Bütün xəbərlər
19 fevral, 11:39

2025-ci ildə Azərbaycanın ilk veb-saytı olan “science.gov.az”ın yaradılmasının 30 ili tamam olur. Bu illər ərzində portal bir neçə inkişaf mərhələsindən keçərək bugünkü inkişaf səviyyəsinə çatıb, Azərbaycanın ən çox oxunan, istinad olunan portallarından birinə çevrilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu sözlər AMEA-nın Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin Elektron informasiya sektorunun müdiri Nərgiz Qəhrəmanovanın “Müasir dövrümüzün elektron “Əkinçi”si sayılan “science.gov.az” portalı 30 yaşında” məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

Həsən bəy Zərdabinin 1875-ci ildə nəşrinə başladığı “Əkinçi” qəzeti Azərbaycan dilində milli demokratik və xalq mətbuatının təməl daşı olub. İlk dəfə ana dilində yayımlanan bu qəzet xalqı maarifləndirmək, ictimai şüuru inkişaf etdirmək və cəmiyyətdə mühüm məsələləri müzakirəyə çıxarmaq kimi ali missiyanı öz üzərinə götürüb. “Əkinçi” sonradan neçə-neçə qəzetin, müxtəlif jurnalistika məktəblərinin yaranmasına yol açıb. Milli radio və televiziyamızın yaranmasında da “Əkinçi” qəzetinin əsasını qoyduğu ənənələrin böyük rolu olub.

İlk qəzetimizin nəşrindən düz 120 il sonra – 1995-ci ildə “science.gov.az” fəaliyyətə başlayıb. Ölkənin informasiya məkanında xüsusi yeri olan bu portal İnformasiya Texnologiyaları İnstitutunun mütəxəssisləri tərəfindən “www.ab.az” adı ilə yaradılıb, institutun “AzScienceNet” şəbəkəsinin serverlərində yerləşdirilib. 2003-cü ildə AMEA Rəyasət Heyətinin qərarı ilə “www.ab.az” saytı müasir tələblər əsasında yenidən işlənib, www.science.az portalı adlandırılıb. “Science.gov.az” yarandığı ilk gündən səmərəli fəaliyyəti ilə ölkənin elmi-ictimai həyatının dəqiq və dolğun işıqlandırılmasında mühüm xidmətlər göstərib. Portal, təkcə elmi məlumatların yayımı ilə kifayətlənməyərək, həm də alim və mütəxəssislərin əldə etdikləri mühüm nailiyyətlərin geniş auditoriyaya çatdırılmasına, beynəlxalq elmi mübadilənin inkişafına və elmi innovasiyaların təşviqinə mühüm töhfə verib. Eyni zamanda, müasir texnologiyalardan istifadə edərək, dünya informasiya məkanında Azərbaycan elminin tanınmasına geniş imkanlar yaradıb. Burada təqdim olunan eksklüziv müsahibələr, analitik materiallar və elmi araşdırmalar tədqiqatçıların fəaliyyətini daha əlçatan formada ictimaiyyətə təqdim etməyə şərait yaradıb.

2015-ci ildə İnformasiya Texnologiyaları İnstitutunda “science.gov.az”ın 20 illik yubileyinə həsr olunmuş tədbir keçirilib, toplantıda dövlət rəsmiləri, internet-media üzrə mütəxəssislər, tanınmış alim və mütəxəssislər, media nümayəndələri iştirak ediblər. Tədbirdə portalın 20 il ərzindəki fəaliyyətinə, Azərbaycan elminin işıqlandırılması istiqamətində görülən işlərə, həyata keçirilən layihələrə nəzər salınıb, onun gələcək fəaliyyəti ilə bağlı geniş müzakirələr aparılıb. Ötən 10 il ərzində portalın işi daha da təkmilləşdirilib, fəaliyyəti genişləndirilib.

Müasir dövrümüzün elektron “Əkinçi”si hesab olunan və artıq 30 yaşını qeyd edən “science.gov.az” Azərbaycan dövlətinin elm sahəsində apardığı islahatlar, eləcə də dünya və ölkə elmində əldə edilmiş nailiyyətlərin təbliği ilə bağlı mühüm tədbirlər həyata keçirir.

