Bütün xəbərlər
9 yanvar, 09:05

Bakı Dövlət Universiteti (BDU) 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş “İlin gənc alimi” nominasiyası üzrə müsabiqə elan edib.

Universitetdən "Azərbaycan müəllimi"nə bildirilib ki, ənənəvi olaraq keçirilən “İlin gənc alimi” müsabiqəsinin məqsədi BDU-nun yaşı 35-ə qədər olan, il ərzində yüksək elmi nəticələr göstərmiş, təsir (impakt) faktorlu, tanınmış bazalarda indekslənən nüfuzlu jurnallarda və nəşrlərdə işıq üzü görmüş elmi məqalələri və əsərləri olan, elmi işlərinə istinad edilən, həmçinin yüksək elmi-təşkilati fəaliyyəti ilə fərqlənmiş magistrant, doktorant və əməkdaşlarının mükafatlandırılmasıdır.

Qaliblər 2 nominasiya üzrə “İlin gənc alimi” adını alacaq, diplom və pul mükafatları ilə təltif ediləcəklər.

Müsabiqəyə təqdim olunan iddia sənədləri müəyyən edilmiş meyarlar və hər bənd üzrə xüsusi çəki nəzərə alınmaqla qiymətləndiriləcək.
Müsabiqədə iştirak etmək üçün 2024-cü ildə təbiət-dəqiq və texnika elmləri sahələri üzrə ən azı 1 məqalə “Web of Science” və ya “Scopus” bazalarına daxil olan jurnallarda dərc edilməlidir. Humanitar və ictimai elm sahələri üzrə ən azı 1 məqalə “Web of Science”, “Scopus” və digər nüfuzlu beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə (bazalarına) daxil olan jurnallarda dərc olunmalıdır.

Müsabiqəyə təqdim olunan iddia sənədləri:

1. 2024-cü ildə dərc olunmuş məqalələrin əsli və/və ya surəti (PDF formatda, DOI və internet linki göstərilməklə);

2. 2024-cü ildə dərc olunmuş monoqrafiya və kitablar, atlaslar və icmallar (əsli və/və ya surəti, PDF formatda);.

3. 2024-cü ildə alınmış ixtiralar, patentlər (surəti);

4. Elmi işlərə 2024-cü ildə olunan istinadların sayı (müəllif(lər)in özünə olunan istinadı istisna olmaqla) (H-indeksi, SCOPUS, Web of Science, Google Scholar üzrə statistika (linklər göstərilməklə));

5. Multidisiplinar və tətbiqi xarakterli elmi işlər (konkret əsaslandırılmaqla);

6. Respublika və beynəlxalq səviyyəli elmi konfrans, simpozium və digər tədbirlərdə (o cümlədən online olmaqla) iştirak (adını və linkini dəqiq göstərməklə, elmi tədbirin proqramının və tezislərinin müvafiq hissələrinin surətlərini əlavə etməklə);

7. Ölkədaxili və xarici qrantlar üzrə işlər (2024-cü ildə, konkret göstərilməklə);

8. Tədris fəaliyyəti (2024-cü ildə, konkret göstərilməklə);

9. Elmin kütləviləşdirilməsi üzrə fəaliyyət, yığıncaqlarda, ictimaiyyətlə görüşlərdə (o cümlədən onlayn olmaqla) elmi-kütləvi çıxışlar, TV, radio, internet TV-lərdə çıxışlar, KİV-lərə müsahibələr, yazılar (surətləri əlavə olunmaqla, böyük həcmli materiallar üçün isə internet linki göstərilməklə);

10. Şəxsi professional internet, Research-Gate, Mendeley, Academia, Google Scholar, Linkedin və digər səhifələrinin mövcudluğu (linklər göstərilməklə).

Müsabiqədə iştirak etmək üçün müvafiq sənədlər və digər müşayiətedici materiallar elektron formada və ya kağız şəklində yanvarın 8-dən 27-dək qəbul olunur.
Müsabiqəyə sənədlərin təqdim olunması:

1. İddiaçılar müsabiqədə iştirakla bağlı hüquqi sənədləri və digər müşayiətedici materialları (elektron formada) elm-innovasiyalar@bsu.edu.az ünvanına təqdim etməlidirlər.

