Bütün xəbərlər
test
8 yanvar, 15:10

Məzuniyyətin məqsədi təkcə işləyən şəxsin istirahətini təmin etmək deyil, o, həm də oxuyan işçilərin təhsil həyatını balanslaşdırmağa, onların akademik nailiyyətlərini artırmağa yardım edir. Bu baxımdan təhsilalanlara məzuniyyətin verilməsi onların şəxsi inkişafı, motivasiyası üçün mühüm bir amil hesab olunur, təhsilin keyfiyyətinin artırılmasında əhəmiyyətli rol oynayır.

Azərbaycanda təhsilalanlara məzuniyyət hüququnun verilməsi qanunvericiliklə tənzimlənir. “Azərbaycan müəllimi” qəzeti təhsilanlara verilən məzuniyyətin müddəti ilə bağlı məsələlərə aydınlıq gətirib.

Əmək Məcəlləsinə görə, məzuniyyətlərdən təhsil proqramları ilə müəyyən edilən dövrlərdə təhsil müəssisəsinin verdiyi arayış əsasında istifadə oluna bilər.

Ali təhsil müəssisələrinin qiyabi şöbələrində oxuyan işçilərə laboratoriya işlərini yerinə yetirdikləri, yoxlama və imtahan verdikləri dövrdə hər tədris ilində birinci və ikinci kurslarda 30 təqvim günü, qalan kurslarda 40 təqvim günü, orta ixtisas təhsili müəssisələrinin qiyabi şöbələrində oxuyan işçilərə isə birinci və ikinci kurslarda 20 təqvim günü, digər kurslarda 30 təqvim günü müddətində məzuniyyət verilir.

Ali və orta ixtisas təhsili müəssisələrinin qiyabi şöbələrində təhsil alan işçilərə dövlət imtahanları dövründə 30 təqvim günü müddətində məzuniyyət verilir.

Diplom işinin hazırlandığı və müdafiə edildiyi dövrdə ali təhsil müəssisələrinin qiyabi şöbələrində təhsil alan işçilərə 4 təqvim ayınadək, orta ixtisas təhsili müəssisələrinin qiyabi şöbələrində təhsil alan işçilərə isə 2 təqvim ayınadək məzuniyyət verilir.

Peşə təhsili müəssisələrində istehsalatdan ayrılmadan təhsil alan işçilərə imtahanlara hazırlaşmaq və imtahanları vermək üçün tədris ilində 30 təqvim günü müddətində məzuniyyət verilir.

Ümumtəhsil müəssisələrinin qiyabi qruplarında təhsil alan işçilərə buraxılış siniflərində imtahanlarını vermək üçün 20 təqvim günü müddətində məzuniyyət verilir.

Xəbər lenti

9 yanvar, 13:34

Rektor: Aqrar sektorla bağlı stereotiplər aradan qalxır - MÜSAHİBƏ

9 yanvar, 12:31

Musiqi və incəsənət məktəbləri müəllimlərinin attestasiyası ilə bağlı məlumatlandırma sessiyası keçirilib

9 yanvar, 11:55

Ən çox hansı ölkələrin fəlsəfə doktoru üzrə verdiyi sənəd tanınıb? 

9 yanvar, 11:42

Yeni coğrafiya kurikulumundan hesablama tələb edən tapşırıqlar çıxarılıb

9 yanvar, 11:05

Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsinin nəticələri elan edilib

9 yanvar, 10:37

Peşə tanınması üzrə növbəti imtahanın keçirilmə tarixi açıqlandı

9 yanvar, 10:21

Ağcabədi müəllimlərinin süni intellektlə bağlı bilikləri artırılır - Layihə 

9 yanvar, 10:04

BANM-in startapı Niderlandda ən yaxşılar arasında yer alıb

9 yanvar, 09:56

7000-dən çox şagird orta məktəbdə peşə təhsili alır

9 yanvar, 09:23

Bakıda yeni universitet binaları tikilir

9 yanvar, 09:05

BDU “İlin gənc alimi” nominasiyası üzrə müsabiqə keçirir

9 yanvar, 08:52

Azərbaycanlı olimpiadaçı 400 minlik təqaüd qazanıb

8 yanvar, 23:07

“Ana dili" – Azərbaycan məktəbinə ikinci yarımil üzrə qeydiyyat başlayıb

8 yanvar, 17:02

Kibertəhlükəsizliyin təmin edilməsi üçün intellektual metod və alqoritmlər işlənilib

8 yanvar, 16:55

Təhsildə emosional zəkanın rolu

8 yanvar, 16:31

Süni intellekt və problemlər 

8 yanvar, 16:29

Azərbaycan Tələbə Liqasının 2024-2025 mövsümündə I dövrəyə yekun vurulub

8 yanvar, 15:23

Şabranda şagird məktəb yoldaşına xəsarət yetirib

8 yanvar, 14:53

Xaricdə təhsil alan tələbələrin təqaüdlərinin artırılması məsələsinə baxılır

Şərhlər (0)

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.