Bu il “science.gov.az”ın yubileyi ona görə əlamətdardır ki, 2025-ci ildə həm milli mətbuatımızın 150 illiyi, həm də Azərbaycanın ən böyük elm ocağı olan AMEA-nın yaranmasının 80 ili tamam olur. Bu mühüm tarixi hadisələr təkcə elm və mətbuat tariximizin deyil, bütövlükdə Azərbaycan cəmiyyətinin inkişafı baxımından olduqca böyük önəm daşıyır.

Azərbaycan milli mətbuatı uzun illər ərzində xalqımızın maariflənməsi, ictimai şüurun formalaşması və ictimai fikrin inkişafında mühüm rol oynayıb. “Əkinçi” qəzetinin nəşri ilə başlayan bu şərəfli yol sonralar ölkəmizdə zəngin jurnalistika ənənələri formalaşdırıb.

Digər tərəfdən, AMEA 80 illik fəaliyyəti ərzində Azərbaycan elminin əsas dayağına çevrilib, fundamental və tətbiqi araşdırmaların mərkəzi olub. Bu illər ərzində Akademiya ölkəmizin elmi intellektual potensialının formalaşması, elmi nailiyyətlərin əldə olunması və Azərbaycan elminin beynəlxalq elm məkanında tanınmasına mühüm töhfələr verib.

Qeyd olunan tədbirlərin “science.gov.az” portalının yubileyi ilə üst-üstə düşməsi heç də təsadüfi deyil. Bu portal Azərbaycanda elm və ictimaiyyət arasında körpü rolunu oynayaraq, tanınmış alim və ziyalılarımızın dünyanın nüfuzlu elmi qurumları ilə əlaqə yaratması, eləcə də elm sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi üçün vasitəçi rolunu oynayır, elm və medianın qarşılıqlı əlaqəsini gücləndirir.

Bu gün AMEA akademik İsa Həbibbəylinin rəhbərliyi ilə yeni mərhələdə uğurla inkişaf edir, Azərbaycan elminə mühüm töhfələr verir. Onun təşəbbüsü ilə aparılan innovativ islahatlar, həyata keçirilən məqsədyönlü tədbirlər humanitar və ictimai elmlər sahəsinin inkişaf istiqamətlərini müəyyənləşdirir. Daim müasir elmin çağırışlarını rəhbər tutan, yenilikləri dəstəkləyən akademik İsa Həbibbəyli AMEA-da elektron elmin inkişafına, rəqəmsal elmi informasiya resurslarının işlənilməsinə, süni intellekt texnologiyalarının tətbiqinə, eləcə də elektron sənəd dövriyyəsi sisteminin tətbiqinin genişləndirilməsinə xüsusi diqqət yetirir, strateji addımlar atır. AMEA rəhbərinin göstərişi ilə bu istiqamətdə görülən işlərin sistemli və hərtərəfli icrasını təmin etmək məqsədilə AMEA-nın Rəyasət Heyəti aparatında Elektron Akademiya şöbəsi yaradılıb. Bu şöbədə həyata keçirilən işlər nəticəsində elmi müəssisələrin və alimlərimizin beynəlxalq akademik şəbəkələrdə profilləri yaradılıb, elmi nəşrlərin veb-saytları hazırlanıb, AMEA-nın dövri elmi jurnallarında dərc olunan məqalələrə mərkəzləşdirilmiş qaydada DOI identifikatoru verilib və digər zəruri tədbirlər həyata keçirilib.

Xatırladaq ki, Prezident İlham Əliyevin 2024-cü il 28 dekabr tarixli Sərəncamına əsasən, Azərbaycanda 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edilib. Dövlətimizin başçısının Sərəncamının icrasını təmin etmək məqsədilə AMEA-nın Humanitar və İctimai Elmlər bölmələri tərəfindən AMEA-nın Tədbirlər planı hazırlanıb. Tədbirlər planında rəqəmsal dövrdə suverenlik, konstitusiya və ana dilimiz, suverenlik və müstəqillik ideyalarının Azərbaycan ədəbiyyatında əksi və digər aktual mövzularda tədbirlərin – elmi konfransların, dəyirmi masaların keçirilməsi, həmçinin bir sıra nəşrlərin hazırlanması nəzərdə tutulur.

2025-ci ilin əhəmiyyətini göstərən digər mühüm hadisə Prezident İlham Əliyevin bu il yanvar 16-da “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”nın təsdiq edilməsi haqqında” Fərmanı imzalaması olub. Rəqəmsal dövlətin formalaşması istiqamətində qəbul olunmuş mühüm strateji sənəd olan bu Konsepsiyanın “Konstitusiya və Suverenlik İli”ndə qəbul edilməsi dövlət qurumlarının rəqəmsal fəaliyyətinin sistemləşdirilməsinə təkan verməklə yanaşı, AMEA-nın da qarşısına mühüm vəzifələr qoyur.

