.jpeg)
14 iyun saat 11:00-da Azərbaycan Texniki Universitetində “Azercell Cup 2025” proqramlaşdırma müsabiqəsinin final turu keçiriləcək.
Təhsil İnstitutundan “Azərbaycan müəllimi”nə verilən məlumata görə, müsabiqənin keçirilməsində əsas məqsəd 6-7-ci siniflərdə təhsil alan şagirdlərin proqramlaşdırma sahəsinə, informatika fənninə və rəqəmsal texnologiyalara olan marağının artırılması, bu sahələr üzrə xüsusi istedadı və bacarığı ilə seçilən şagirdləri müəyyənləşdirib onlara dəstək göstərilməsidir.
Müsabiqə iştirakçılarından saat 10:00-dan etibarən imtahan binalarında olmaları xahiş olunur. Şagirdlər imtahana gələrkən özləri ilə şəxsiyyətlərini təsdiq edən sənəd gətirməlidirlər.
Final mərhələdə əvvəlki turlarda yüksək nəticə göstərmiş şagirdlər iştirak edə bilərlər.
https://azercellcup.org/competition/117/leaderboard
Final turunda təqdim ediləcək tapşırıqların əhatə edəcəyi mövzularla tanış olmaq üçün müvafiq keçidə daxil ola bilərsiniz:
1 /1
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər