Bütün xəbərlər
14 fevral, 16:26

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə “İnnab” Peşəkar Təlim Platforması arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, memorandumun imzalanmasının əsas məqsədi səriştəli və rəqabətədavamlı mütəxəssislərin hazırlanmasına töhfə vermək, tələbələrin peşəkar bacarıqlarının artırılmasına və beynəlxalq sertifikatların, o cümlədən “Microsoft” sertifikatlarının əldə edilməsinə dəstək olmaqdan ibarətdir.

Bununla əlaqədar olaraq AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova və “İnnab” Peşəkar Təlim Platformasının direktoru Rauf Hacıyev arasında görüş keçirilib. Görüşdə rektor Gülçöhrə Məmmədova bildirib ki, AzMİU-nun informasiya texnologiyaları infrastrukturunun imkanları daim gücləndirilir. “AzMİU-da Mexanika və informasiya texnologiyaları fakültəsində müasir ixtisaslar üzərində tədris prosesi qurulub. Biz rəqəmsal transformasiyanın təhsilə təsirini yaxından izləyir, elektron universitet və elektron tədris sahəsində önəmli nailiyyətlər qazanırıq. Bu istiqamətdə universitetin ixtisaslı kadr potensialının daha da gücləndirilməsi üçün innovativ tədbirlər həyata keçirilir və aparıcı müəssisələrlə əməkdaşlığa önəm veririk”.

“İnnab” Peşəkar Təlim Platformasının direktoru Rauf Hacıyev qurumun fəaliyyət istiqamətlərindən bəhs edərək bildirib ki, memoranduma əsasən tələbələrə və akademik heyətə peşəkar iş imkanlarını artırmaq məqsədilə innovativ təlim proqramları təklif ediləcək: “Təqdimat bacarıqları, yumşaq bacarıqlar (soft skills), liderlik və innovasiya kimi praktiki biliklər üzrə təlimlər universitet tələbələrinin əmək bazarına hazırlığını gücləndirəcək”.

Memorandum çərçivəsində tərəflər aşağı qeyd olunan istiqamətlərdə birgə fəaliyyətlər aparacaqlar:

- Tələbələr üçün beynəlxalq sertifikat proqramları, peşəkar təlimlər və kursların təşkil edilməsi;

- Akademik və inzibati heyətin peşəkar bacarıqlarının artırılmasına dəstək olmaq;

- Tələbələrin real iş mühitinə inteqrasiyasını təmin edəcək təcrübə və mentorluq proqramlarını həyata keçirmək;

- Universitet və “İnnab” tərəfindən ortaq seminarlar, infosessiyalar, startap müsabiqələri və digər akademik fəaliyyətlərin keçirilməsi.

Bu əməkdaşlıq universitet və “İnnab” arasında bilik və təcrübə transferini gücləndirərək, tələbələrin çoxistiqamətli bacarıqlara yiyələnməsinə imkan yaradacaq. Memorandumun tətbiqi sayəsində AzMİU tələbələri və müəllimləri yeni texnologiyaları, innovativ yanaşmaları və beynəlxalq təlim sistemlərini yaxından izləmək imkanı qazanacaqlar.

1 /3

Şərhlər

Xəbər lenti

18 sentyabr, 18:41

ADNSU “Mərkəzi Asiya+ rektorlar klubu”nun 6-cı görüşünə ev sahibliyi edəcək

18 sentyabr, 17:56

BSU-da “Azərbaycanda Dövlət Suverenliyi Günü” mövzusunda görüş keçirilib

18 sentyabr, 17:51

Direktorların işə qəbulunda imtahan göstəriciləri necə olmalıdır?

18 sentyabr, 16:36

LDU-da Milli Musiqi Gününə həsr olunmuş tədbir keçirilib

18 sentyabr, 16:02

“Milli Proqram” istifadəçiləri rekord sayda təlimi başa vurublar

18 sentyabr, 15:43

Peşə ixtisaslarının yeni təsnifatı hazırlanır: 200-dən çox ixtisas müzakirə edilir

18 sentyabr, 15:33

Peşə təhsili müəssisələrinə tələbə qəbulu başa çatıb

18 sentyabr, 15:14

MDU-da qrant müsabiqəsinin qalibləri ilə görüş keçirilib

18 sentyabr, 15:01

SAF 2025 – Bakı beşinci yubileyə hazırlaşır

18 sentyabr, 13:24

LDU-nun iki məzunu Türkiyədə doktoranturaya qəbul olub

18 sentyabr, 12:54

Buraxılış imtahanına xarici dil üzrə salınacaq yeni sual tipi necə olacaq? – DİM-dən AÇIQLAMA

18 sentyabr, 12:44

Yeni model tətbiq olunacaq məktəblərdə kimlər dərs deyə bilər?

18 sentyabr, 12:25

Süni intellektin elmdə və təhsildə rolu: çağırışlar, yeni imkanlar və risklər

18 sentyabr, 12:24

Təmayül tədris modeli bu məktəblərdə tətbiq olunacaq – SİYAHI

18 sentyabr, 12:14

Azərbaycanda "PeşəFest-2025" başlayıb

18 sentyabr, 11:51

“Qənnadıçı-şirniyyatçı” ixtisası üzrə bacarıqlar qiymətləndirilib

18 sentyabr, 11:23

Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM

18 sentyabr, 11:06

Tələbələr üçün antinarkotik mövzusunda elmi-praktik konfranslar keçiriləcək

18 sentyabr, 10:15

Şəhid övladlarına məktəbli formaları və ləvazimatlar təqdim olunub

18 sentyabr, 10:06

Məktəb psixoloqları və tibb işçiləri üçün təlimat hazırlanacaq

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.