2. Müsabiqədə yalnız BDU-nun magistrant, doktorant və əməkdaşları fərdi şəkildə iştirak edə bilərlər.

3. Müsabiqə kollektiv mükafatlandırmanı nəzərdə tutmur, hər bir elmi əsər (məqalə və s.) müsabiqəyə yalnız bir iddiaçı tərəfindən təqdim oluna bilər və bu təqdim olunma həmmüəllif(lər)lə yazılı şəkildə razılaşdırılmalı və bu, müsabiqə sənədlərinə əlavə edilməlidir.

4. Müsabiqəyə təqdim olunan elmi iş (məqalə və s.) və digərləri (ixtira, patent) müəlliflər qrupu tərəfindən yerinə yetirilmişdirsə, Azərbaycan vətəndaşı olan və xarici həmmüəlliflərin müsabiqənin şərtləri və bu müsabiqədə iştirak haqqında tam məlumatlandırılması üzrə məsuliyyəti elmi işi müsabiqəyə təqdim edən iddiaçı daşıyır.

5. Bu müsabiqə çərçivəsində mükafatlandırılan işlər cari ildə BDU üzrə elan ediləcək digər müsabiqələrə təqdim edilə bilməz.
Sənədlərin və digər müşayiətedici materialların düzgünlüyünə məsuliyyəti təqdim edən iddiaçı daşıyır. Müsabiqənin keçirilməsi qaydaları və müddəti çərçivəsindən kənar təqdim olunan sənədlər müsabiqənin texniki ekspertiza mərhələsindən keçmir və əsas ekspertiza mərhələsinə buraxılmır. Müsabiqəyə kağız formada təqdim edilmiş sənədlər bir qayda olaraq geri qaytarılmır. Müsabiqədə iştirak məqsədilə, o cümlədən ekspertiza mərhələsində düzgün olmayan sənəd, imza və məlumatların təqdim olunması iddiaçının bu müsabiqədən və gələcəkdə keçiriləcək müsabiqələrdən kənarlaşdırılmasına səbəb olur.

Şərhlər

Xəbər lenti

18 sentyabr, 13:24

LDU-nun iki məzunu Türkiyədə doktoranturaya qəbul olub

18 sentyabr, 12:54

Buraxılış imtahanına xarici dil üzrə salınacaq yeni sual tipi necə olacaq? – DİM-dən AÇIQLAMA

18 sentyabr, 12:44

Yeni model tətbiq olunacaq məktəblərdə kimlər dərs deyə bilər?

18 sentyabr, 12:25

Süni intellektin elmdə və təhsildə rolu: çağırışlar, yeni imkanlar və risklər

18 sentyabr, 12:24

Təmayül tədris modeli bu məktəblərdə tətbiq olunacaq – SİYAHI

18 sentyabr, 12:14

Azərbaycanda "PeşəFest-2025" başlayıb

18 sentyabr, 11:51

“Qənnadıçı-şirniyyatçı” ixtisası üzrə bacarıqlar qiymətləndirilib

18 sentyabr, 11:23

Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM

18 sentyabr, 11:06

Tələbələr üçün antinarkotik mövzusunda elmi-praktik konfranslar keçiriləcək

18 sentyabr, 10:15

Şəhid övladlarına məktəbli formaları və ləvazimatlar təqdim olunub

18 sentyabr, 10:06

Məktəb psixoloqları və tibb işçiləri üçün təlimat hazırlanacaq

18 sentyabr, 10:03

Məktəblərdə narkotik və psixotrop maddələr əleyhinə seminarlar keçiriləcək

18 sentyabr, 09:57

AzMİU-da xaricdə yaşayan elm adamları ilə görüş keçirilib

18 sentyabr, 09:44

Bülbül, Qara Qarayev, Niyazi müəllimliyi necə görürdü? – Qəzetin arxivindən

17 sentyabr, 19:51

Emin Əmrullayev Bahçeşehir Kıbrıs Universitetinin İdarə Heyətinin sədri ilə görüşüb

17 sentyabr, 18:53

ADNSU-da beynəlxalq sertifikatlı fənnin tədrisinə start verilib

17 sentyabr, 17:27

Çilidə məktəblərdə mobil telefonların qadağası ilə bağlı pilot layihə tətbiq olunub

17 sentyabr, 17:19

İki müəllim, bir sinif – Şagirdlərin nəticələri yüksələ bilərmi?

17 sentyabr, 16:51

Sinifdə mobil telefon qadağası şagird nəticələrini yaxşılaşdırır

17 sentyabr, 16:25

Şahin Seyidzadə: BƏƏ ilə imzalanan anlaşma təhsildə rəqəmsal transformasiyanı sürətləndirəcək

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.