, 11-ci sinfin proqramına toxunmuruq”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə “Baku TV”yə müsahibəsində bildirib.
O qeyd edib ki, amma əsas diqqəti şagirdin qazandığı səriştələrin yoxlanılmasına yönəldirlər: “Bu səriştələrə, məsələn, mətni oxuyub anlamaq, təhlil etmək və kurikulumun digər əsas standartları daxildir”.
DİM sədri qeyd edib ki, buraxılış imtahanlarının nəticələri ilə bağlı bütün məlumatlar - şagirdlərin hansı suallara necə cavab verdiyi, hansı bilik və bacarıqları nümayiş etdirdikləri DİM tərəfindən Elm və Təhsil Nazirliyinin müvafiq qurumlarına təqdim olunur: “Bu məlumatlar sirr deyil və aidiyyəti qurumlar tərəfindən təhlil edilir”.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər