Bütün xəbərlər
test
8 yanvar, 10:56

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru professor Gülçöhrə Məmmədova Şimali Kipr Türk Respublikasının Doğu Akdeniz Universitetinin (DAU) rektoru professor Hasan Kılıç ilə görüşüb.

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, görüşdə hər iki universitetin nümayəndə heyəti də iştirak edib. Azərbaycan və Şimali Kipr arasındakı təhsil əlaqələrinin inkişafı, elmi tədqiqatlarda əməkdaşlığın genişləndirilməsi, tələbə-müəllim mübadiləsi, yay məktəblərinin təşkili və birgə seminar-konfranslarının keçirilməsi müzakirə olunan əsas məsələlər sırasında olub.

Rektorlar rəhbərlik etdikləri universitetlərin prioritetləri və inkişaf strategiyaları barədə məlumat verərək bu sahələrdə fikir mübadiləsi aparıblar. Görüşün sonunda AzMİU və DAU arasında qeyd olunan məsələləri əhatə edən Əməkdaşlıq Memorandumu imzalanıb.

Qeyd edək ki, AzMİU və DAU arasında əməkdaşlıq əvvəlki illərdə də uğurla həyata keçirilib. 2011-2014-cü illərdə AzMİU-nun 70 nəfərdən ibarət tələbə və müəllim heyəti DAU-nun yay məktəbi proqramlarında iştirak edib. 2023-cü ildə isə Beynəlxalq Tələbə Mübadiləsini dəstəkləyən müqavilə çərçivəsində DAU-nun bir tələbəsi AzMİU-da təhsil alıb.

2024-cü ilin fevral ayında Avrasiya Universitetlər Birliyinin (EURAS) İstanbulda keçirilən toplantısında və may ayında AzMİU-nun ev sahibliyi etdiyi görüşdə iki universitet arasında əməkdaşlıq imkanları geniş şəkildə müzakirə edilib.

Bu əməkdaşlıq çərçivəsində gələcəkdə birgə fəaliyyətlərin artırılması və təhsil sahəsində əlaqələrin daha da inkişaf etdirilməsi planlaşdırılır.

1 /4

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/08%20January%202025/6985fdac-9fee-4cc2-aed2-603c9ce2a82b_1736319128677e2098ab287.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/08%20January%202025/2cb454a6-c052-40f3-ad1e-d3b14696583a_1736319128677e2098380bf%20(1).jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/08%20January%202025/0b106880-4068-40d5-a54e-6ef8d5cb75c0_1736319128677e2098766b5.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/08%20January%202025/f60987ab-247b-40a9-b3ab-2d940a67a86d_1736319129677e20993bd2f.jpg

Xəbər lenti

8 yanvar, 23:07

“Ana dili" – Azərbaycan məktəbinə ikinci yarımil üzrə qeydiyyat başlayıb

8 yanvar, 17:02

Kibertəhlükəsizliyin təmin edilməsi üçün intellektual metod və alqoritmlər işlənilib

8 yanvar, 16:55

Təhsildə emosional zəkanın rolu

8 yanvar, 16:31

Süni intellekt və problemlər 

8 yanvar, 16:29

Azərbaycan Tələbə Liqasının 2024-2025 mövsümündə I dövrəyə yekun vurulub

8 yanvar, 15:23

Şabranda şagird məktəb yoldaşına xəsarət yetirib

8 yanvar, 15:10

Təhsil məzuniyyətlərinin müddətləri nə qədərdir?

8 yanvar, 14:53

Xaricdə təhsil alan tələbələrin təqaüdlərinin artırılması məsələsinə baxılır

8 yanvar, 13:54

Tələbələr üçün Avropada tam təqaüdlü təhsil fürsəti

8 yanvar, 13:34

Kimya fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq üçün düşərgə təşkil edilib

8 yanvar, 12:50

Yeni virusla bağlı məktəblərdə vəziyyət necədir? – AÇIQLAMA

8 yanvar, 12:42

Xaricdə aldığı fəlsəfə doktoru elmi dərəcəsi sənədini tanıdanların sayı açıqlanıb

8 yanvar, 12:24

Məktəblərin üzləşdiyi qlobal çağırışlar - HESABAT

8 yanvar, 12:11

Bakıda “World Harmony” VII Beynəlxalq müsabiqəsi keçirilib

8 yanvar, 11:33

Bu müəllimlər güzəştli dövlət ipotekasından yararlana bilərlər

8 yanvar, 11:32
8 yanvar, 11:12

ADNSU-da maarifləndirici seminar keçirilib

8 yanvar, 11:05

“İcma əsaslı məktəbəqədər təhsil” layihəsinin əhatə dairəsi genişləndirilib

8 yanvar, 11:05

"STEAM Azərbaycan Festivalında Biz" tədbiri təşkil edilib

Şərhlər (0)

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.