
“Ölkədə elmi fəaliyyətin şəffaflığının təmin olunması üçün vahid plagiat yoxlama sisteminin yaradılmasına ciddi ehtiyac var”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov VII İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransında çıxışı zamanı səsləndirib.
Rektor bildirib ki, bu sahədə süni intellekt alətlərindən istifadə genişləndirilməlidir. Xüsusilə elmi “chatbot”lardan səmərəli şəkildə faydalanmaq vacibdir.
Ədalət Muradovun sözlərinə görə, müasir texnologiyaların elmə inteqrasiyası elmi keyfiyyətin artırılmasına mühüm töhfə verə bilər.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər