Bütün xəbərlər
24 aprel, 15:10

“EESTEC JLC Baku” təşkilatının təşkilatçılığı, “STEAM Azərbaycan” layihəsi, “İNNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi və “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin dəstəyi ilə “EESTech Challenge Baku’25” müsabiqəsi keçirilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, müsabiqənin əsas məqsədi mühəndislik sahəsində təhsil alan və bu istiqamətdə bilik və bacarıqlarını inkişaf etdirmək istəyən tələbələr üçün real problemlərin həlli üzrə innovativ düşüncə və texniki yanaşmaların təşviqi olub.

100-dən çox namizəd arasından seçilən 30 iştirakçı 10 komanda tərkibində yarışaraq müxtəlif texnoloji problemlərin yaradıcı yollarla həlli istiqamətində bilik və bacarıqlarını nümayiş etdirib. Müsabiqədə “AirVive” komandası birinci, “Montyorlar” komandası isə ikinci yerə layiq görülüb.

Müsabiqənin bağlanış mərasimində çıxış edən Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev gənclərin texnoloji bilik və bacarıqlarının inkişafına yönəlmiş tədbirlərin əhəmiyyətindən bəhs edib və ölkədə bu istiqamətdə həyata keçirilən siyasətin mühüm nəticələrini vurğulayıb.

"EESTEC JLC Baku" təşkilatının sədri Adil Qasımov isə çıxışında bu kimi layihələrin gənclər arasında innovasiya, komanda işi və texniki düşüncə mədəniyyətinin formalaşmasına mühüm töhfə verdiyini qeyd edib.

Bildirilib ki, qalib komandalar 13–16 may 2025-ci il tarixlərində İtaliyanın Trieste şəhərində keçiriləcək “EESTech Challenge” yarışmasının beynəlxalq final mərhələsində Azərbaycanı təmsil edəcək.

Qeyd edək ki, “EESTech Challenge” Avropanın müxtəlif şəhərlərində keçirilən beynəlxalq müsabiqə formatıdır və gənc texnologiya həvəskarları arasında mühəndislik və innovasiyaların inkişafını təşviq edir.

1 /7

Şərhlər

Xəbər lenti

18 sentyabr, 18:41

ADNSU “Mərkəzi Asiya+ rektorlar klubu”nun 6-cı görüşünə ev sahibliyi edəcək

18 sentyabr, 17:56

BSU-da “Azərbaycanda Dövlət Suverenliyi Günü” mövzusunda görüş keçirilib

18 sentyabr, 17:51

Direktorların işə qəbulunda imtahan göstəriciləri necə olmalıdır?

18 sentyabr, 16:36

LDU-da Milli Musiqi Gününə həsr olunmuş tədbir keçirilib

18 sentyabr, 16:02

“Milli Proqram” istifadəçiləri rekord sayda təlimi başa vurublar

18 sentyabr, 15:43

Peşə ixtisaslarının yeni təsnifatı hazırlanır: 200-dən çox ixtisas müzakirə edilir

18 sentyabr, 15:33

Peşə təhsili müəssisələrinə tələbə qəbulu başa çatıb

18 sentyabr, 15:14

MDU-da qrant müsabiqəsinin qalibləri ilə görüş keçirilib

18 sentyabr, 15:01

SAF 2025 – Bakı beşinci yubileyə hazırlaşır

18 sentyabr, 13:24

LDU-nun iki məzunu Türkiyədə doktoranturaya qəbul olub

18 sentyabr, 12:54

Buraxılış imtahanına xarici dil üzrə salınacaq yeni sual tipi necə olacaq? – DİM-dən AÇIQLAMA

18 sentyabr, 12:44

Yeni model tətbiq olunacaq məktəblərdə kimlər dərs deyə bilər?

18 sentyabr, 12:25

Süni intellektin elmdə və təhsildə rolu: çağırışlar, yeni imkanlar və risklər

18 sentyabr, 12:24

Təmayül tədris modeli bu məktəblərdə tətbiq olunacaq – SİYAHI

18 sentyabr, 12:14

Azərbaycanda "PeşəFest-2025" başlayıb

18 sentyabr, 11:51

“Qənnadıçı-şirniyyatçı” ixtisası üzrə bacarıqlar qiymətləndirilib

18 sentyabr, 11:23

Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM

18 sentyabr, 11:06

Tələbələr üçün antinarkotik mövzusunda elmi-praktik konfranslar keçiriləcək

18 sentyabr, 10:15

Şəhid övladlarına məktəbli formaları və ləvazimatlar təqdim olunub

18 sentyabr, 10:06

Məktəb psixoloqları və tibb işçiləri üçün təlimat hazırlanacaq

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.