Bütün xəbərlər
17 iyun, 14:10

"Elm elə bir sahədir ki, onu nə bir təbəqəyə, nə bir şəxsin adına, nə də bir universitet və ya milli çərçivəyə aid etmək olar".

"Azərbaycan müəllimi" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Türkiyənin İstanbul şəhərində keçirilən “Qlobal Dayanıqlı İnkişaf Konqresi”nin rəsmi açılışı çərçivəsində Azərbaycan təcrübəsinə həsr olunmuş müzakirə zamanı deyib.

Nazir elmin inkişafı üçün əməkdaşlıq və bilik paylaşımının vacibliyini vurğulayıb.

Azərbaycanın tədbirdə böyük nümayəndə heyəti ilə təmsil olunan ölkələrdən biri olduğunu deyən Emin Əmrullayev gələcək əməkdaşlıqları müzakirə etməyə hazır olduğunu söyləyib.

"Burada olan hər kəsin əməkdaşlıq və paylaşım prinsiplərinə inandığını düşünürəm. Hesab edirəm ki, buradakı hər kəs qarşılıqlı fayda üçün əməkdaşlığa açıqdır. Çünki elmi əməkdaşlıq olmadan inkişaf mümkün deyil”, – deyə nazir əlavə edib.

Emin Əmrullayev davamlı inkişaf, “yaşıl təhsil” anlayışı və ətraf mühitlə bağlı ictimai səviyyədə baş verən hadisələrin elmi təhlili üçün məlumatların toplanılmasının əhəmiyyətini qeyd edib. O, Bakıdakı universitetlərin bu istiqamətdə fəal iştirak etdiyini və bugünkü müzakirələrdə universitetlərin davamlılıq məsələsinə yanaşması və innovasiya imkanları ilə bağlı yeni ideyaların formalaşacağına ümidvar olduğunu söyləyib:

"Azərbaycanın bu sammitdə yüksək səviyyədə təmsil olunması sevindiricidir. Sərgi məkanında da ölkəmiz layiqincə təqdim olunur”.

Şərhlər

Xəbər lenti

17 sentyabr, 18:53

ADNSU-da beynəlxalq sertifikatlı fənnin tədrisinə start verilib

17 sentyabr, 17:27

Çilidə məktəblərdə mobil telefonların qadağası ilə bağlı pilot layihə tətbiq olunub

17 sentyabr, 17:19

İki müəllim, bir sinif – Şagirdlərin nəticələri yüksələ bilərmi?

17 sentyabr, 16:51

Sinifdə mobil telefon qadağası şagird nəticələrini yaxşılaşdırır

17 sentyabr, 16:25

Şahin Seyidzadə: BƏƏ ilə imzalanan anlaşma təhsildə rəqəmsal transformasiyanı sürətləndirəcək

17 sentyabr, 16:14

Əzm, inam, iradə – Uşaq evində böyüyən Ayşənin uğur yolu

17 sentyabr, 15:53

MDU-nun 4 proqramı beynəlxalq standartlar üzrə qiymətləndiriləcək

17 sentyabr, 15:51

İngiltərədə hər dörd məktəbdən birində fizika müəllimi yoxdur

17 sentyabr, 15:31

Gənc müəllimlərə konkret yardımı necə təşkil etməli? – Qəzetin arxivindən

17 sentyabr, 15:20

Qarabağ Universitetinin yeni tələbə yataqxanası istifadəyə verilib

17 sentyabr, 15:11

AzTU ilə Kipr Bahçeşehir Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

17 sentyabr, 14:57

Yeni Zelandiyada yeni kurikulum təsdiqlənib: AI və STEM fənləri tədris olunacaq

17 sentyabr, 13:56

BDU "QS Biznes magistr proqramları reytinqi"nə daxil olub

17 sentyabr, 13:56

Quba məktəbinin müəllimləri vahid geyimdə dərsə başladılar

17 sentyabr, 13:48

“Müəllimim bunker, müəllimim markerdir…” – Miflər nəticələrə təsir edirmi?

17 sentyabr, 13:15

İsveç məktəblərində mobil telefondan istifadə qadağan edilir

17 sentyabr, 13:09

Azərbaycanda institutun adı dəyişdi – QƏRAR

17 sentyabr, 13:01

Uşaq bağçada xəsarət aldı, vəziyyəti qənaətbəxşdir – AÇIQLAMA

17 sentyabr, 12:53

Bu tələbələrə 2000 manat pul mükafatı veriləcək

17 sentyabr, 12:20

Bakının 353 məktəbində kağız jurnaldan istifadə edilməyəcək – AÇIQLAMA

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.