Təbii ki, bütün bu əhəmiyyətli qərarların kontekstində elm və informasiya cəmiyyətinin inkişafı daha çox əhəmiyyət kəsb etməyə başlayır. Elm və texnologiyanın sürətli inkişafı fonunda “science.gov.az” portalının əsas vəzifələrindən biri də Azərbaycanın elmi nailiyyətlərinin rəqəmsal platformalar vasitəsilə geniş yayılmasını təmin etmək, elm və təhsilin inteqrasiyasının sürətləndirilməsinə dəstək verməkdir.

Bundan başqa, “science.gov.az” portalı “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan elminin milli maraqlar kontekstində inkişafına töhfə verməli, elm və texnologiyanın ölkənin dayanıqlı inkişafında oynadığı rolu geniş ictimaiyyətə çatdırmalıdır. Bütün bu tədbirlər Azərbaycan elminin dünya elmi məkanında layiqli yer tutmasına xidmət edəcək.

İnanırıq ki, 2025-ci il həm elmin, həm də medianın inkişafında xüsusi rol oynayaraq, Azərbaycan elmi-mədəni həyatında unudulmaz iz buraxacaq. “Science.gov.az” elmi biliklərin cəmiyyətə çatdırılması istiqamətində mətbuatın üzərinə düşən şərəfli vəzifəni layiqincə yerinə yetirməyə davam edərək bütövlükdə informasiya cəmiyyətinin inkişafına mühüm töhfələr verəcək.

Şərhlər

Xəbər lenti

11 mart, 22:26

Şimali Makedoniyanın Prezidenti Azərbaycanda tələbələrlə görüşəcək

11 mart, 20:58

Şimali Makedoniyanın Prezidenti: Elm sahəsində əməkdaşlığın qurulmasına nail ola bilərik

11 mart, 20:40

Siqaret və içkiyə aludə, mobil asılılıq: Zərərli vərdişlərin fəsadları

11 mart, 20:02

İstedadını incəsənətlə göstərənlər - Qalib şagirdlərlə söhbət

11 mart, 19:00

Uşaqların ekran vaxtının məhdudlaşdırılması onların psixi sağlamlığına təsir edir

11 mart, 18:20

Övladları 1-ci sinfə gedəcək valideynlərin NƏZƏRİNƏ

11 mart, 17:43

Xaricdə təhsil almaq istəyənlər üçün sənəd qəbulunun tarixi yaxın günlərdə açıqlanacaq

11 mart, 17:27

“Müasir metodist” müsabiqəsinin müsahibə mərhələsinə başlanılıb

11 mart, 17:25

Xaricdə doktorantura təhsili üçün tələb olunan sənəd sayı azaldılıb

11 mart, 17:13

Türkiyədə doktorantura təhsili üçün təqaüd imkanı

11 mart, 16:40

İmtahandan üzü qara çıxanlar - Onlara münasibət necə olmalıdır?

11 mart, 16:36

Rektor: Dünyanın tanınmış univesitetlərinin təcrübəsi əsasında ixtisaslaşmaların yeni siyahısı hazırlanır

11 mart, 16:36

“Korrupsiyaya qarşı mübarizə” mövzusunda görüş keçirilib

11 mart, 16:15

Texniki, texnoloji və Xüsusi təyinatlı ixtisaslar üzrə qrupun iclası keçirilib

11 mart, 16:02

“Müasir metodist” müsabiqəsinin müsahibə mərhələsinə başlanılıb

11 mart, 15:42

Paytaxtda məktəblərin mikroəraziləri ilə bağlı 1630 müraciət cavablandırılıb

11 mart, 15:13

Şagirdlərimizin uğuru bizi daha da həvəsləndirir” – MÜSAHİBƏ 

11 mart, 15:00

Aqrar sahə üzrə yeni təhsil proqramlarının hazırlanması üçün müzakirələrə başlanılıb

11 mart, 13:52

Buraxılış imtahanlarının tarixləri dəyişdirilsinmi?

11 mart, 13:43

UNEC-in 95 illik yubileyinə həsr olunan TEDx konfransı keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.