Bütün xəbərlər
test
9 yanvar, 10:37

Dövlət İmtahan Mərkəzi (DİM) yanvarın 30-da müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə xaricdə təhsil alanların diplomunun tanınması üzrə növbəti imtahan keçirəcək. 

Bu barədə “Azərbaycan müəllimi”nə DİM-dən məlumat verilib. İmtahan Dövlət İmtahan Mərkəzinin (DİM) Elektron imtahanlar korpusunda kompüterlər vasitəsilə keçiriləcək.

Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na əsasən müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə ərizəçinin Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) sifarişi ilə Dövlət İmtahan Mərkəzinin (DİM) təşkil etdiyi imtahanda müvəffəqiyyət qazanması (keçid balını toplaması) tələb olunur.

İmtahanda iştirak etmək üçün TKTA-da qeydiyyatdan keçmiş ərizəçilər yanvarın 25-dən etibarən DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap edə biləcəklər. Buraxılış vərəqəsində imtahan yeri, binası, imtahanın keçirilmə vaxtı və digər zəruri məlumatlar göstəriləcək.

Ərizəçilər ixtisasları üzrə proqramla və test tapşırığı nümunələri ilə müvafiq linklərə (“Müəllimlik”, “Mühəndislik”, “Hüquq”) keçid etməklə tanış ola bilərlər.

Müəllimlik ixtisasları üzrə ərizəçilərin ixtisas bilikləri, peşə bilikləri və verbal test tapşırıqları ilə məntiqi təfəkkürləri yoxlanılır.

Mühəndislik ixtisasları üzrə ərizəçilərin ixtisas bilikləri, situasiya-mühakimə test tapşırıqları vasitəsilə peşə səriştələri və məntiqi təfəkkürləri yoxlanılır.

Hüquq üzrə ərizəçilərin ixtisas bilikləri və verbal test tapşırıqları vasitəsilə məntiqi təfəkkürləri yoxlanılır.

İmtahanda iştirakçılara 30 test tapşırığı təqdim olunur. Hər doğru cavab bir balla, səhv və ya cavab verilməyən tapşırıqlar sıfır balla qiymətləndirilir. Ərizəçinin imtahanda müvəffəqiyyət qazanması üçün ən azı 15 bal toplaması tələb olunur.

Xəbər lenti

9 yanvar, 16:53

Kamal Abdulla: Elektron məlumat bazası müəllim və tələbələrin bacarıqlarının inkişafına təsir göstərir

9 yanvar, 16:45

İmtahan həyəcanı necə idarə edilməlidir? - Tövsiyələr

9 yanvar, 16:39

İnnovativ məktəb layihəsi çərçivəsində İsraildə keçirilən təlimlər başa çatıb

9 yanvar, 16:36

Rektor: İxtisaslar əcnəbi tələbələrin ehtiyaclarına uyğunlaşdırılıb

9 yanvar, 16:32

ADPU-nun e-kitabxana xidmətindən 34 minədək şəxs yararlanıb

9 yanvar, 16:29

Təhsil proqramlarını işəgötürənlərin ehtiyaclarını nəzərə almaqla yenidən qururuq - Zəfər Qurbanov

9 yanvar, 16:25

AzTU tələbələri beynəlxalq təşkilatın təlimində iştirak ediblər

9 yanvar, 16:18

Rektor: Gənclərin aqrar sahəyə marağı getdikcə artır

9 yanvar, 16:11

Region gənclərinin bacarıqlarının artırılması ilə bağlı layihə yekunlaşıb

9 yanvar, 15:42

Naxçıvan məktəblərinin vakant tədris-köməkçi yerlərinə işə qəbul üçün imtahan keçiriləcək

9 yanvar, 15:22

Universitetlərdə imtahanlar individual yanaşma əsasında keçirilməlidir – Təklif

9 yanvar, 15:12

Mühəndislik problemləri beynəlxalq konfransda müzakirəyə çıxarılacaq

9 yanvar, 14:58

"Könüllü addımlar" layihəsi icra olunmağa başlayıb

9 yanvar, 13:34

Rektor: Aqrar sektorla bağlı stereotiplər aradan qalxır - MÜSAHİBƏ

9 yanvar, 12:31

Musiqi və incəsənət məktəbləri müəllimlərinin attestasiyası ilə bağlı məlumatlandırma sessiyası keçirilib

9 yanvar, 11:55

Ən çox hansı ölkələrin fəlsəfə doktoru üzrə verdiyi sənəd tanınıb? 

9 yanvar, 11:42

Yeni coğrafiya kurikulumundan hesablama tələb edən tapşırıqlar çıxarılıb

9 yanvar, 11:05

Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsinin nəticələri elan edilib

9 yanvar, 10:21

Ağcabədi müəllimlərinin süni intellektlə bağlı bilikləri artırılır - Layihə 

Şərhlər (0)

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.