
2024/2025-ci il futzal mövsümündə Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) tələbələri Yüksək Liqa və Birinci Liqa komandalarının heyətində uğurla çıxış edərək əhəmiyyətli nailiyyətlər qazanıblar.
Bu barədə universitetdən “Azərbaycan müəllimi”nə məlumat verilib. Bildirilib ki, Nəqliyyat fakültəsinin tələbəsi Nurlan Məmmədov “Araz-Naxçıvan” komandasının heyətində çıxış edərək Azərbaycan futzal çempionatının Yüksək Liqasında çempion olub. Hazırda o, gənclərdən ibarət milli komandanın tərkibində tələbələr arasında keçiriləcək Avropa çempionatına intensiv şəkildə hazırlaşır.
Universitetin digər tələbələri – Tikinti-iqtisad fakültəsində təhsil alan Nurlan Allahverdiyev və Ümid Rəcəbov da mövsüm ərzində “Bakı Fire” klubunun heyətində müvəffəqiyyətlə çıxış ediblər. Onların təmsil etdikləri komanda Birinci Liqanı birinci pillədə tamamlayaraq turnirin qalibi olub.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər